Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Hərb, Siyasi partiyalar > MDHP Qarabağ Departamentindən Rusiyanın Ermənistanla birgə ordu yaratmasına etiraz
MDHP Qarabağ Departamentindən Rusiyanın Ermənistanla birgə ordu yaratmasına etiraz |
Milli Dirçəliş Hərəkatı Partiyasının Qarabağ Departamenti bu gün partiyanın mərkəzi qərərgahının akt zalında geniş tərkibli toplantısını keçirib. Toplantıda Qarabağ münaqişəsi ilə bağlı son proseslər müzakirə edilib və Departament adından Rusiyanın Ermənistanla birgə ordu yaratması qərarına etiraz bəyanatı qəbul edilib. Bəyanatda bildirilir:
“Məlum olduğu kimi, 2016-cı ilin aprel ayında Ermənistan silahlı birləşmələri cəbhədə Azərbaycanın hərbi mövqelərinə qarşı növbəti təxribatlarının ardından aparılan əks həmlələr və hərbi əməliyyatlarla Azərbaycan ordusu cəbhəboyu sürətlə irəliləməyə başladı və işğalda olan ərazilərimizin bir qismini azad etdi. Sonradan hərbi əməliyyatların dayandırılması da məlumdur ki, Azərbaycana tərəfinə münaqişənin sülh yolla həll ediləcəyi ilə bağlı verilmiş vədlərlə bağlı oldu. Bu təminatı verən ölkələrdən biri də münaqişənin həlli üçün dünya qarşısında məsuliyyəti üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədirlərindən biri olan Rusiya idi. Lakin, atəşkəsə nail olduqdan sonra, Rusiya dövləti nəinki himayəsində saxladığı Ermənistana münaqişənin dinc yolla həlli ilə bağlı təziq göstərmədi, əksinə bu dövlətə işğalçılıq missiyasını davam etdirmək üçün dəstəyini qat-qat artırmağa başladı. Qarabağ münaqişəsinin həllində vasitəçilik edən Rusiyanın işğalçı tərəfi daha geniş miqyasda silahlandırmağa başlaması- 2 milyard dollarlıq “İsgəndər-M” operativ-taktiki raket komleksləri, “MİQ-31” hərbi təyyarələri, pilotsuz uçuş aparatları, od saçan silahlar və s. verməsi, eyni zamanda işğalçı tərəflə birgə ordu yaratmaq barədə qərar verməsi absurddur. Bu cür davranış Qarabağ münaqişəsinin həllində Rusiyanın vasitəçilik missiyasını yolverilməz edir. Rusiya növbəti dəfə açıq şəkildə Azərbaycana qarşı yürüdülən işğalçılıq siyasətinə dəstək nümayiş etdirir. Milli Dirçəliş Hərəkatı Partiyasının Qarabağ Departamenti Rusiyanın Ermənistanla birgə ordu yaratmaq qərarının təxirəsalınmaz şəkildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılmasını, əgər birgə ordu yaradılarsa Rusiyanın rəsmən işğalçının tərəfdaşına çevrilməsi səbəbindən ATƏT-in Minsk qrupundan çıxarılmasını və Rusiyanın bu davranışının beynəlxalq hüquqi normalara və qonşuluq siyasətinə zidd olması ilə bağlı Azərbaycan hökumətinin bu dövlətə nota verməsini vacib sayır. Bundan əlavə MDHP Qarabağ Departamenti Azərbaycan ictimaiyyətini- bütün ictimai, siyasi və diaspor təşkilatlarını bununla bağlı etirazlar etməyə, müharibənin sülh yolla həllində vasitəçilik missiyasını üzərinə götürən Rusiyanın işğalçı tərəfə verdiyi hərbi dəstəyi dünya ictimaiyyətinə çatdırmaq üçün əlindən gələni etməyə çağırır” MDHP Mətbuat Xidməti Geri dön |