Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Nüsrət İbrahimov: "Azərbaycanda bəzi banklar qanunvericiliyi pozur"
Nüsrət İbrahimov: "Azərbaycanda bəzi banklar qanunvericiliyi pozur" |
Azərbaycanda fəaliyyət göstərən bəzi kommersiya banklarının daxilində qeyri-qanuni qiymətləndiricilər fəaliyyət göstərir. Bunu “MBA Ltd.” konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib.
Qeyd edək ki, bu, "Qiymətləndiricilərin fəaliyyəti haqqında" qanunun müddəalarına ziddir. Qanuna əsasən, bankların daxilində qiymətləndiricilərin fəaliyyəti mümkün deyil. Çünki maraqlı tərəf qiymətləndirici kimi çıxış edə bilməz. N.İbrahimov bildirib ki, buna görə də müstəqil qiymətləndiricilərin gəlirlərində bankların sayı kəskin azalıb: "Bizim portfelimizdə əvvəllər bank sektorunun payı 80-85% idisə, 2016-cı ildə bu göstərici cəmi 4%-ə düşüb. Gəlirlərimizdə başqa sahələrin, xüsusilə də fərdlərin sayı çoxalıb". Qeyd edək ki, hazırda Azərbaycanda 200-dən çox qiymətləndirici fəaliyyət göstərir. Geri dön |