Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Azərbaycanın güclü dövlətə çevrilməsində elm və təhsilin vacib rolu var
Azərbaycanın güclü dövlətə çevrilməsində elm və təhsilin vacib rolu var |
Bakı Slavyan Universitetində (BSU) “Azərbaycan və Avropa: Multikulturalizm, tolerantlıq və birgəyaşayışın problemləri və perspektivləri” mövzusunda respublika elmi-praktik konfransının açılışı olub. Konfrans Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə, BSU-nun 70 illik yubileyinə və 2016-cı ilin Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Multikulturalizm ili” elan olunmasına həsr edilib.
BSU-dan bildiriblər ki, tədbirdə bu ali təhsil müəssisəsinin rektoru, professor Nurlana Əliyeva müstəqil Azərbaycanın güclü dövlətə çevrilməsində elm və təhsilin vacib rolu olduğunu bildirib. Qeyd olunub ki, dövlətimizin bu istiqamətdəki siyasətinin inkişaf etdirilməsi bilavasitə gənclərin elmi-tədqiqatlara daha çox cəlb edilməsindən asılıdır. Azərbaycanın dünya ölkələri ilə daim dostluq, qardaşlıq münasibətində olmasını ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi kimi qiymətləndirən rektor BSU-da hökm sürən tolerant mühitin universitetin beynəlxalq əlaqələrinin inkişafında böyük rol oynadığını vurğulayıb. BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov dövlətimizin gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb. Bildirilib ki, gənclərimizin elm və təhsilə cəlb olunması dövlətin təhsil siyasətinin əsas istiqamətlərindən biridir. BSU-nun Tələbə Elmi Cəmiyyətinin sədri Aygün Mahmudova elmi-praktik konfrans barədə iştirakçılara ətraflı məlumat verib. O qeyd edib ki, konfransda respublikanın 11 ali məktəbi və 4 orta ümumtəhsil müəssisəsini təmsil edən 211 tələbə, magistrant və şagird iştirak edir. Sonra tədbirdə ali və orta təhsil müəssisələrinin tələbə və şagirdlərinin çıxışları dinlənilib. Konfrans işini “Heydər Əliyev və Azərbaycan Respublikasının daxili və xarici siyasəti”, “Heydər Əliyev Azərbaycanda multikulturalizmin banisi kimi”, “Azərbaycan Respublikasının multikulturalizm və tolerantlıq siyasəti”, “Multikulturalizm Azərbaycan dövlətinin həyat tərzi kimi”, “Azərbaycanın ədəbi-ictimai fikrində multikulturalizm ənənələri”, “Təhsil prosesində tolerantlıq və multikulturalizm dəyərləri”, “Azərbaycan və Avropa: multikulturalizmin çoxtərəfli münasibətləri və modelləri”, “Qloballaşan dünyada azərbaycançılıq” mövzusunda səkkiz bölmə üzrə davam etdirib. Mövzular ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb. Konfransın sonunda fərqlənən şagird, tələbə və magistrantlara sertifikatlar təqdim edilib. Geri dön |