Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Neft bazarında sabitliyin bərpası məqsədilə ekspertlərin növbəti görüşü noyabrın 26-28-də keçirilə bilər
Neft bazarında sabitliyin bərpası məqsədilə ekspertlərin növbəti görüşü noyabrın 26-28-də keçirilə bilər |
Neft bazarında sabitliyin bərpa edilməsi üçün ekspertlərin növbəti məsləhətləşmələri noyabrın 26-28-də keçirilə bilər.
Bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak deyib. “Bu işdə mərhələli şəkildə hərəkət etmək lazımdır. Növbəti mərhələ isə noyabrın 26-28-dədir. Ekspertlər bir daha görüşərək Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) noyabrın 30-da Vyanadakı toplantısından əvvəl son rəqəmlərə baxacaq və düzəlişlər edəcəklər”, - deyə A.Novak bildirib. Rusiyanın da məsləhətləşmələrdə iştirak edəcəyini xatırladan nazir qeyd edib ki, həmin görüşdə OPEC üzvləri və kartelə üzv olmayan neft hasil edən ölkələrin nümayəndələri iştirak edəcəklər. Nazir görüşün nəticələrinə dair proqnoz vermək istəyib: “Biz fevral və apreldə olduğu kimi, indi də hasilatın “dondurulması” siyasətini öndə tuturuq. Gələn il Rusiyanın neft şirkətlərinin hasilatı artırmaları proqnozlaşdırılır. Noyabr sammitində hasilatın “dondurulması” ilə bağlı qərar qəbul olunarsa, bu, Rusiya üçün hasilatın azaldılmasına bərabər olacaq. 2017-ci ildə Rusiyanın neft hasilatını gündəlik 200 min barrel artırması nəzərdə tutulur”. A.Novak bildirib ki, 2017-ci ildə qlobal neft tələbatının gündəlik 1,2 milyon barrel artacağı proqnozlaşdırılır. Hasilatın “dondurulması” isə kifayət edəcək ki, hazırda qlobal bazarda olan əlavə neft təklifi gələn il tələbatla tarazlaşsın. Geri dön |