Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Dünya Şahmat Tacı uğrunda onuncu partiya Maqnus Karlsenin qələbəsi ilə başa çatıb
Dünya Şahmat Tacı uğrunda onuncu partiya Maqnus Karlsenin qələbəsi ilə başa çatıb |
Dünya Şahmat Tacı uğrunda Nyu-Yorkda hazırkı çempion norveçli Maqnus Karlsen ilə iddiaçı, rusiyalı Sergey Karyakin arasında onuncu partiya oynanılıb.
M.Karlsen bu oyunda qələbə qazanaraq, 8-ci partiyadakı məğlubiyyətin əvəzini çıxıb. Bununla da mühüm yarışda hesab bərabərləşib – 5:5. Qeyd edək ki, əvvəlki doqquz partiyanın səkkizi heç-heçə ilə nəticələnib. Rəqiblər çempion adı uğrunda daha iki partiyada üz-üzə gələcəklər. Daha tez 6,5 xal toplayan qrossmeyster Dünya Şahmat Tacının sahibi olacaq. Hesab bərabər olacağı təqdirdə qalib tay-breykdə müəyyənləşəcək. Dünya Şahmat Tacı uğrunda yarışın mükafat fondu 1,1 milyon dollardır. Geri dön |