Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Diaspor > Vaşinqtonda Türk-Amerika Alyansı Azərbaycana dair təqdimat keçirib
Vaşinqtonda Türk-Amerika Alyansı Azərbaycana dair təqdimat keçirib |
Vaşinqtonda Türk-Amerika Alyansı Azərbaycana dair təqdimat keçirib. Bu barədə APA-ya Azərbaycanın ABŞ-dakı səfirliyindən bildirilib. Təqdimatda çıxış edən Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov ABŞ-Azərbaycan münasibətlərindən danışıb və rəsmi Vaşinqtonun münasibətlərə uzunmüddətli və strateji prizmadan yanaşmasının önəmini vurğulayıb.
Azərbaycanın keçdiyi müstəqillik yolundan bəhs edən E.Süleymanov, Azərbaycanın ötən il BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsinin 20 illik müstəqillik dövrü ərzində Azərbaycanın beynəlxalq aləmdə qazandığı nüfuzun və ölkəmizə olan etimadın göstəricisi olduğunu bildirib. Ölkəmizin bölgədəki rolundan və iqtisadi inkişafından söz açan səfir ARDNŞ-in Gürcüstanda ən iri vergi ödəyicisi olduğunu və Türkiyəyə edəcəyi yatırımın bu ölkənin özəl sektoru tarixində ən böyük yatırım olacağını qeyd edib. Bu gün Cənubi Qafqazın iqtisadiyyatında Azərbaycanın payının 85 faiz olduğunu bildirən E.Süleymanov regiondakı tərəfdaş ölkələrin iqtisadi cəhətdən inkişafının Azərbaycan üçün mühüm olduğunu və bu strategiyanın təməlinin Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib. Regionda Azərbaycan-Gürcüstan əməkdaşlığından danışan səfir, bu əməkdaşlıq nəticəsində Gürcüstan iqtisadiyyatının inkişaf etdiyini və bunda Azərbaycanın əhəmiyyətli rolu olduğunu xüsusilə qeyd edib. Ermənistanın regiondakı bu iqtisadi inkişafdan kənarda qalmasının rəsmi Yerevanın münaqişəsinin həllində tutduğu qeyri-konstruktiv mövqenin nəticəsi olduğunu bildirən E.Süleymanov Ermənistan hakimiyyətinin danışıqlar prosesində irəliləyişin əldə edilməsi üçün imkan yaradılmasına daima maneə törətdiyini, erməni xalqının gələcəyini düşünmədiyini və yürütdüyü bu siyasətin ən çox erməni xalqına ziyan vurduğunu və Ermənistanın inkişafı üçün isə acı nəticələrə səbəb olduğunu söyləyib. Səfir Azərbaycan cəmiyyətinin əsas sütunlarının tolerantlıq və açıq dəyərlər olduğunu və Azərbaycan dövlətçiliyinin etnik və dini faktorlar üzərində deyil, vətəndaş kimliyi üzərində qurulduğunu, Azərbaycanın 1918-ci ildən bəri demokratik siyasi düşüncələr ənənəsinin təmsilçisi olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Geri dön |