Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Gənclik > “Azərbaycan gənclərinin İQ göstəricisi ona görə çox yüksəkdir ki, …” – Dekan Ferrux Tuzcuoğlu
“Azərbaycan gənclərinin İQ göstəricisi ona görə çox yüksəkdir ki, …” – Dekan Ferrux Tuzcuoğlu |
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Türk Dünyası İşlətmə Fakültəsinin dekanı Ferrux Tuzcuoğlu ilə müsahibə:
-Fərrux bəy, artıq xeyli müddətdir ki, Azərbaycandasınız. Təəssüratlarınızı bilmək istəyərdik… -Söhbətimizə niyə Azərbaycanda çalışmağımın iki mühüm səbəbi ilə başlamaq istəyirəm. Türkiyənin Sakarya Universitetində çalışarkən azərbaycanlı tələbələr mənimsəmə bacarıqlarına görə xüsusi diqqətimi çəkirdi. Düşünürdüm ki, həqiqətən son dərəcə zəkalı gənclərdirlər. Buna görə də UNEC-in Türk Dünyası İşlətmə fakültəsində dekan kimi çalışmaq təklifini müsbət dəyərləndirdim. 2010-cu ildə Türk dünyası konqresində iştirak etmək üçün Azərbaycana gələndə Bakıya heyran olmuşdum. Bakını Orta Asiyanın ən gözəl və zəngin paytaxt şəhəri hesab edirəm. Həyatım boyunca əlliyə yaxın ölkə gəzmişəm. Azərbaycanda gördüyüm qarşılıqsız sevgi və sayğını heç bir yerdə görməmişəm. Türkiyəyə gedəndə də qürurla deyirəm ki, dünyada bizi Azərbaycandan çox sevən bir ölkə olduğunu zənn etmirəm. Bu iki səbəb – tələbələrin zəkalı olması və azərbaycanlıların qəldində Türkiyəyə olan böyük sevgi burada qalmağıma vəsilə oldu. Bir məqama da xüsusi diqqət çəkmək istəyirəm. Azərbaycanda böyük məmnuniyyətlə çalışmağımda UNEC-dəki mövcud universitet idarəetməsinin də çox böyük təsiri olub. Burada bizə güvənən və alternativ fikrə sayğı duyan bir rektorumuz var. Təbii ki, insan dəyərverilməyən yerdə qalmaq istəmir. UNEC-də insan, şəxsiyyət və müəllim çox yüksək dəyərləndirilir. Cəmiyyətdə gördüyüm münasibətdən sonra ikinci bu məqam da xüsusi diqqətimi çəkdi. Və ən sonda səmimi bir etiraf edim – mən görüntüyə önəm verən insanam! UNEC-in tədris binasına ilk baxışdan valeh oldum. Bura Londonun mərkəzindəki tarixi otellər qədər gözəl və ecazkardır. Bu binanın tarixini öyrəndikdən sonra ona bir daha heyran oldum. Daima sosial şəbəkədə universitetin şəkillərini paylaşır, harada olduğumu böyük qürurla vurğulayıram. -Türk Dünyasi İşlətmə Fakültəsində tələbələrlə çox gözəl dialoq qurmusunuz. Bu uğurun formulunu açıqlaya bilərsiniz? – Əslində bu formul çox sadədir – bir gənc qarşısında savadı, davranışı, müasirliyi, səliqəsi və geyimi ilə tələbəni heyran edə biləcək müəllim obrazı görməlidir. Mən istər tələbəlikdə, istərsə də əmək fəaliyyətinə başlayandan sonra özümə örnək götürdüyümmüəllimlərim olub. Onların hərəsinin bir sevdiyim cəhətini özümdə cəmləşdirmişəm. Birincisi, əvvəlcədən hər qrupa davranış qaydalarını izah edirəm. Bildirirəm ki, sayğını itirməmək şərti ilə mən kənarda sizinlə çay da içə bilərəm. Biz də müəllimlərimizlə çay içər, yemək yeyərdik. Lakin önəmli olan məqamı unutmamaq şərti ilə. Siz hamınız yetkin insanlarsınız, universitet ərazisində sayğılı davranmaq şərtdir. Tələbə otağıma daxil olanda mən mütləq ayağa qalxıb, əl uzadıram. “Buyurun, əyləşin” deyirəm. Dekanından bu ehtiramı görən tələbənin yadında mütləq xoş bir hiss qalır.