Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Ana ölümü qeydə alınmayan rayonlar açıqlanıb
Ana ölümü qeydə alınmayan rayonlar açıqlanıb |
Azərbaycanda bu günə kimi ana ölümü qeydə alınmayan rayonların adları açıqlanıb. Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasının sədri, Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova deyib ki, 2009-cu ildən bu günə kimi Azərbaycanın 2 rayonunda heç bir ana ölümü baş verməyib. Onun sözlərinə görə, bunlar Oğuz və Şabran rayonlarıdır. S.Məmmədova qeyd edib ki, Naxçıvanda isə 2009-cu ildən indiyə kimi yalnız 1 ana ölümü qeydə alınıb.
Komissiya sədri əlavə edib ki, bu gün ana ölümünün sayına görə lider Bakı şəhəridir: “Bütün regionlardan, bölgələrdən ağır xəstələr Bakıya təxliyə olunur, onların həyatda qalmasına çalışılsa da, bəzən nəticələr ağır olur. Bölgələr üzrə ana ölümləri ən çox Mərkəzi Aran, Gəncə-Qazax və Lənkəran iqtisadi rayonlarında qeydə alınır. Bundan sonra ana ölümləri Quba-Xaçmaz, Şəki-Zaqatala, Abşeron, Dağlıq Şirvan iqtisadi rayonlarında baş verir. Hər il ana ölümlərinin mütəmadi qeydə alındığı ərazilər isə Bakının Sabunçu rayonu, Gəncə, Şirvan şəhərləri, Goranboy, Bərdə, Neftçala rayonlarıdır". Geri dön |