Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İran molla rejimi Anti Azərbaycan təbiğatını davam etdirir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > İran molla rejimi Anti Azərbaycan təbiğatını davam etdirir

İran molla rejimi Anti Azərbaycan təbiğatını davam etdirir


10 mart,2012-cil tarixində İran rejiminin sifarişilə Təbrizin Miyanə məscidində Azərbaycan Respublikasında son zamanlar həbs edilmiş İranın xüsusi xidmət orqanlarilə əməkdaşlıq edən “islamçılara” dəstək mərasimi keçirilib. Mərasimdə məhbuslarla bağlı çıxışlar olub. Başlanğıcda azərbaycanlı ilahiyyatçı İsgəndər Hüseynzadə çıxış edib.Hüseynzadə Təbrizdə “hicab” məhbuslarına həsr olunmuş tədbirlərə görə təşəkkürünü bildirib və bu mərasimləri Azərbaycan şiələrinin ürəyinə qüvvət adlandırıb. Hüseynzadə deyib: “Əgər Azərbaycan Respublikasında bir qərbpərəst fəal müxalifətçi təzyiqə məruz qalsa və ya həbs edilsə dərhal qərb dövlətlərindən, onların Bakıdakı səfirliklərindən etiraz bildirilir. Amma yüzdən artıq islamçının həbs olunması bu dövlətləri və onların təmsilçilərini narahat etmir. Əlbəttə ki, Azərbaycan Respublikasında hicab məhbuslarının müdafiəsinə qalxan Leyla Yunus kimi hüquq müdafiəçiləri var. Amma bu insanlar da rejim tərəfindən təzyiqə məruz qalır.”
Hüseynzadə sözünə davam edib: “Azərbaycan Respublikasının şiələri hər zaman tarixən bağlı olduğu İran İslam Respublikasının şiələrinə arxalanıb. İnanın ki, belə mərasimlərlə bağlı informasiyalar Azərbaycanda böyük əks-səda doğurur. Bu isə Azərbaycan müsəlmanlarına ümid verir.”
Hüseynzadə bildirib ki, azərbaycanlı müsəlmanlarda yüksək ruhiyyənin yaranması təkcə bu mərasimlərlə bağlı deyil. Azərbaycan hökuməti də qardaş xalqların, xüsusilə Təbriz əhlinin etirazını gördükdə müəyyən həddə geri çəkilməyə məcbur olur.
Hüseynzadə sözünün davamında Azərbaycan Respublikasında islami oyanışın ərəb ölkələrindəki səviyyədə olmaması məsələsinə toxunub. O bildirib ki, Azərbaycan 70 il kommunist rejimin hakimiyyəti altında olub və həmin illərdə əksər din alimləri şəhadətə yetirilib, dinlə mübarizə aparılıb, məscidlər dağıdılıb. “İlahiyyatçı” qeyd edib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra dövlət rəsmiləri sionistlərin, ABŞ və Qərb dövlətlərinin təsiri altında dinsiz kommunist rejiminin yolunu davam etdirir. Hüseynzadə vurğulayıb ki, dini etiqadın cəmiyyətdə möhkəmlənməsi üçün zamana ehtiyac var.
Azərbaycanlı ilahiyyatçı bildirib: “İran İslam İnqilabından və sovetlər birliyinin süqutundan sonra Azərbaycanda yeni bir ruhiyyə yaşanır. İnsanlar İslam dəyərlərinə qəlbən bağlıdır. Əgər müstəqilliyin ilk illərində namaz qılan, hicaba riayət edənlər azlıq təşkil edirdisə, bu gün dini kəsim cəmiyyətin əksər sferalarına nüfuz edib. Bu isə sekulyar rejimi, eləcə də hakimiyyətə nüfuz etmiş sionistləri narahat edir. Azərbaycanda təlatüm yaradan müqavimət hərəkatı, hicab aksiyaları xalqın agah dini etiqadının güclənməsini göstərir.”
Azərbaycanlı ilahiyyatçı sözünün sonunda Azərbaycan İslam Partiyasının sədri doktor Mövsüm Səmədovun və yüzədək dini fəalın həbsinə işarə ilə deyib: “Bu yüz nəfər arasında cəmiyyətin bütün zümrələrinin təmsilçiləri var. Azərbaycanda dini müqavimət hərəkatı son bir ildə formalaşsa da sürətlə genişlənməkdədir.Biz buna görə İran hökümətinə öz minnətdarlığmızı bildiririk ki biz şiələrə İran İslam hakimiyyəti bütün istiqamətdə lazimi dəstəklərini verirlər.

Geri dön