Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gürcüstan qonşu dövlətlərdən enerji asılılığını azaltmaq niyyətindədir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Gürcüstan qonşu dövlətlərdən enerji asılılığını azaltmaq niyyətindədir

Gürcüstan qonşu dövlətlərdən enerji asılılığını azaltmaq niyyətindədir


Gürcüstan yerli enerji ehtiyatlarından istifadə etməklə özünün qonşu ölkələrdən enerji asılılığını azalda bilər.

Belə bir bəyanatla Gürcüstanın energetika naziri vəzifəsinə namizədliyi irəli sürülmüş Kaxa Kaladze çıxış edib.

Onun sözlərinə görə, Gürcüstan zəngin təbii ehtiyatlara malikdir. Amma bu gün həmin ehtiyatların cəmi 20 faizindən istifadə olunur.

K.Kaladze deyib: “Biz bütün imkanlardan istifadə edərək, qonşu dövlətlərdən enerji asılılığımızı azaltmalıyıq. Biz qonşu dövlətlərdən çoxlu miqdarda enerji aldığımıza görə tarifləri artırırıq. Bu isə əhalinin xərclərinin artmasına səbəb olur. Bu cür halların qarşısını almaq və əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq üçün yerli resurslardan maksimum istifadə etməliyik”.

Sabiq nazir bildirib ki, ölkənin enerji sektorunun inkişafına 3 milyard GEL sərmayə yönəldiləcək. “Bu vəsait hesabına infrastrukturumuz inkişaf edəcək. Bu zaman külək, su və istilik elektrik stansiyalarının tikintisinə xüsusi diqqət yetirməliyik”, – deyə Kaladze əlavə edib.

Qeyd edək ki, K.Kaladze bu il keçirilən parlament seçkilərinə qədər ölkənin energetika naziri vəzifəsində çalışıb. Hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının baş katibi olan Kaladze seçkilərlə əlaqədar nazir postundan istefa vermişdi. Yeni formalaşan kabinetdə ona energetika naziri postu təklif olunub.

Yaxın iki gün ərzində Gürcüstan parlamenti yeni hökumətin tərkibini təsdiq etməlidir.

Xətayi Əzizov[right][/right]

Geri dön