Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan yetərincə müasir silaha sahiblənib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hərb > Azərbaycan yetərincə müasir silaha sahiblənib

Azərbaycan yetərincə müasir silaha sahiblənib


Natiq Miri: “Çox təəssüf ki, ordumuzun güclənməsi bəzi qonşularımızı qıcıqlandırır”

Azərbaycan rəhbərliyinin işğal altında olan torpaqlarımızı silahlı yolla geri almaq barədə bəyanatları və bu yöndə atılan addımlar artıq ciddiləşməyə başlayıb. Bu, Rusiya mətbuatının da diqqətini çəkib. Rus mediası bugünlərdə Azərbaycanın işğal altındakı ərazilərini hərbi yolla geri qaytarmağa hesablanmış planlarının məğzini və İsraillə əldə etdiyi 1.6 milyard dollarlıq silah sövdələşməsinin detallarını açıb.

Söhbət “Arqumenti Nedelyi” həftəliyində dərc edilmiş məqalədən gedir. Nəşr qeyd edir ki, neftdən kifayət qədər gəlirlər əldə edən Azərbaycan hazırda regionda ən iri silah alıcılarından biridir. Ölkə artıq Ukrayna, Bolqarıstan və Belarus silahlarını almaq mərhələsini adlayıb, xaricdən ən müasir silahlar əldə etməyə başlayıb.
Məqalədən sitat: “Azərbaycana müasir silahlar satan ölkələrdən biri də Rusiyadır. Həmçinin Türkiyə və İsrail bu sırada yer alır. Bu yaxınlarda Azərbaycan Rusiyadan yeni S-300 PMU-2 ”Favorit" zenit-raket kompleksləri alıb. Ermənistanda belə sistem yoxdur, onun nisbətən köhnə S-300 PT-1 sistemləri var. Həmçinin Azərbaycan BTR-80A zirehli transportyorlarını və zirehli “KamAZ” maşınlarını alır. Cənubi Afrika Respublikasından minalardan müdafiə edilmiş MRAR sinifli zirehli maşınlar alınıb. Azərbaycanın Belarus və Ukraynadan alınmış T-72 AB tanklarını İsrail modernləşdirib. Bakı həmçinin Rusiyadan T-90C tanklarını alıb, hələlik nə qədər belə tank alındığı və onların necə komplektləşdirildiyi məlum deyil. Həmçinin Azərbaycan ixraca hesablanmış və son dərəcədə modernləşdirilmiş T-90MS “Taqil” tanklarını almağa maraq göstərir. Uzaq məsafədən hədəfləri məhv etməyə imkan verən vasitələrə də xüsusi üstünlük verilir - Qarabağdakı möhkəmləndirilmiş erməni mövqelərini dağıtmaq və Ermənistandan köməyə qüvvələrin gəlməsinin qarşısını almaq üçün".
Bəs azərbaycanlı ekspertlər ölkəmizin bu qədər müasir silaha, texnikaya sahiblənməsi barədə nə bilirlər? Bu məlumatlar həqiqəti əks etdirirmi?
Politoloq, hərbi ekspert Natiq Miri bu barədə danışarkən dedi ki, Azərbaycan son bir neçə ildə kifayət qədər müasir silah-sursat, hərbi texnika alıb: “Bu məlumatlar təbii ki, inandırıcıdır və heç şübhəsiz, faktdır. Burada təəccüblü bir şey də görmürəm. Çünki torpaqları işğal altında olan Azərbaycan Ermənistan sülhə gəlməyəcəyi təqdirdə müharibəyə başlamaq haqqına malikdir. Bunun üçün də onun silahlanmaq haqqı var, bu, eyni zamanda konstitusion vəzifədir. Əslində belə silahların Azərbaycan tərəfindən alınması onları satan ölkələr tərəfindən təsdiq olunub, yaxud bunu təkzib etmirlər. Rusiya mətbuatının yazdıqlarından başqa bəzi müasir silahlar da var ki, Azərbaycan onu alaraq ordusunu gücləndirib. Bunlar hamısı Azərbaycanın hərbi qüdrətini göstərən amillərdir. Çox təəssüf ki, ordumuzun bu cür güclənməsi, xüsusilə silah təchizatındakı uğurlar bir sıra qonşularımızı qıcıqlandırır. Ancaq bu, bizim yox, həmin ölkələrin problemidir. Çünki təcavüzkar siyasəti yeridən Azərbaycan deyil, əksinə, onun torpaqları işğala məruz qalıb. Biz mehriban qonşuluq siyasəti yürüdürük, qonşu ölkələrin də buna adekvat cavab verməsi arzuolunandır”.
Maraqlıdır, bu silahlar Ermənistana qarşı müharibədə istifadə olunmağa hesablanıb, yoxsa müdafiə tədbirləri də burada yer alır? Politoloq dedi ki, Azərbaycan mürəkkəb bir situasiya ilə üzləşib: “Çünki ölkəmizin bir tərəfdən işğal altında torpaqları var, bu ərazilər azad edilməlidir və ediləcək. İşğaldakı torpaqları azad etmək üçün isə müdafiə sistemləri yox, hücum texnikası, silahları lazımdır. Bu silahlar Azərbaycanda mövcuddur. Digər tərəfdən, Azərbaycana müdafiə oluna biləcəyi silahlar da lazımdır. Bu hücumlardan da biz sığortalanmamışıq. İran ətrafında daralan həlqə bu ölkənin Azərbaycana da hədəf kimi baxmasına gətirib çıxara bilər. Bu istiqamətdən gələ biləcək zərbələrdən müdafiə olunmağa və onları müşahidə edəcək radar sistemlərinə də ehtiyacımız var”.

Elşad MƏMMƏDLİ

Geri dön