Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hərb > Bütün komissarlıq işçiləri sərəncama göndərilib
Bütün komissarlıq işçiləri sərəncama göndərilib |
Aprelin 13-dən sonra onlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yenidən işə götürüləcək
Azərbaycanda keçmiş hərbi komissarlıq işçilərinin hamısı sərəncama göndərilib. Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib. Məlumata görə, xidmətin rəisi, general-leytenant Arzu Rəhimov keçmiş rayon hərbi komissarları və komissarlıqların bütün işçilərini sərəncama göndərib. Aprelin 13-ə kimi yeni ştat təsdiq ediləcək. Bundan sonra isə keçmiş komissarlıq işçilərinin bir hissəsi yeni yaradılmış Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yenidən işə götürüləcək. Qalan şəxslərə isə hərbidə çalışmaq təklif olunacaq. Yeni ştatın təsdiq edilməsi müddəti aprelin 13-də başa çatsa da, aprel həqiqi hərbi xidmətə çağırış ayı olduğundan, bu prosesin martın sonuna kimi başa çatdırılması gözlənilir. Qeyd edək ki, prezident İlham Əliyev fevralın 13-də "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunun tətbiqi barədə fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər, şəhər rayonu hərbi komissarlıqları ləğv edilərək onların əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb. Prezident İlham Əliyevin sərəncamı ilə Arzu Rəhimov Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin edilib. Xatırladaq ki, Arzu Rəhimov buna qədər Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsində çalışıb. Geri dön |