Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > Azərbaycan-Türkiyə qardaşlığına xəyanət...
Azərbaycan-Türkiyə qardaşlığına xəyanət... |
Тürkiyə Atçılıq Federasiyası idmançımızın 2012-ci il London Yay Olimpiya oyunlarında iştirakına əngəl olmaq istəyir
Deyirlər xəyanətin böyüyü-kiçiyi olmur. Mənə görə isə, xəyanətin miliyyəti olmur. Əsrlər boyu xəyanəti daim mənfur qonşularımızdan-ermənilərdən görmüşük. Amma nədənsə, zaman-zaman, elə bu günlərdə qardaş Türkiyənin fərqli təbəqələrindən də xoşagəlməz münasibətlərlə qarşılaşırıq. Bu illər ərzində qardaş ölkəyə qarşı Azərbaycandan hər hansı bir xəyanətin, arxa çevirmənin şahidi olmadım. Uzağa getməyək, elə ötən il Almaniyada keçirilən “Avroviziya-2011” mahnı yarışmasında qalib gələn Eldar və Nigar cütlüyü əllərində Azərbaycanla yanaşı, Türkiyənin bayrağıyla səhnəyə çıxdı. Bu, bütün dünyaya Azərbaycan-Türkiyə qardaşlığının nümayişi idi. Düzdür, Xocalı soyqırımının 20 illiyi ilə əlaqədar qardaş Türkiyə istər öz ölkəsində, istərsə də, dünyanın bir çox dövlətlərində həmrəylik nümayiş etdirərək bizə yetərincə dəstək oldu. Bunu unutmaq və inkar etmək ədalətsizlik olar. Amma bunun ardınca Türk musiqisinin kraliçası sayılan, Azərbaycanda da kifayət qədər pərəstişkarı olan Sezen Aksu Azərbaycan xalq mahnısı “Sarı gəlin”i ermənicə sevə-sevə oxumağa başladı. Onun bu addımını hərə bir cürə yozdu. Mənsə, səsinin sehrindən ayıla bilmədiyim və mahnılarını sevə-sevə dinlədiyim “minik sərçəciyin” nədən bu addımı atmasının səbəbini illər öncə eşitmişdim. Yadımdadır, Sovetlər Birliyi yeni dağılmışdı və Türkiyənin tanınmış müğənnilərinin audio-video kassetləri ölkəmizə daşınırdı. O zaman sərhəd rayonlarda ermənilərlə qızğın döyüşlər getdiyi ərəfədə bəzi tanınmış türk müğənniləri, o cümlədən Sezen Aksu Bakıda konsert verməyə dəvət almışdı. Amma heç bir səbəb göstərmədən Aksu ölkəmizə gəlməkdən imtina etmişdi. Türkiyə mətbuatına istinadən bir-iki qəzet onun barəsində belə yazırdı: “Sezen Aksu erməni əsillidir və onun əsl adı Süsənidir. Bəzən ona Suzan da deyirlər”. O dövrdə bu söhbətin üstündə o qədər də dayanmadılar. Görünür bu xanımın mahnılarına olan böyük sevgi buna imkan vermədi. Bu faktın nə qədər doğru olub-olmadığını deyə bilmərəm. Amma budur, indi Sezen Aksu bizim mahnını bizə düşmən olan millətə öz dilində hədiyyə edir. Və onun ermənilərə bu sevgisinin hardan və niyə qaynaqlandığını anlamaq istərdim... Sezen Aksu olayından az keçmədi ki, başqa bir zərbəylə qarşılaşdıq. İdmançımız Camal Rəhimovun 2012-ci il London Yay Olimpiya oyunlarına lisenziya qazanmasını türk qardaşlarımız qısqanclıqla qarşıladı. Camal nəinki Azərbaycandan, Türk dünyasından atçılıq idmanı üzrə bu olimpiyadaya, dünya birinciliyinə lisenziya qazanmış yeganə idmançıdır. Onunla bütün Türk dünyası fəxr etdiyi halda Тürkiyə Atçılıq Federasiyasının baş katibi Ali Küçük Beynəlxalq Atçılıq Federasiyasına şikayət məktubu yazıb ki, Camal Rəhimov lisenziyanı qazananda Azərbaycan Atçılıq Federasiyası ona kömək edib. Adamdan soruşmaq lazımdır ki, bəs kimə kömək edilməliydi? Rusiya, Hollandiya, Belçika, Polşa idmançısına? Atçılıqda maneələri aşma yeganə idman növüdür ki, yarış zamanı idmançıya istənilən halda kömək etmək qeyri-mümkündür. Çünki maneələr göz qabağındadır və onları idmançı atla dəf edir. Ali Küçüyün bu hərəkəti nəinki Azərbaycan Atçılıq Federasiya üzvlərini, bütün idmansevərləri ciddi narahat edib. Atçılıq idmanı üzrə Beynəlxalq tribunal Ali Küçüyün şikayətini tam əsassız hesab edib. Belə ki, tribunalın toplantısına birbaşa telefon xəttiylə qoşulan Ali Küçük heç bir dəlil-sübut göstərə bilməyib və bu da tribunal heyətinin qəzəbinə səbəb olub. Ali Küçüyün nədən belə özbaşına hərəkət etdiyini araşdıranda məlum oldu ki, onu bu işə təhrik edən Türkiyə Atçılıq Federasiyasının başqanı Armağan Özgörkeydir. Bəs görəsən, Türkiyə Atçılıq Federasiyasının prezidentinin 25 yaşlı azərbaycanlı idmançı Camal Rəhimova qarşı ədalətsiz və qısqanclıq nümayiş etdirmısinə səbəb nə ola bilər? Axı Camal Olimpiya oyunlarında nəinki Azərbaycanı, bütün Türk dünyasını təmsil edəcək. Bu nailiyyətə damarlarında türk qanı axan hər bir türk sevinməlidir. Amma Armağanlar, Ali Küçüklər türkiyəli idmançıların Olimpiya oyunlarında iştirakına nail ola bilmədiyindən Don Kixot sayağı boş və mənasız şərləmədən istifadə edir, özlərinin bacarıqsızlığını gizlətməyə çalışırlar. Mən bu qarmaqarışıq Türkiyədə Sezenin, Alinin, Армаğаnın nədən bizə qarşı iyrənc, qısqanc, xəyanətkar hərəkət etmələrini anlamaq istərdim. Görəsən burda da erməni barmağı var? Laçın Səmla Geri dön |