Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İsrail həkimləri azərbaycanlı həmkarlarına seminar keçir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > İsrail həkimləri azərbaycanlı həmkarlarına seminar keçir

İsrail həkimləri azərbaycanlı həmkarlarına seminar keçir


İsrail səfirliyinin dəstəyi ilə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında İsrailin Ben-Qurion Universitetinin əməkdaşları tərəfindən "Düzgün kliniki praktika" (Good Clinical Practice) mövzusunda seminar keçirilir.
Səfirlikdən verilən məlumata görə, klinikanın direktoru Surxay Hadıyev bildirib ki, bu cür beynəlxalq tədbirlərin keçrilməsi klinik tədqiqatlar səhəsində çalışan alimlərinin elmi fəaliyyətlərinin inkişafında böyük rol oynayacaq.
İsrail səfirinin müavini Amir Rom qeyd edib ki, Azərbaycan-İsrail əməkdaşlığı təkc' bu istiqamətdə deyil, həmçinin gələcəkdə universitetlərarası həkim-tələbə mübadiləsi sahəsində də inkişaf etdirilməlidir.
Sonra İsrailin Ber-Şeva şəhərində yerləşən Moşe Soroka adına Universitet Tibb Mərkəzinin Elmi Araşdırmalar Mərkəzinin koordinatoru Aviva Qrosbard və Tibb Mərkəzinin Administrasiyasının əməkdaşı Naomi Amixay mühazirələrlə çıxış ediblər. Onlar həmçinin bu tibb ocağının ölkədə ən böyük elmi və klinik mərkəzlərdən biri olduğunu və hazırda burada tibbin müxtəlif istiqamətlərini əhatə edən 1000-dən artıq klinik tədqiqatın aparılmasını qeyd ediblər.
Üçgünlük seminarda universitet əməkdaşları ilə birgə Səhiyyə Nazirliyi, Respublika Diaqnostika Mərkəzi, Psixi Sağlamlıq Mərkəzinin əməkdaşları da iştirak edirlər.

Geri dön