Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Manat öz dəyərini almalıdır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Manat öz dəyərini almalıdır

Manat öz dəyərini almalıdır


Ekspert: "Manatın məzənnəsini süni yolla saxlamaq sonradan çox xoşagəlməz nəticələrə gətirib çıxara bilər"

Dünya iqtisadiyyatında baş verən iqtisadi böhran Azərbaycana da təsirsiz ötüşmədi. Beynəlxalq aləmlə sıx iqtisadi və ticari əlaqədə olan ölkəmizin milli valyutasında devalvasiyası baş vedi. Artıq xeyli müddətdir ki, manat ətrafında baş verən sürüşmələr ölkə vətəndaşlarını düşündürməkdədir. Ötən müddət ərzində milli valyutanın məzənnəsini sabit saxlamaq məqsədilə Mərkəzi Bank öz valyuta ehtiyatlarının üçdə ikisindən çoxunu itirsə də əslində heç nəyə nail olunmayıb. Nəticədə manatın üzən məzənnəyə keçməsi barədə qərara gəlinib. Maraqlıdır, manatın dollara nisbətən ucuzlaşması fonunda onun məzənnəsini sabit saxlamaq nə dərəcədə mümkündür? Sabiq maliyyə naziri, "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov bildirib ki, indiki şəraitdə manatın məzənnəsini süni yolla, qeyri-müəyyən bir müddətə qədər saxlamaq, sonradan çox xoşagəlməz nəticələrə gətirib çıxara bilər. Onun sözlərinə görə, artıq iki ildən çoxdur ki, manat ətrafında baş verən olaylar cəmiyyətdə hər kəsi rahatsız edir: "Bu müddət ərzində milli valyutanın məzənnəsini sabit saxlamaq məqsədilə Mərkəzi Bank öz valyuta ehtiyatlarının üçdə ikisindən çoxunu itirsə də əslində heç nəyə nail ola bilmədi və yalnız bundan sonra manatın üzən məzənnəyə keçməsinə qərar verdi. Bu gün manat real olaraq üzürmü? Xeyr, o rəsmən üzən məzənnəyə keçirilsə də, faktiki olaraq Mərkəzi Bank tərəfindən tam idarə olunur. Bəs manatın məzənnəsini bu qayda ilə nə qədər tənzimləmək mümkündür? Hesab edirik ki, buna son verməyin vaxtı artıq çatıb. Bu gün manatın məzənnəsinin real olaraq üzməsini - yənin onun tam sərbəst buraxılmasını ölkənin mövcud iqtisadi və maliyyə durumu tələb edir. Neftin qiymətlərində baş verən kəskin dəyişikliklərin bir müddətdən sonra qaydaya düşəcəyinə bəslənən ümüdlər aradan qalxdıqdan sonra vəziyyət tamamilə dəyişdi. Əgər bu qiymətlərdə müsbət dəyişikliklərin nə vaxt baş verəcəyi bəlli olsaydı, onda doğrudan da gözləmə mövqeyi seçmək mümkün idi. Lakin təəssüf ki, daha çox siyasi motivlərə söykənən bu qiymətlərdə müsbət dəyişikliklərin nə vaxt baş verəcəyinə indi heç kim təminat verə bilməz. Belə bir vəziyyətdə manatın məzənnəsini süni yolla, qeyri-müəyyən bir müddətə qədər saxlamaq, sonradan çox xoşagəlməz nəticələrə gətirib çıxara bilər"- deyə, F.Yusifov vurğulayıb. İqtisadçı alimin fikrincə, indiki durumda manatın tam sərbəst buraxılması ən düzgün seçim ola bilər: "Bundan qorxmaq lazım deyil. Nə qədər çətinliklər yaransa da onların hamısı müvəqqəti xarakter daşıyacaq və tədricən aradan qalxa biləcəkdir". O, hesab edir ki, bunun əvəzində isə həm cəmiyyət və həm də aidiyyatı rəsmi strukturlar manatın məzənnə problemindən birdəfəlik xilas olacaq: "Onsuz da bu gün biz nə qədər çalışsaq belə manatın məzənnəsini onun real dəyərindən aşağıda saxlaya bilməyəcəyik. Bu ağır bir yükdür