Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bir Elçibəy taleyidir, göz yaşlarında boğulur
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > Bir Elçibəy taleyidir, göz yaşlarında boğulur

Bir Elçibəy taleyidir, göz yaşlarında boğulur


Bir Elçibəy taleyidir, göz yaşlarında boğulur
Azərbaycanın ruhunu tanıya bilirikmi?
Duşüncəsini necə?
Azərbaycanı tanıyırıqmı?


Bizə tanıdılan bir Azərbaycan var. Heç sevmədik onu. Sözdə dedik, ruhən anlamadığımızdan,tanıya bilmədiyimizdən içimizə istisi gəlmədi. Uzaq bir ada misalı, tək, Tənha. Özümüzə oxşadı.
Nə Nizami anlada bildi onu, nə Sührəverdi. Əhməd bəy Ağaoğlu susdu, Üzeyir səslərin içində ağladı.
Bir Elçibəy taleyidir Azərbaycan, Yəmən türküsünə göz yaşlarında boğulur.
Səfəvi dönəmindən sonra tənəzzülü başladı. Nadir belə can verə bilmədi, Abbas Mirzə ilə bitdi. Çuxuryurd (İrəvan),Tiflis, Qarabağ, Şirvan Osmanlı ilə bölüşə bilmədiyi savaş ocaqları idi , 1501 dən 1736 ya qədər. Aşıqın sazı sünninin tərsinə kar etmədi. Sazı sevdi, Hüseynə yas tutmadı. Aşura ağlanan gün oldu, molla harda aş, orda baş oldu.
Molla mollaxana qurdu. Elm mollanın gəlir mənbəyinə çevrildi. Füzulidən sonra anlaşılmayan bir donuluq var deyirdi Tehran Əlişanoğlu."Doyumluluq".
Nədən doyduq?
Nədən donduq?
Tarixilik baxımından səbəblər çox ola bilər. Bir mədəniyyət hadisəsi kimi araşdırma tələb edər. Mir Daməd, Molla Nur fəlsəfəsı Sührəverdiyə söykənməyə cəhd etdi. Anlaşılmadı.
Əhəməni, Sasani möhtəşəm Qala imperiyalar idilər.Hər iki imperiyadan yalnız ad qaldı.Bir də barmaqla sayılacaq maddı mədəniyyət abidələri.Ömur olaraq hər birinin 500 ilə yaxın zaman yolçuluqları var. Bu imperiyaların heç
birindən İNSAN qalmadı.
DÜŞÜNƏN İNSAN.
Səfəvilər dönəmindən RUH MƏRKƏZİ olan Azərbaycan düşüncə müstəvisində yoxdur artıq. O zaman qədər isə hər yüzildə düşüncələri və duyğuları ilə zamanı dəyişənlər ordusu mərkəzləşıb bu məkanda.Nə baş verdi? Bu mərkəz hara itdi?
Bu suala cavab verməliyik.
Varislik olaraq nə Əhəməni,nə də Sasaniyə bağlanmayan Səfəvilər hindi düşüncənin davamı oldular.
Hind düşüncə mərkəzi qapalı, insana deyil, məqama dəyər verər. Məqam dəyişməzdir, insan məqamın xidmətçisidir.

İslama qədər var olan Aran elm mərkəzinə islamdan sonra Gəncə sahib çıxdı.Şeyx İmad,Nizami Gəncəvi ,Xəqani Şirvani ,Əbufəzl Naxçıvanı ,bu adlarla məhdudlaşmayan onlarla düşüncə sahibləri Aran məktəbinə bağlı idilər.Aran mərkəzinin canı suryani fikir fırtınalarından formlaşır.Cövhərini Əflatun və Ərəstun qoyub.

Muğan elm mərkəzinin cövhəri tam fərqli idi. Hind-Xorasan- Semit elemetləri var idisə də belə, Özlüyə sahiblənmişdı.Ələmut hadisələrindən sonra bitdi bu mərkəz.ŞəmsTəbrizi ilə mövlanələşdı.Konyaya koç etdi.Cücərmədi bir daha.
Səfəvilər nə Muğan, nə də Aran düşüncə mərkəzlərinə sahib ola bildilər.Mədain xarabalığndan Qum zuhur etdi.
Məktəb ideoloi düşüncəyə çevrildi. Mollaxanalar ölü yumaq və dua yazmaq mərkəzi oldu.
Biz kimin varisiyik?
Aranınmı, Muğanınmı?
Moskvanınmı?
Son mərkəzimiz hələ ki, Moskva olub.

İDRİS HEYDƏRLİ

Geri dön