Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gəncədə süd və süd məhsulları zavodu tikiləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Gəncədə süd və süd məhsulları zavodu tikiləcək

Gəncədə süd və süd məhsulları zavodu tikiləcək


Noyabrın 21-də Gəncə Şəhər İcra Hakimiyyətində Belarus nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə Belarusun kənd təsərrüfatı nazirinin müavini, nümayəndə heyətinin üzvləri, bu ölkənin Azərbaycandakı səfirliyinin təmsilçisi, eləcə də kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində tanınmış müəssisələrin rəhbərləri iştirak ediblər.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev görüşdə bir neçə gün bundan öncə Belarusa səfərini xatırladıb və əldə olunan razılıqdan məmnun qaldığını bildirib.

Qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə qeyri-neft sektorunun inkişafı sahəsində bir sıra uğurlu layihələr həyata keçirilir. İrimiqyaslı layihələrin icrasında yerli iş adamları ilə bərabər bir sıra ölkələrin tanınmış şirkətləri və istehsal müəssisələri də yaxından iştirak edirlər. Gəncə şəhərində fəaliyyət göstərən avtomobil zavodunun Belarus ilə qarşılıqlı faydalı əməkdaşlığını xatırladan şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev nəhəng aqrar sənaye kompleksinin yaradılmasına bu ölkənin mütəxəssislərinin də cəlb olunmasını hər iki dövlət arasındakı iqtisadi əlaqələrin müsbət inkişafı kimi dəyərləndirib.

Belarusun kənd təsərrüfatı nazirinin birinci müavini Leonid Mariniç vurğulayıb ki, səfərin əsas məqsədi əməkdaşlığın növbəti mərhələlərini müzakirə etməkdir.

Diqqətə çatdırılıb ki, Belarusun Kənd Təsərrüfatı Nazirliyi ilə Gəncə Şəhər İcra Hakimiyyəti arasında bu gün imzalanacaq memoranduma əsasən, Gəncədə süd və süd məhsulları zavodu tikiləcək. Məhsulları ilə hər cür keyfiyyət göstəricilərinə cavab verəcək zavodun 2017-ci ildə tikilib təhvil verilməsi nəzərdə tutulub.

Nazirin birinci müavini bildirib ki, layihənin icra ediləcəyi ərazidən torpaq nümunələri götürülərək biokimyəvi analizlər aparılacaq, nəticələr təhlil olunacaq. Torpağın kimyəvi strukturu və məhsuldarlığı öyrənildikdən sonra kompleksin yaradılmasına başlanılacaq.

Görüşün yekununda kompleksin yaradılması ilə bağlı birgə əməkdaşlığa dair memorandum imzalanıb.

Geri dön