Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güney Azərbaycan Xəbərləri
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan-Təbriz > Güney Azərbaycan Xəbərləri

Güney Azərbaycan Xəbərləri


Kürd irqçiləri “Urmiyyə” adı ilə Telekanal açırlar
Güney Azərbaycan Xəbərləri






Azərbaycan torpaqlarına göz tikən kürd irqçiləri yaxın zamanda mərkəzi London şəhərində yerləşən “Urmiyyə TV” adlı Telekanal açırlar. Məlumata görə, Telekanal proqramlarını “HotBird” peykindən (Satellite) yayacaq.“Kürdpa” saytının yaydığı məlumatda deyilir ki, “Urmiyyə TV” Telekanalının idarə heyəti bəyanat yayaraq bildiriblər ki, “Avropadan yayılacaq Telekanal bir mütəqil kanaldır və kürdlər yaşayan məntəqələrin mədəniyyət və ədəbiyyatına həsr olunub”.Qeyd edək ki, Azərbaycanın qərb bölgəsi ilə bağlı məlumatlı olan bütün insanlar bilir ki, kürd irqçilərinin bu tip fəaliyyətləri onların iddia etdiyi kimi mədəniyyətlə məhdudlaşmır. Bu kimi fəaliyyətlər bir başa siyasi xarakter daşıyır və PKK terror təşkilatının irəli sürdüyü göstəriş əsasında baş verir. Məhz siyasi xarakter daşıdığına görə telekanala “Urmiyyə” adı verilib. Təəssüflə bu günə qədər kürd irqçiləri PKK terror təşkilatı və İran rejiminin yardımı ilə hələki Azərbaycanın torpaqları üzərində məkrli fəaliyyətlərini sürdürə bilirlər. Ümid edirik Azərbaycan xalqı Dağlıq Qarabağdan aldığı dərsi hələdə unutmayıb və Azərbaycan torpaqlarında ikinci Qarabağ və Xocalı faciəsinin yaşanmasına imkan verməyəcək.

“Traxtur-Sepahan” müsabiqəsində tutuqlanan soydaşlarımızdan 15-i azad edilib
Güney Azərbaycan Xəbərləri






Son gnlərdə Təbrizin səhənd stadionunda “Traxtur”la “Sepahan” takımları arasında keçirilən müsabiqə zamanı çoxsaylı “Traxtur” tərəfdarı tutuqlanıb.Məlumata görə, üzərində Azərbaycan nışanları olan paltar giyənlər və Milli şüar səsləndirənlər təhlükəsizlik qüvvələri tərəfindən diqqətə alınıb və yaxalanıblar. Son məlumata əsasən yaxalanan soydaşlartımız dünən mülki vəsiqə qarşılığında azadlığa buraxılıblar.Azad edilən “Traxtur” tərəfdarlarına bir daha “Traxtur” yarışlarında iştirak etməsinlər dəyə təyiz edilib.Sözü gedən “Traxtur” tərəfdarlarının bir neçəsinin kimliyi bunlardan ibarətdir:Rza İbrahimi Azər- QoşaçayBehnam Əbdinejad – QoşaçayRza Həsəni – QoşaçayƏli Tahiri – Xoy Xosrov – Təbriz Məhərrəm – Təbriz Mehdi - Marağa

