Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət, Fərəc Quliyev > Fərəc Quliyevin - MÜSAHİBƏSİ (iki dildə)
Fərəc Quliyevin - MÜSAHİBƏSİ (iki dildə) |
Fərəc Quliyev: “Mixail Saakaşvili Azərbaycan-Rusiya münasibətlərinə ziyan vura bilməz”
Gün.Az-ın Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası işçi qrupunun üzvü Fərəc Quliyevlə müsahibəsi: - Mixail Saakaşvilinin Azərbaycan parlamentinin tribunasından Rusiya əleyhinə çıxışı Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsir göstərə bilərmi? - M.Saakaşvilinin çıxışının Azərbaycan-Rusiya münasibətlərinə hər hansı şəkildə təsir göstərə biləcəyini düşünmürəm. M.Saakaşvili Azərbaycan parlamentinin tribunasından məhz öz düşündüklərini ifadə edib. Hətta adi qəzetlərdə belə, məqalələrin altında “müəlliflə redaksiyanın fikriləri üst-üstə düşməyə bilər” adlı qeydə rast gəlinməsi təcrübəsi bunun bariz nümunəsidir. Ona görə də, M.Saakaşvili tərəfindən səsləndirilən fikirlərin Azərbaycana heç bir aidiyyəti yoxdur. - Gürcüstan prezidenti Mixail Saakaşvilinin ölkəsinin Azərbaycanla birgə xarici siyasət kursu yürütməsi barədə səsləndirdiyi təklif Azərbaycanın maraqlarına cavab verirmi? - Təqdirəlayiq hal ondan ibarətdir ki, M.Saakaşvili Bakıya səfəri zamanı etdiyi çıxışında Azərbaycanın və Gürcüstanın 1918-ci ildə öz dövlət müstəqilliklərini demək olar ki, eyni vaxtda elan etdikləri zaman o vaxtdan bəri bu iki ölkə arasında sıx münasibətlərin yarandığını xüsusilə vurğuladı. Tarix təkrar olundu, Azərbaycan və Gürcüstan ötən əsrin 90-cı illərində öz müstəqilliklərini elan edərək, həmçinin XX əsrin sonları- XXI əsrin əvvəllərində də sıx əməkdaşlıq münasibətləri qurdular. Nəinki ümumi sərhədlərin mövcudluğu, həmçinin problemlərin oxşarlığı ötən əsrin sonunda da bu iki dövləti bir-biri ilə yaxınlaşdırdı, onların münasibətlərini strateji əməkdaşlıq səviyyəsini yüksəltdi. Qeyd etmək lazımdır ki, Azərbaycanda da, Gürcüstanda da problemlərin oxşarlığı bu dövlətlərin ərazisinin bir hissəsinin işğal edilməsi ilə şərtlənir. Daha doğrusu, Azərbaycanda Dağlıq Qarabağın, Gürcüstanda isə Abxaziya və Cənubi Osetiyanın işğal edilməsi problemi mövcuddur. Azərbaycan və Gürcüstan süni şəkildə bu münaqişələrə sövq ediliblər. Buna görə də, yuxarıda sadaladığım amillər Azərbaycanın və Gürcüstanın eyni mövqelərdən çıxış etməsini labüd edir. - Azərbaycan, Gürcüstan və Türkiyə arasında daha sıx müttəfiqlik münasibətləri nə qədər məqsədəuyğundur və bu müttəfiqlik bölgədəki geosiyasi vəziyyətə təsir etməyə qabil olacaqmı? - Bu üç ölkə demək olar ki, bir-biri ilə sıx bağlıdır. Axı Türkiyə ilə Gürcüstanın münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır. Məhz Türkiyə 2008-ci ildə Qafqazda baş verən “beşgünlük müharibə” zamanı Gürcüstana daha çox yardım göstərən ölkə oldu. Azərbaycanın isə həm Türkiyə, həm də Gürcüstanla müttəfiqlik münasibətləri mövcuddur. Bundan əlavə, bu üç dövlətin ərazisindən cənub enerji dəhlizi keçir. Azərbaycan Gürcüstana çox köməklik göstərir. Çünki Gürcüstanın təkcə enerji resurslarının tranzitindən əldə etdiyi illik mənfəət 4 milyard dollar təşkil edir. Azərbaycan, Gürcüstan və Türkiyəni həmçinin müasir “İpək yolu” birləşdirir. Ona görə, bu üç dövlətin birgə fəaliyyətinin təmin edilməsi region üçün mühüm əhəmiyyət kəsb edir. - Türkiyə və Gürcüstanın Qarabağ probleminin həllinə birgə cəlb edilməsi bu münaqişənin nizamlanmasında müsbət rol oynaya bilərmi? - Son vaxtlar Avropa İttifaqı ölkələri bu