Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev: “Hər bir kişi hərbi xidmətdə olmalıdır”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasi partiyalar, Fərəc Quliyev > Fərəc Quliyev: “Hər bir kişi hərbi xidmətdə olmalıdır”

Fərəc Quliyev: “Hər bir kişi hərbi xidmətdə olmalıdır”


“Neft Fondunun pullarının bir hissəsi əsgərlərə verilməlidir”

Fərəc Quliyev: “Bu cür qanun qüvvəyə minərsə, bir çox ailələr təkövladlılığa meylli olacaq”

Evin tək oğlu olan gənclərin hərbi xidmətə çağırışla bağlı müəyyən narazılıqlar hələlik ki, həllini tapmayıb.Valideynlər nəslin davamçısı olan oğlan uşaqlarının hərbi xidmətə getməsinin əleyhinədir.Görünən budur ki, evin tək oğlu cəbhədə dünyasını dəyişdikdən sonra nəslin davamçısı olmur. Etiraf edək ki, bu gün Azərbaycan ailəsində 2 uşaqlılıq dəbdədir.Onların da böyük əksəriyyəti biri qız, biri oğlandır.Evin tək oğlunun hərbiyə çağrılmaması haqda qanun qüvvəyə minərsə, cəbhə xətti necə olacaq? Torpaqların keşiyində kim duracaq?

Milli Məclisin deputatlarını da bu sual düşündürür.Məhz bu səbəbdən belə bir qanunun qüvvəyə minməsi ləngiyir.Çünki mövcud iqtisadi-sosial vəziyyət onu göstərir ki, ana-ata övladının əsgər getməməsində maraqlıdır.Əlçatan müəyyən variantlardan da yararlanar ki, övladı hərbiyə çağırılmasın. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvi, millət vəkili Fərəc Quliyev “Cümhuriyət” qəzetinə bu haqda danışıb:

“Hər bir kişi hərbi xidmətdə olmalıdır”

- Fərəc bəy, evin tək oğlanları hərbi xidmətə çağırılmasa, ölkədə demoqrafik vəziyyət necə olacaq?


- Milli Məclisdə dəfələrlə evin tək oğlanlarının hərbi xidmətə çağrılmaması ilə bağlı məsələ müzakirəyə qoyulub.Düşünürəm ki, evin tək oğlanları hərbi xidmətə çağrılmaması Azərbaycana demoqrafik cəhətdən zərbə vura bilər.Bu cür qanun qüvvəyə minərsə, bir çox ailələr təkövladlılığa meylli olacaq.Allahın bir qədəri var. Qismət nədirsə o da olacaq. Bu səbəbdən düşünürəm ki, hər bir kişi hərbi xidmətdə olmalıdır. Hərbi xidmətə getməmək kişinin xarakterinin formalaşmasına zərbə vura bilər.

- Valideynlər evin tək oğlunu itirməkdən qorxurlar. Oğul nəslin davamçısıdır...

- Düşünürəm ki, Milli Məclisdə evin tək oğlanlarının arxa cəbhəyə göndərilməsi ilə bağlı müzakirələr aparmaq olar. Amma tamamilə hərbi xidmətə getməməsi ilə bağlı məsələ qətiyyən müzakirəyə çıxarıla bilməz.Təkoğlanlı ailələrlə bağlı qanunun qüvvəyə minməsi düşünürəm ki, hərbi xidmətdən yayınmağa meylli olanların sayını artıracaq. Ölkənin demoqrafik vəziyyətinə, əhalinin sayının azalmasına səbəb ola bilər. Elə adamlar var ki, əsgərlikdən yayınmaq üçün müxtəlif yollara əl atır. Belə qanunun da qüvvəyə minməsi onlar üşün əsas silah ola bilər. Belələri az deyil. Bu səbəbdən belə müzakirə üçün müxtəlif variantları düşünmüşük.Biz əksinə stimul verməliyik, çoxuşaqlı ailələrin sayının artmasına stimul verməliyik.Onlara vəsaitlər ayırmalıyıq, təzminatlar verilməlidir.

- Bəs şəhidlərin tək övladları ilə bağlı hansı məsələ müzakirə olunur?

- 2 il öncə də parlamentdə belə bir məsələni müzakirəyə çıxartdım ki, şəhidin tək övladı ya hərbi xidmətə çağırılmasın, ya da ki birmənalı şəkildə arxa cəbhədə olsun.

- Çoxuşaqlı ailələrin sayını artırmaq üçün hansı tədbirlər görülməlidir?

- Milli Məclisdə bu istiqamətdə müzakirələr gedir, hazırda da belə ailələr üçün müəyyən imtiyazların verilməsi nəzərdə tutulub. Dəfələrlə təklif etmişəm ki, Neft Fondunun pullarının bir hissəsi əsgərlikdən qayıdanlara verilsin ki, müəyyən iş qura bilsinlər. Hərbiyə maraq yaratmalıyıq.Tək oğlanların əsgər getməməsi ilə bağlı qərar qəbul etsək, vəziyyət pisləşər.

Nigar Məhərrəm

Cebhe.info

Geri dön