və indiki reallıqlar şəraitində ondan imtina etmək lazımdır. Bunun alternativi yoxdur. Bu addım atılarsa, o şok effekti yaratmağa imkan tapmayacaq". F. Yusifov deyib ki, yaranmış vəziyyətdə yeganə düzgün seçim, iqtisadi islahatların sürətlə həyata keçirilməsini təmin etmək yolu ilə həm idxalı əvəzləyən məhsulların istehsalını arqtırmaq və həm də real sektordan ixracın həcmini artırmaqdan ibarət ola bilər: "Bu kurs isə artıq götürülüb. Hökumət real sektorun sürətli inkişafını təmin edə biləcək bütün zəruri addımları atır və bu addımların pozitiv nəticələrinin tezliklə baş verəcəyi gözləniləndi. Ona görə də qorxmadan, çəkinmədən və gecikmədən manatı tam sərbəst buraxmaq lazımdır". Bununla belə o deyib ki, manatın tam sərbəst buraxılmasının bank sektoru üçün yaradacağı əsas problem onların xarici valyutada verdikləri kreditlərin qaytarılması ilə bağlı ola bilər: "Bu sahədə isə mənzərə manatın iki devalvasiyasından sonra onsuz da ürəkaçan deyil. Yəni manatın sərbəst buraxılması bu sahədə elə bir ciddi dəyişiklik yaratmayacaq. Xarici valyutada verilmiş kreditlərin yükünü isə zamanılə vətəndaşlara zorla bu kreditləri verən bankların üzərinə qoymaq lazımdır. Onsuz da bank sektorundakı islahatlarla bundan sonra daha 20-yə qədər bankın bağlanması tam gözləniləndir. Bizə iqtisadiyyatımıza real dəstək verə biləcək banklar lazımdır. Lombard xislətli banklardan isə xilas olmaq gərəkdir".
Xatırladaq ki, bir müddət öncə Amerikanın ən nüfuzlu banklarından biri "Bank of Amerika Merrill Lynch" Azərbaycan Mərkəzi Bankını manatın kursunu süni şəkildə stabil saxlamaq siyasətindən imtina etməyə çağırmışdı. Sözügüdən bank bildirmişdi ki, neftin qiymətinin kəskin düşməsi bir sıra milli valyutaların da dəyərdən düşməsinə səbəb olub. Kanada dollarından Norveç kronuna, Qazaxıstan təngəsindən Rusiya rubluna qədər bir çox valyutalar ABŞ dollarına nisbətdə dəyər itirib. Belə vəziyyətdə mərkəzi banklar fərqli taktikalar tətbiq edirlər. Rusiya Mərkəzi Bankı rublun kursunu sərbəst buraxaraq strateji valyuta ehtiyatlarına dəyən zərbəni yumşalda bilib. Bu, həmçinin Rusiyanın neft şirkətlərinin maliyyə göstəricilərinə də müsbət təsir edib. "Bank of America" qeyd edir ki, Mərkəzi Bank manatın kursunu sabit saxlamaq üçün öz ehtiyatlarının az qala yarısını xərcləyib: "İndiki situasiyada, neftin qiymətinin düşmə tendensiyasını davam etdirdiyi bir vaxtda bu monetar siyasətin davam etdirilməsi qeyri-real görünür. "Bank of America" hesab edir ki, Azərbaycan manatın kursunu dollara nisbətdə sabit saxlamaq siyasətini yaxın müddət ərzində dəyişməlidir: ya manatı yenidən 30-35 faiz devalvasiyasını həyata keçirməlidir, ya da Rusiya və Qazaxıstan kimi sərbəst üzən məzənnə siyasətini tətbiq etməlidir". Qeyd edək ki, Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov bir müddət əvvəl ölkə parlamentində çıxışı zamanı sərbəst üzən məzənnə və idarəedilən üzən məzənnə siyasətinə keçidin müzakirə olunduğunu, ancaq Azərbaycanda bu siyasətə keçidin hələ mümkün olmadığını bildirmişdi. Odur ki, hələlik Mərkəzi Bank manatın indiki məzənnəsini saxlamaqda qərarlı görünür.

Nurlan

Geri dön