Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Bildiriş > Müstəqil Dövlətlər Birliyi ölkələri arasında keyfiyyət sahəsində nailiyyətlərə görə müsabiqə elan edilib
Müstəqil Dövlətlər Birliyi ölkələri arasında keyfiyyət sahəsində nailiyyətlərə görə müsabiqə elan edilib |
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri arasında keyfiyyət sahəsində (istehsal və göstərilən xidmətlər üzrə) əldə edilən nailiyyətlərə görə mükafatların müəyyən edilməsi məqsədilə müsabiqənin birinci mərhələsini elan edib.
Komitənin mətbuat xidmətindən bildirilib ki, müsabiqə haqqında Qərar 2005-ci il noyabrın 25-də MDB hökumət başçıları Şurası tərəfindən təsdiq edilib. Müsabiqədə iştirak etmək istəyən təşkilatlar (fiziki və ya hüquqi şəxslər) müsabiqənin qaydalarına (qaydalar təqdim ediləcək) müvafiq olaraq keyfiyyətlə bağlı sənədlər toplusunu (70 səhifədən çox olmamaq şərti ilə) cari ilin dekabrın 5-dək komitəyə təqdim etməlidirlər. Bu təşkilatlar qarşısında bir neçə tələb də qoyulub. Belə ki, milli orqan tərəfindən elan edilmiş müsabiqədə iştirak, iki ildən az olmamaq şərti ilə istehsal olunan məhsulun (göstərilən xidmətin) yüksək keyfiyyətliliyinin təsdiq edilmiş olması və istehsal edilən məhsulun (göstərilən xidmətlərin) ikidən az olmamaq şərti ilə MDB-yə üzv dövlətlərə ixrac edilməsi (və ya xidmətlərin göstərilməsi) əsas tələblərdir. Müsabiqədə istehsal təyinatlı, istehlak məhsullarının, ərzaq və kənd təsərrüfatı məhsullarının istehsalı və habelə xidmət sahələri ilə məşğul olan təşkilatlar iştirak edə bilərlər. Müsabiqədə iştirak könüllüdür. Müsabiqənin 1-ci mərhələsinin qalibləri 2017-ci il yanvarın 1-dək xüsusi komissiya tərəfindən müəyyən ediləcək, müvafiq mükafatlarla təltif olunub, respublikanın kütləvi informasiya vasitələrində elan ediləcəklər. Sonra isə 2-ci mərhələdə iştirak üçün onların sənədləri MDB Dövlətlərarası Şuraya təqdim olunacaq. İki ildən bir keçirilən müsabiqədə iştirak etmək üçün şərtlər aşağıdakı kimidir: - Milli orqan tərəfindən elan edilmiş müsabiqədə iştirak; - İki il müddətindən az olmamaq şərti ilə istehsal edilən məhsulun (göstərilən xidmətin) yüksək keyfiyyətliliyinin təsdiqi; - İstehsal edilən məhsulun (göstərilən xidmətlərin) ikidən az olmamaq şərti ilə MDB üzv dövlətlərinə ixrac edilməsi (və ya xidmətlərin göstərilməsi). Müsabiqədə sənaye və xalq istehlakı malları istehsal edən (xidmət göstərən) təşkilatlar (fiziki və ya hüquqi şəxslər) iştirak edə bilərlər. Müsabiqənin 2-ci mərhələsi Dövlətlərarası Şura tərəfindən keçiriləcək, 2017-ci ilin dekabr ayında MDB üzv dövlətləri arasında qaliblər müəyyən ediləcək. Müsabiqədə iştirak etmək istəyən fiziki və ya hüquqi şəxslər sifarişlərini (Azərbaycan və rus dillərində) 2016-cı il dekabrın 5-dək komitəyə təqdim etməlidirlər. Əlavə məlumat almaq üçün komitənin əməkdaşları Cəfərova Zenfira Adil qızı (Tel: (012) 480-06-38, (050) 327 89 49) və ya Bədəlov Mahir Ənvər oğluna (Tel: (012) 449-99-59, (050) 275 96 95) müraciət oluna bilər. Geri dön |