Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan güləşçiləri Bakıda keçirilən “Qızıl Qran-pri” beynəlxalq turnirinin birinci günündə 7 medal qazanıblar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Azərbaycan güləşçiləri Bakıda keçirilən “Qızıl Qran-pri” beynəlxalq turnirinin birinci günündə 7 medal qazanıblar

Azərbaycan güləşçiləri Bakıda keçirilən “Qızıl Qran-pri” beynəlxalq turnirinin birinci günündə 7 medal qazanıblar


oyabrın 24-də Bakı İdman Sarayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsinin birinci gününə yekun vurulub.

Doqquzuncu dəfə təşkil olunan turnirin ilk günündə Azərbaycan idmançıları 7 medal qazanıblar.

Əllidən çox ölkədən 700-ə yaxın güləşçinin mübarizə apardığı turnirin birinci günündə sərbəst güləş üzrə 57, 61, 65, 70, 74, 86, 97 və 125 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşib.

Baş məşqçi əvəzi Firdovsi Umudovun rəhbərliyi ilə məşqçilər korpusunun daha çox gənc güləşçilərə şans verdiyi yığmamız 3 qızıl, 1 gümüş və 3 bürünc medala sahib olub. Qızıl medalları yığmamıza Giorgi Edişeraşvili (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq) və Cəbrayıl Həsənov (74 kq) qazandırıblar. Gitinomaqomed Hacıyev (70 kq) yalnız final görüşündə uduzaraq gümüş medalla kifayətlənib. Bürünc medallara isə Coşqun Əzimov (65 kq), Murad Süleymanov (74 kq) və Aslanbek Alborov (97 kq) layiq görülüblər.

Turnirə noyabrın 26-da yekun vurulacaq.

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) “Qızıl Qran-pri” turnirinin rəsmi media tərəfdaşıdır.

Geri dön