və ya digər münaqişələrin nizamlanması problemlərinin müzakirəsi zamanı bu problemlərdən daha çox münaqişə ocaqlarına qonşu olan dövlətlərin ziyan çəkdiklərini göstərirlər. Ona görə, Avropa İttifaqı ölkələri münaqişə zonası ilə qonşu dövlətlərin bu problemlərin həllinə cəlb olunmasına üstünlük verməyə başladılar. Bundan çıxış edərək Türkiyə və Gürcüstanın Qarabağ nizamlanmasında vasitəçi missiyasının icrasına cəlb edilməsini vacib hesab edirəm. Başqa sözlə ATƏT-in Minsk qrupu formatına yenidən baxılması üzrə məsələ nəzərdən keçirilən zaman Türkiyə və Gürcüstanın da namizədliyinə nəzər salmaq lazımdır. - Saakaşvili Azərbaycan Parlamentinin tribunasından Cənubi Qafqaz ölkələrini Rusiyanın təşəbbüsü ilə yaradılacaq Avrasiya İttifaqına qoşulmaqdan imtina etməyə çağırdı. Bu imtina hər üç Cənubi Qafqaz ölkəsinin ümumi maraqlarına nə dərəcədə cavab verir? - Vladimir Putinin Avrasiya İttifaqının yaradılmasına dair təklifi bu və digər şəkildə keçmiş Sovet İttifaqının yenidən qurulumasına xidmət edə bilər. Ona görə, hesab edirəm ki, Saakaşvili Avrasiya İttifaqının yaradılmasına qarşı çıxış etməkdə haqlıdır. Bundan əlavə, hesab edirəm ki, Avrasiya İttifaqının yaradılmasına təşəbbüs göstərən Vladimir Putinin məqsədlərindən biri türkdilli dövlətlərin yaxınlaşmasına yol verməməkdir. Ona görə, Çindən Türkiyəyədək yerləşən türkdilli dövlətlər zolağını birləşdirəcək Transkontinental Avrasiya Blokunun yaradılmasını vacib hesab edirəm. Eyni zamanda, Moldova və Gürcüstanın da bu bloka daxil edilməsini təklif edirəm. Güman edirəm ki, yaxın vaxtlarda belə bir blokun yaradılması qaçılmaz prosesdir. Bununla belə, qeyd etmək lazımdır ki, bu ölkələrdə nəhəng insan, xammal və sənaye potensialı var. N.H. Gün.Az Высказывания Саакашвили в Баку не навредят азербайджано-российским отношениям - парламентарий Антироссийское выступление президента Грузии Михаила Саакашвили в парламенте Азербайджана не может нанести урон азербайджано-российским отношениям, считает член межпарламентской рабочей группы «Азербайджан-Грузия» Милли меджлиса Фарадж Гулиев. «Я не считаю, что выступление Саакашвили каким-либо образом повлияет на азербайджано-российские отношения», - заявил Ф.Гулиев агентству «Интерфакс-Азербайджан». «Саакашвили с трибуны азербайджанского парламента высказал лишь свое мнение», - добавил парламентарий. По мнению Ф.Гулиева, если говорить газетным языком, мнение автора статьи и редакции могут не совпадать. «Поэтому, высказанные со стороны грузинского президента слова о России не имеют какого-либо отношения к Азербайджану и его политике», - подчеркнул депутат Милли меджлиса. МИД РФ накануне выразил сожаление по поводу слов, озвученных президентом Грузии в парламенте Азербайджана 7 марта в ходе официального визита М.Саакашвили в Баку. В заявлении замдиректора Департамента информации и печати МИД Марии Захаровой говорится, что в выступлении Саакашвили «с предельной ясностью выразилось подлинное отношение к России и ее гражданам». «Маниакальная враждебность в сочетании с присущей грузинскому президенту манией собственного величия вылились в призыв ко всем народам постсоветского пространства (и еще почему-то к неким «русским патриотам» - МИД РФ) «взяться за руки» в целях борьбы с Россией», - указала она. «Поистине жаль, что для этого малосвязанного бреда была предоставлена трибуна парламента дружественного нам государства», - добавила представитель российского МИД. N.H. İNTERFAX.AZ Geri dön |