Tehranda siyasi məhbus inthara cəhd edib
Güney Azərbaycan Xəbərləri






20 aydan çoxdur həbsdə saxlanan azərbaycanlı siyasi məhbus, həkim Əsədulla Əsədi Dağdağan zindanda intihar etmək istəyib. ETTELAAT-ın Təbriz şöbəsinin əməkdaşları Dağdağanı 2010-cu ilin iyununda tutub. 5 ay ETTELAAT-ın Təbriz şöbəsinin təcridxanasında saxlanan təbrizli həkim sonradan Tehranın Evin zindanına köçürülüb.
İrandakı hüquq müdafiəçilərinin yaydığı məlumata görə, düşmən ölkələrlə əlaqədə günahlandırılan həkim fiziki və psixoloji işgəncələrə məruz qalıb. Uzun müddət qaranlıq, təkadamlıq kameralarda saxlandığından görmə qabiliyyəti zəifləyib. Dağdağanı dindirərkən başını bir neçə dəfə unitaza basıblar və o, ağır depressiyaya düşüb.
Qeyd olunur ki, həkim işgəncələrə dözməyərək martın 11-də 20 ədəd həb atdıqdan sonra bir damarını kəsib. Məhbus dostları hadisədən vaxtında xəbərdar olduğu üçün o dərhal zindan klinikasına aparılıb.

Azərbaycanlı fəal Mehdi Deyhəmi barəsində həbs qərarı çıxarılıb
Güney Azərbaycan Xəbərləri






Azərbaycanlı fəal Mehdi Deyhəmi (Güntay) Qoşaçayın ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinə çağırılıb. Ona, həbsə məhkum olduğu ilə bağlı məlumat verilib. Məlumata görə, Mehdi Deyhəmi sistemin əleyhinə fəaliyyətdə günahlandırılaraq 5 ay həbsə məhkum edilib. O, yanvarın 29-u Mahabadın (Soyuqbulaq) inqilab məhkəməsində mühakimə olunub.Xatırladaq ki, adını çəkdiyimiz azərbaycanlı fəal Urmu Gölü ilə bağlı keçirilən kütləvi etirazlar zamanı 2011-ci il avqustun 30-da Qoşaçayın Çaharbürc qəsəbəsində tutuqlanıb, 8 gün saxlanıldıqdan sonra mülki vəsiqə qarşılığında azadlığa buraxılmışdır.

Hindistandakı terror aktlarında şübhəli bilinən iranlılarla bağlı yeni məlumat yayılıb
Güney Azərbaycan Xəbərləri





Hindistan polisi 2012-ci ilin fevralında Dehlidə İsrailin diplomatik nümayəndələrinə qarşı terror aktlarının həyata keçirilməsində şübhəli bilinən üç iranlının adını açıqlayıb.İnterfaks xəbər verir ki, bu barədə yerli kütləvi informasiya vasitələri məlumat yayıb. Polisin məlumatına görə, üç İran vətəndaşı turist vizaları ilə Hindistana gəlib və Dehlinin mərkəzində İsrail səfirliyi qarşısında partlayışdan sonra ölkəni tərk ediblər. Hindistan polisindəki mənbə bildirib ki, adları göstərilməklə şübhəlilərin həbsinə dair order (sifariş) İran hökumətinə göndərilib. Mənbə həmçinin Hindistanın dəstək üçün İnterpola müraciət edəcəyini istisna etməyib.

