Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Beynəlxalq Cinayət Məhkəməsi ABŞ-ı Əfqanıstanda hərbi cinayətlərdə ittiham edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hüquq > Beynəlxalq Cinayət Məhkəməsi ABŞ-ı Əfqanıstanda hərbi cinayətlərdə ittiham edib

Beynəlxalq Cinayət Məhkəməsi ABŞ-ı Əfqanıstanda hərbi cinayətlərdə ittiham edib


Beynəlxalq Cinayət Məhkəməsi ABŞ ordusu və Mərkəzi Kəşfiyyat İdarəsini Əfqanıstanda hərbi cinayətlər törətməkdə ittiham edib.

Bu barədə illik ibtidai istintaqın nəticələri barədə hesabat verən BCM-nin prokuroru Fatu Bensuda bildirib.

“Mövcud məlumatlar ABŞ hərbçiləri, eləcə də MKİ əməkdaşlarının işgəncələrdən istifadə etdiklərini üzə çıxarıb. Amerikalılar lazımi məlumat əldə etmək üçün məhbuslara qarşı zorakılıq hallarına yol verib və qəddar rəftar ediblər”, F.Bensuda qeyd edib.

Onun sözlərinə görə, amerikalılar tərəfindən törədilən hərbi cinayətlərin əsas hissəsi 2003-2004-cü illərə aiddir.

Geri dön