Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Xose Perurena Lopez: Azərbaycanda mötəbər yarışları keçirmək üçün hər cür şərait var
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Xose Perurena Lopez: Azərbaycanda mötəbər yarışları keçirmək üçün hər cür şərait var

Xose Perurena Lopez: Azərbaycanda mötəbər yarışları keçirmək üçün hər cür şərait var


Bu, Azərbaycana üçüncü səfərimdir. İlk dəfə 2011-ci ildə Prezident Kuboku uğrunda beynəlxalq reqata ilə əlaqədar gəlmişdim. Sonra isə “Bakı-2015” birinci Avropa Oyunlarında iştirak etmişdim. İndi isə XXXVI Konqresdə iştirak edirəm.

Bunu noyabrın 24-də Beynəlxalq Kanoe Federasiyasının (ICF) prezidenti Xose Perurena Lopez jurnalistlərə açıqlamasında deyib.

ICF-in prezidenti qurumun növbəti Konqresinin Bakıda keçirilməsindən məmnunluğunu ifadə edərək deyib: “ICF-in konqresləri iki ildən bir keçirilir. Sonuncu Konqresdə qərara gəlmişdik ki, növbəti iclası Tunisdə keçirək. Təəssüf ki, Tunisdə terror hücumları baş verdiyindən federasiyanın Rəyasət Heyəti növbəti Konqresi digər ölkədə keçirməyi qərara aldı. Mən Azərbaycanın Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Avarçəkmə Federasiyası ilə danışıqlar apardım. Azərbaycan tərəfinin və ICF-in Rəyasət Heyətinin razılığı ilə növbəti Konqresi Bakıda keçirməyi qərara aldıq. Təbii ki, yüzdən çox ölkənin nümayəndəsinin Bakıda yüksək qonaqpərvərliklə qarşılanması və bu mühüm tədbirin uğurla təşkili böyük məsuliyyət və peşəkarlıq tələb edir. Azərbaycanın mötəbər beynəlxalq tədbirlərin təşkilində zəngin təcrübəyə malik olduğunu bilirəm. Dünən Rəyasət Heyətinin iclasında da Bakıdakı şəraitdən razılıq ifadə olundu”.

Azərbaycan tərəfinə ICF-in idarəçilik strukturunda təmsil olunmaqla bağlı təklif irəli sürüldüyünü vurğulayan Xose Perurena Lopez bildirib: “Bizim iclaslarımız demokratik şəraitdə keçirilir. Konqres iştirakçıları hər bir məsələ ilə bağlı ayrıca səs verməyə üstünlük verdilər. Bu, bizim üçün çox vacibdir. Çünki bugünkü tədbir növbədənkənar Konqres idi. ICF-in 2016-2020-ci illər üçün inkişaf proqramını, yeni idarəçilik strukturunu müzakirəyə çıxardıq ki, bunlar gündəmdə vacib yer tutur. Çox şadam ki, Konqres iştirakçıları hər bir məsələ ilə əlaqədar səs verdilər. Bu gün iclasımızda yalnız struktur məsələləri müzakirə olundu. Sabah isə ICF-in yeni prezidenti seçiləcək. Burada hər qitədən dörd üzv iştirak edir. Mən Azərbaycan nümayəndəliyinə də təklif etdim ki, gələcək üçün bu istiqamətdə addım atsınlar. Çünki Azərbaycan kanoe idmanı üzrə güclü ölkədir”.

ICF-in prezidenti Azərbaycanda kayak və kanoe idmanının vəziyyətindən və nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi imkanlarından danışaraq qeyd edib: “Azərbaycanda beynəlxalq yarışların təşkili üçün yüksək səviyyəli infrastruktur mövcuddur. Bununla yanaşı, kanoe üzrə böyük potensiala sahib olan idmançılarınız var. İlk Avropa Oyunları zamanı Mingəçevirdəki şəraitlə tanış oldum. Orada hər cür şərait yaradılıb. Amma mən nüfuzlu yarışların təşkili baxımından Bakıya daha çox üstünlük verirəm”.

ICF-in XXXVI Konqresinə noyabrın 26-da yekun vurulacaq.

Geri dön