Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 7 milyard manatdan çox vəsait yönəldilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 7 milyard manatdan çox vəsait yönəldilib

Xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 7 milyard manatdan çox vəsait yönəldilib


2016-cı ilin yanvar-oktyabr aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 7 milyard 22,9 milyon manat vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, xarici ölkələrin və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 5 milyard 960,2 milyon manatı (84,9 faizi) Birləşmiş Krallıq, Türkiyə, Malayziya, İsveçrə, Rusiya, İran, ABŞ və Yaponiya sərmayədarlarına məxsus olub.

Tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 68,5 faizini tikinti, yenidənqurma və genişləndirmə, 11,5 faizini əsaslı təmir, 3,8 faizini cari təmir, 16,2 faizini isə sair tikinti işləri təşkil edib.

Ümumi inşaat işlərinin 86,6 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.

Geri dön