Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev: - Qanunda -paket maaş- anlayışı yoxdur.(audio)
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasi partiyalar, Fərəc Quliyev > Fərəc Quliyev: - Qanunda -paket maaş- anlayışı yoxdur.(audio)

Fərəc Quliyev: - Qanunda -paket maaş- anlayışı yoxdur.(audio)


Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Fərəc Quliyev Azadlıq Radiosuna Əmək haqqlarının verilmə qaydaları və Paket maaşların verilməsi məsələsi ilə bağlı açıqlama verib.

'Maaş olar, işçi də qol çəkib alar. 'Paket maaş olmaz ki!'


“Qanunda “paket maaş” deyilən bir şey yoxdur ki, onun qarşısının alınması üçün hansısa dəyişikliyə ehtiyac yaransın”, - Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə Komitəsinin üzvü Fərəc Quliyev AzadlıqRadiosu-nun sualını cavablarkən belə deyir. O, “Rabitəçilər işi” məhkəməsindən xəbərdardır, prosesi izləyir, ifadələri oxuyur və məhkəmə başa çatmadan “paket maaş” etiraflarını şərh etmək istəmir: “İş hələ yarımçıqdır, məhkəmə yekunlaşsın, o zaman görəcəyik, ayrı-ayrı epizodlar üzrə cinayət işi qaldırılacaq, ya yox. Hələlik, təqsirsizlik prezumpsiyası var”.
Ancaq deputat “qara mühasibat”ın büdcəyə ciddi zərər vurduğunu düşünür: “Maaş olar, işçi də qol çəkib alar. “Paket maaş” olmaz ki! Biz qanun da qəbul eləmişik ki, yaxşı işçi bəlli məbləğdə həvəsləndirici mükafatlar alsın”. Onun fikrincə, qanunsuz ödənişlər alan şəxs qanun qarşısında cavab verməlidir.

Həmin açıqlamanın səs yazısını təqdim edirik:

BURAYA TIKLAYARAQ DİNLƏYİN

Geri dön