Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Manat xarici valyutalara qarşı bahalaşıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Manat xarici valyutalara qarşı bahalaşıb

Manat xarici valyutalara qarşı bahalaşıb


Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 16-sı ilə müqayisədə dəyişməyərək 1,7039 manat təşkil edib.

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,42% zəifləyərək 1,8225 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 0,75% ucuzlaşaraq 0,0264 manat olub.

Türkiyə lirəsinin məzənnəsi isə 0,95% azalaraq 0,5131 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1188 manatdır. Beləliklə, funt sterlinq 0,21%-lik azalma nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi 0,1% ucuzlaşaraq 0,6857 manat olub.

Geri dön