İnsan olmaq önəmlidir. Tələbələrin əhvalını soruşur, problemlərini xəbər alıram. Biz sözün hər mənasında tələbənin yanında olmalıyıq. Sakarya Universitetində çalışarkən rektorumuz “twitter”də tələbələrlə yazışırdı… -Çağdaş insanın həyatında virtual aləmin rolunu nəzərə alsaq, tələbənin rektor, dekan və müəllimlə virtual münasibəti çox önəmli faktordur. Bu tələbədə sonsuz güvən aşılayır və bu güvən həm onun bir peşəkar kimi formalaşmasında, həm də şəxsiyyət kimi yetişməsində mühüm rol oynayır. – Tamamilə razıyam. Bu psixoloji məqamdır və buna çox ciddi yanaşmalıyıq. Tələbələrlə sosial şəbəkə vasitəsi ilə əlaqə saxlamaq çox gözəldir. Məsələn, mən tələbələrdən birinin xəstə olduğunu eşidəndə, Facebookda mesaj yazıb, vəziyyəti ilə maraqlanıram. Əvvəllər təəccüblənir, cavab yazırdılar: “Hocam, həqiqətən sizsiniz?” Artıq təəccüblənmirlər, bilirlər ki, mən onlara qayğı ilə yanaşıram. Etiraf edək ki, onlar çox gənc olduqlarından bəzən suallarla yora bilirlər. Bu məqamda təmkinli olmalı, sadəcə öz tələbələyimizi xatırlamalıyıq. Müəllimlərə də hər zaman səbrli olmağı tövsiyə edirəm. Biz səbrimizə hakim ola bilməyəndən sonra tərbiyə etməli olduğumuz gəncdən nə gözləyək? Biz onlara təkcə elm, bilik yox, həm də həyatı öyrətməliyik. Önəm verməli olduğumuz bir faktor da var – burada onlarla cəmi dörd il, kənarda isə ömrümüzün sonuna qədər bir yerdəyik. Müəllim elə bir peşə sahibidir ki, tələbəsi ömrünün sonuna qədər dünyanın hər yerində qarşısına çıxa bilər. Buna görə də tələbələrlə uzun müddətli münasibət qururam. Məzun olandan sonra da biz eyni sahədə çalışacağıq, bir ölkədə yaşayacağıq, deyə düşünürəm. Belə bir prinsipim var – yaxşı olmaq mümkündürsə, niyə pis olmalıyam? Yaxşı münasibətlər həyatımızı asanlaşdırır. Tələbəmin məni görəndə üzünü yana çevirməsindən məyus olaram. İllər sonra onun üzündə bir təbəssüm görmək mənə bəsdir. Heç vaxt unutmamalıyıq ki, bu gün biz onlara dərs deyirik, sabah isə onlar bizim uşaqlarımıza dərs deyəcəklər. Onlarla necə davransaq, eyni münasibətlə övladlarımız qarşılaşacaq. Bütün bu önəmli faktorları nəzərə alıb, əhəmiyyətinə varanda sizin o müşahidə etdiyiniz “dekan-tələbə dialoqu” öz-özünə yaranmış olur. -Tələbəni heyran edə biləcək müəllim obrazından danışdınız. Rəhbərlik etdiyiniz fakültənin müəllimlərini necə dəyərləndirirsiniz? – Müəllimlərimizin demək olar ki, çoxunu tanıyıram. Onların ən yaxşı müəllim obrazı olduğunu düşünürəm. Tələbələrin də müəllimlərə olan münasibətdən görürəm ki, yanılmıram. Məsələn, Fariz Əhmədov, Cəvahir Məmmədova, Gəray Müsayev, Raqif Qasımov… Bu siyahını uzada bilərəm… Həmişə müəllimləri tələbələrimizə təqdim edəndə əminliklə deyirəm ki, sizə dərs keçən insanlar ölkənin ən seçkin şəxsləridir. Nümunə göstərim; Gəray müəllim Maliyyə və mühasibat fakültəsinin dekanıdır. Fakültədə işin çox olduğunu, dekanın nə qədər məşğul olduğunu bilirəm. Görürəm ki, o nə qədər yorğun olsa da dərsin bir dəqiqəsini belə boş keçirmir, bacardıqca faydalı olmağa çalışır. Maliyyə və mühasibat fakültəsi kimi meqa fakültəyə