Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ARDNF indiyədək AÇG və "Şahdəniz" layihələrindən 124 mlrd. dollara yaxın gəlir əldə edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > ARDNF indiyədək AÇG və "Şahdəniz" layihələrindən 124 mlrd. dollara yaxın gəlir əldə edib

ARDNF indiyədək AÇG və "Şahdəniz" layihələrindən 124 mlrd. dollara yaxın gəlir əldə edib


Azərbaycan Dövlət Neft Fondu (ARDNF) bu günə qədər "Azəri-Çıraq-Günəşli" neft (AÇG) və "Şahdəniz" qaz yatağının istismarından əldə etdiyi gəlirlərinin məbləğini açıqlayıb.
Məlumata görə, ARDNF-nin AÇG layihəsi üzrə 2001-ci ildən bu il noyabrın 1-nə qədər ümumi gəliri 121,03 mlrd. ABŞ dolları təşkil edib. Bunun 4,021 mlrd. dolları 2016-cı ilin payına düşüb.
Fond "Şahdəniz" layihəsindən isə 2007-ci ildən bu il noyabrın 1-nə qədər 2,506 mlrd. dollar gəlir əldə edib. Bunun isə 64 mln. dolları bu il əldə olunub.
Başqa sözlə, ARDNF-nin bu iki layihə üzrə ümumi gəlirləri 123,536 mlrd. dollar olub ki, bunun da 4,085 mlrd. dolları 2016-cı ilin payına düşüb

Geri dön