Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Cahangir Hacıyevin bacanağının apellyasiya şikayəti təmin edilməyib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hüquq > Cahangir Hacıyevin bacanağının apellyasiya şikayəti təmin edilməyib

Cahangir Hacıyevin bacanağının apellyasiya şikayəti təmin edilməyib


Bakı Apellyasiya Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı" ASC-dən kredit götürərək qaytarmamaqda günahlandırılan və mənimsəmədə təqsirləndirilən “İntertabakko” Zaqatala Tütün Emalı Zavodunun sabiq direktoru İsmayıl Timuçinoviç Hidayət-Zadənin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, İ.Hidayət-Zadənin apellyasiya şikayəti təmin edilməyib, birinci istnasiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.
Qeyd edək ki, İ.Hidayət-Zadə 2015-ci ildə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları tərəfindən saxlanılıb. “İntertabakko” Zaqatala Tütün Emalı Zavodunun sabiq direktoru olmuş İ.Hidayət-Zadə "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən 100 milyon dollar kredit götürərək qaytarmamaqda ittiham olunur. Onun barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İ.Hidayət-Zadə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan İ.Hidayət-Zadə apellyasiya şikayəti verib.
Xatırladaq ki, İ.Hidayət-Zadə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin keçmiş sədri Cahangir Hacıyevin bacanağıdır.

Geri dön