Xamneyidən Rəfsəncaniyə mükafat
Güney Azərbaycan Xəbərləri





Bu ilin martında İran parlamentinə keçirilən seçkidən sonra ölkənin keçmiş prezidenti Ələkbər Haşimi-Rəfsəncani «mükafatlandırılıb». Iran yerli fars xəbər mərkəziniməlumatında bildirilir ki, ölkənin ali rəhbəri ayətulla Seyid Əli Xamneyi onu yenidən məsləhət Şurasının sədri vəzifəsinə təyin edib.Mühafizəkarlar onu hakimiyyətdən aralanaraq müxalifətə keçən qüvvəyə yaxın sayırlar. 78 yaşlı keçmiş prezidentin qızı Faizə 2009-cu ildə keçirilmiş prezident seçkisinin rəsmi nəticələrinə etiraz aksiyalarında iştirak etdiyinə görə həbs olunub, sonradan buraxılıb. Xaricdə mühacirət həyatı yaşayan, barəsində cinayət işi açılmış oğlu Mehdi Rəfsəncani isə hələ də İslam Respublikasının hüquq-mühafizə qurumlarına təslim olmur.Keçmiş prezident İranın ən varlı şəxslərindəndir. Bir dəfə isə dünyanın yüz ən varlı adamından biri kimi «Forbes»in siyahısına düşüb. Ona çeşidli təxəllüslər verilib: bəziləri «Rəsməncani», bir sıra adamlar isə «Əkbər şah» adlandırır.
O, 2009-cu ilin prezident seçkisində «yaşıllar» adlanan müxalifəti dəstəkləmişdi.Keçmiş prezident Məhəmməd Xatəmi builki parlament seçkisini boykota çağırış etdiyi halda Rəfsəncani səsverməyə qatılmış, hətta «İranın xeyrinə səs verirəm» də demişdi: “Ümid edirəm ki, seçkinin nəticəsi vətəndaşların səsi əsasında təyin ediləcək. Seçkinin nəticəsi xalqın istədiyi kimi olsa, Allahın köməkliyi ilə yaxşı parlamentimiz olacaq”.Beləliklə, keçmiş prezident seçkini boykot etmədiyinə görə, ali rəhbər tərəfindən vəzifəsində qalmaqla mükafatlandırılıb

ABŞ-ın Merilend Universiteti ölkə vətəndaşlarının İrana hərbi müdaxilə barədə fikirlərini öyrənmək üçün sorğu keçirib
Güney Azərbaycan Xəbərləri




ABŞ-ın Merilend Universiteti ölkə vətəndaşlarının İrana hərbi müdaxilə barədə fikirlərini öyrənmək üçün sorğu keçirib
ABŞ-ın Merilend Universiteti ölkə vətəndaşlarının İrana hərbi müdaxilə barədə fikirlərini öyrənmək üçün sorğu keçirib. “Fars” xəbər agentliyinin məlumatına görə, respondentlərin 69%-i İranla müzakirələrin davam etdirilməsinin tərəfdarıdır. Bundan əlavə, sorğuda iştirak edən hər 4 ABŞ vətəndaşından yalnız bir nəfəri İrana hərbi müdaxiləni dəstəkləyib. 727 nəfərin iştirak etdiyi sorğuda 80% ABŞ-ın İsraili İrana hücum etməkdən çəkindirməsini istəyib. Həmçinin 69% hərbi əməliyyatların qaçılmaz olduğu təqdirdə, ABŞ-ın yalnız BMT-nin razılığı ilə İrana hücum etməsini dəstəkləyib.

Mahmud Əhmədinejad qanunveriçilərin suallarını cavablandırıb
Güney Azərbaycan Xəbərləri





İran prezidenti Mahmud Əhmədinejad iqtisadi bacarıqsızlıq və və ali ruhani rəhbəri Ayətulla Əli Xameneyiyə məğlub olması ilə bağlı qanunveriçilərin suallarını cavablandırarkən vəzifə müddətindəki fəaliyyətlərini müdafiə edib. Prezidentin siyasəti ilə bağlı ilk belə bir sorğu-sual radio ilə canlı yayımlanıb.Qanunverici Əli Mötəhari dinləməni prezidentə ünvanlanan 10 sualla açıq elan edib. O, prezidentin yüksək səviyyəli inflyasiya, Tehranın metro sisteminin maliyyələşdirilməsi kimi məsələlərə izahat verməsini tələb edib.Əhmədinejad inflyasiyanın hökumətin 2010-cu ildə ərzaq və yanacaq subsidiyalarını ixtisar etməsi ilə heç bir əlaqəsi olmadığını deyib. İranın dövlət başçısı 11 gün işə çıxmamasının səbəbi kimi dostlarının ona dincəlmək məsləhəti verdiyi ilə izah edib.Əhmədinejadın mühafizəkar tənqidçiləri bu ayın əvvəllərində parlament seçkilərində böyük əksəriyyətlə qələbə əldə etmişdi.

Geri dön