Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Rusiyada stadion tikintisindən 50 milyonluq yeyintidə şübhəli bilinən şəxsin erməni olduğu müəyyənləşib
Rusiyada stadion tikintisindən 50 milyonluq yeyintidə şübhəli bilinən şəxsin erməni olduğu müəyyənləşib |
Futbol üzrə 2018-ci il dünya çempionatı üçün Rusiyanın Sankt-Peterburq şəhərində stadion tikintisi zamanı fırıldaqçılığa yol verən şəxsin erməni olduğu müəyyənləşib.
Bu, Sankt-Peterburqun sabiq vitse-qubernatoru Marat Oqanesyandır. Baş podratçı 2014-cü ildə "Transstroy"la TDM şirkətləri arasında stadion üçün videotablonun çatdırılması üzrə bağlanmış müqavilədən 50 milyon rubl pul yeyintisində şübhəli bilinib. Ötən gün həbs olunan Oqanesyan bu gün xəstəxanada 3 saatadək qaldıqdan sonra yenidən müvəqqəti saxlanma təcridxanasına qaytarılıb. Qeyd edək ki, "Sankt-Peterburq" stadionu Konfederasiyalar Kubokunun 3 qrup oyununa və final görüşünə ev sahibliyi edəcək. Bundan başqa, DÇ-2018-in 4 qrup, 1/8 final, yarımfinal və üçüncü yerin sahibini müəyyənləşdirəcək oyunlar da bu stadionda keçiriləcək. Geri dön |