Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ADB Azərbaycanda iqtisadi inkişafla bağlı proqnozunu açıqlayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > ADB Azərbaycanda iqtisadi inkişafla bağlı proqnozunu açıqlayıb

ADB Azərbaycanda iqtisadi inkişafla bağlı proqnozunu açıqlayıb


"Asiya İnkişaf Bankının (ADB) proqnozuna görə, bu il Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 2,5% azalacaq. Beynəlxalq Valyuta Fondunun (IMF) iqtisadi inkişafla bağl azalma proqnozu isə 2-4%-dir".
Bunu jurnalistlərə açıqlamasında Asiya İnkişaf Bankının (ADB) vitse-prezidenti Vensay Canq (Wencai Zhang) deyib.
Onun sözlərinə görə, ADB Azərbaycana çətinlik çəkdiyi sahələrdəki problemlərin aradan qaldırılması üçün yardım edə bilər: "Hazırda maliyyə yardımı almaq üçün edilən müraciətin səbəbləri və ayrılacaq vəsaitin məbləği müzakirə edilir".
ADB rəsmisi onu da deyib ki, Direktorlar Şurasına (DŞ) 500 mln. dollar ayırması üçün müraciət edilib: "Bu vəsait əsasən iqtisadiyyatın şaxələndirilməsinə xərclənəcək. DŞ təklifə dekabrın ortasında baxa bilər. Amma gələn həftə dəqiq tarix bilinəcək".

Geri dön