Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İRAN SAYTI AZƏRBAYCANIN MÜDAFİƏ NAZİRİNİN SƏFƏRİNDƏN YAZIB
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > İRAN SAYTI AZƏRBAYCANIN MÜDAFİƏ NAZİRİNİN SƏFƏRİNDƏN YAZIB

İRAN SAYTI AZƏRBAYCANIN MÜDAFİƏ NAZİRİNİN SƏFƏRİNDƏN YAZIB


İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) keçmiş komandanı, hazırda Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəhbəri Möhsün Rzayiyə bağlı “Tabnak” saytı Azərbaycanın müdafiə naziri Səfər Əbiyevin bu ölkəyə səfərinə toxunaraq Azərbaycan Respublikasını İranın “sülhməramlı” xarici siyasətindən sui-istifadə etməkdə günahlandırıb.
Martın 13-də saytda yerləşdirilən “Azərbaycan müdafiə nazirinin İranla bağlı mövqeyinin səbəbi nədir?” başlıqlı yazıda deyilir: “Azərbaycanın müdafiə naziri İranın yüksək rütbəli hərbi və təhlükəsizlik rəsmiləri ilə görüşündə elə bir həqiqəti etiraf etdi ki, əslində bundan əvvəl ona toxunmalı idi. O həmin görüşlərin birində belə deyib: “Azərbaycan kimi kiçik bir ölkə heç vaxt İran kimi böyük bir ölkə ilə düşmənçilik fikrinə düşməz”. Azərbaycan Respublikası rəsmilərinin İran və islam əleyhinə apardığı təbliğata baxmayaraq nazirin söylədiyi bu söz düz və məntiqlidir. Lakin Azərbaycan müdafiə nazirinin birdən-birə belə bir mövqe sərgiləməsi təsadüfi deyil.
Bizim sayt bundan əvvəl də qeyd etmişdi ki, Azərbaycan Respublikası rəsmilərinin İrana və islama zidd təbliğatının qarşısını almağın mühüm yollarından biri bu ölkəylə bağlı ağıllı və qətiyyətli siyasət yürütməkdir. Son vaxtlarda İranın siyasi və hərbi rəsmiləri belə bir üsul və siyasətlə Azərbaycan hökuməti ilə rəftar ediblər. Hətta əldə etdiyimiz məlumatlara görə, Azərbaycan Respublikası ilə kiçik sərhəd qarşıdurmalarında bu ölkənin hərbi və təhlükəsizlik məmurları ilə qətiyyətli və qüdrətli davranıblar. Belə ki, Azərbaycan Respublikasının rəsmiləri gənc İran sərhədçisinin şəhid edilməsi cəsarətini nəinki unudublar, hətta öz müdafiə nazirlərini tələm-tələsik İrana göndərməklə bu ölkənin İranla bağlı yeni mövqeyini rəsmilərimizə elan ediblər.
Belə görünür ki, iranlı alimləri terror etmək üçün terrorçular yetişdirən Azərbaycan Respublikası kimi ölkələr bundan sonra ayıq olmalı və İranın qonşu ölkələrlə sülhməramlı xarici siyasət yürütməsindən sui-istifadə etməməlidir. Onlar (Azərbaycan Respublikası) regional bir qüdrət sayılan İranın səbir və dözümünü onun zəifliyi kimi qiymətləndirməməli, keçmişdə buraxdıqları səhvləri düzəltməyə çalışmalıdırlar”.

Geri dön