Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Azərbaycan iqtisadiyyatı 3,7% azalıb
Azərbaycan iqtisadiyyatı 3,7% azalıb |
2016-cı ilin yanvar-oktyabr aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 49223,4 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,7% az ümumi daxili məhsul (ÜDM) istehsal edilib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, azalmanın əsas səbəbi tikinti sektorunda istehsalın keçən ilin eyni dövrü ilə müqayisədə 27,4% azalması olub. Əlavə dəyərin 37,6%-i sənayedə, 10,7%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 10,3%-i tikinti, 6,6%-i nəqliyyat və anbar təsərrüfatı, 5,6%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8%-i informasiya və rabitə, 17,4%-i isə digər sahələrdə istehsal edilib. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,5%-ini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 5 min 111,6 manata bərabər olub. Geri dön |