Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Nazirlik 130 müharibə əlilini avtomobillə təmin edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Nazirlik 130 müharibə əlilini avtomobillə təmin edib

Nazirlik 130 müharibə əlilini avtomobillə təmin edib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 130 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxsə “NAZ-Lifan” markalı minik avtomobilləri təqdim olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlardan 97 nəfəri Qarabağ müharibəsi əlili, 4 nəfəri İkinci Dünya müharibəsi əlili, 12 nəfəri hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olmuş vətəndaş, 14 nəfəri Çernobıl AES əlili, 3 nəfəri isə 20 Yanvar əlilidir.

Avtomobillərin təqdim olunması tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Zakir Babayev, əlil ictimai birliklərinin rəhbərləri iştirak edib. Z.Babayev Azərbaycan prezidenti İlham Əliyevin müharibə əlilləri və onlara bərabər tutulan vətəndaşlara diqqət və qayğısından bəhs edib, həmin insanların sosial təminatının gücləndirilməsi istiqamətində görülən işləri diqqətə çatdırıb: “Dövlət başçısının 23 dekabr 2013-cü il tarixli və 30 aprel 2014-cü il tarixli Sərəncamları bu istiqamətdə əhəmiyyətli addımların atılmasına şərait yaradıb. Həmin Sərəncamlara uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2014-2015-ci illərdə 1933 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxsə “NAZ-Lifan” markalı avtomobili verilib. Bununla da 2014-cü ilədək növbədə dayanan bütün imtiyazlı şəxslər, hətta 2014-cü il ərzində növbəyə dayananların da bir hissəsi avtomobillə təmin edilib”.

Fondun direktoru müharibə əlillərinin, onlara bərabər tutulan şəxslərin Azərbaycan Prezidentinin aylıq təqaüdləri, əmək pensiyası və ya sosial müavinətlə təmin edildiklərini, bu sosial ödənişlərin mütəmadi olaraq artırıldığını qeyd edib. Müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatı proqramından da bəhs edən Z.Babayev bu istiqamətdə aparılan işlərin davamı olaraq, cari ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 252 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsinin mənzillə təmin olunduğunu diqqətə çatdırıb. O, əlillərin tibbi-sosial reabilitasiyası sahəsində aparılan işlərə də toxunub, bu işlərin davamı kimi cari ilin 10 ayı ərzində 19,5 min nəfərdən çox əlilliyi olan şəxsə bərpa-müalicə və protez-ortopedik xidmətlər göstərildiyini bildirib.
Əlil ictimai birliklərinin rəhbərləri ölkəmizdə əlilliyi olan şəxslərin həyat səviyyəsinin yaxşılaşdırılması sahəsində icra olunan sosial proqramlardan razılıqla bəhs ediblər. Onlar bu sahədə görülən işlərin, eləcə də hazırda daha 130 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxsə minik avtomobili verilməsinin əlillərə dövlət qayğısının əyani təsdiqi olduğunu vurğulayıblar.

Yeni avtomobillə təmin olunan imtiyazlı şəxslər ölkəmizdə sosial cəhətdən həssas qrupların maddi təminatlarının yaxşılaşdırılması və rifah halının yüksəldilməsi istiqamətində aparılan işləri yüksək dəyərləndiriblər. Müharibə əlilləri və onlara bərabər tutulan şəxslər onlara göstərilən hərtərəfli qayğıya, bu gün isə minik avtomobilləri ilə təmin olunduqlarına görə prezident İlham Əliyevə minnətdarlıqlarını vurğulayıblar.

Geri dön