rəhbərlik edən bir şəxs auditoriyaya bütün enerjisi, müəllim peşəsinə və tələbəyə hədsiz sevgisi ilə daxil olur. Belə insanların dəyərini bilmək lazımdır. Tələbələrə tövsiyə edirəm ki, o müəllim hər saniyəsini sizin üçün faydalı etməyə çalışır, siz də bu zamanı qənimət bilib, onu diqqətlə dinləyin… -UNEC-in Differensial Əmək Haqqı Sistemində də lider fakültənin müəllimləridir… – Bəli! Bu göstərici də bizim bir qürur mənbəyimizdir. Müəllimlərin reytinq cədvəlində illik xidməti fəaliyyət bali ən yüksək olan müəllim bizim “İqtisadiyyat və İşlətmə” kafedrasının baş müəllimi Nazim Cəfərovdur. Bu sistemdə kefedralar arasında “İqtisadiyyat və İşlətmə”, fakültələr arasında isə Türk dünyası işlətmə fakültəsi birincidir. Fəxarətlə bildirirəm ki, bu liderlikdə fakültənin müəllimlər üçün yaratdığı mühit önəmlidir. Bəzən ola bilər ki, bir müəllim hansısa konfransa, təlimə heç kimə xəbər vermədən getsin. Bizim müəllimlərdə isə belə cəhət yoxdur. Hər hansı bir beynəlxalq konfrans haqqında məlumatımız olarsa, mütləq bir-birimizi xəbərdar edirik. Bir sözlə ifadə etsəm, biz, bir komanda kimi fəaliyyət göstəririk. – “Uğura aparan yol güclü komanda tələb edir” fikri burada öz əksini tapır. – Tamamilə doğrudur! Təhsil elə bir sahədir ki, burada komanda işi çox mühümdür. Bu baxımdan UNEC çox şanslıdır. Sizi əmin edirəm ki, dünyanın müxtəlif ölkələrində təşkil edilən beynəlxalq konfranslara qatılan azərbaycanlılar orada çox dəyərli insanlar kimi qəbul edilirlər. Bunun dəfələrlə şahidi olmuşam. Bir haşiyə çıxmaq istəyirəm. Ötən tədris ilində UNEC-in on beş professoru ilə Türkiyəyə səfər edib, bir neçə universitetdə qonaq olduq. Bu dəyərli insanlarla yolda daha yaxından tanış olmaq imkanımız oldu, söhbətlərini dinlədim və bir məqamın fərqinə vardım – bu müəllimlər öz potensiallarını tam istifadə etdikləri zaman UNEC-dən Nobel mükafatçısıda çıxa bilər. UNEC-də olduqca qiymətli, yüksək bacarığa malik müəllimlər olduğunu düşünürəm. Universitetin elmi potensialı onun sərvətidir. Bu baxımdan UNEC çox zəngin universitetdir. Onu da mütləq qeyd etmək isrtəyirəm ki, UNEC bu potensialın fərqindədir və onuçox yüksək dəyərləndirir. Məsələn, Differensial Əmək Haqqı Sisteminin tətbiqi bunun bariz nümunəsidir. Müəllimlər layiq olduqları dəyəri alırlar. Differensial Əmək Haqqı Sistemiali təhsilin modernləşdirilməsi prosesinə mühüm töhfədir. -Bilmək istəyərdik ki, həm Türkiyədə, həm də Amerikada çalışan müəllim olaraq, UNEC-i necə dəyərləndirirsiniz? Burada görülən işlərlə, həyata keçirilən layihələrlə tanış olduqdan sonra nələri tövsiyə edərdiniz? Sizcə, UNEC daha hansı addımları atmalıdır? – Tam əminliklə deyə bilərəm ki, UNEC modern gəncin xəyallarındakı universitetə çevrilmək istiqamətində uğurla irəliləyir. Hədəflərini müəyyən edib və ona doğru inamla addımlayır. Universitetin çox yüksək maddi-texniki bazası var. Dünyanın bir çox universitetlərini gəzsəniz, buradakı şəraitlə qarşılaşmaya bilərsiniz. Bu yaxınlarda UNEC və Türkiyənin Süleyman Dəmirəl Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilən “Beynəlxalq iqtisadi və inzibati perspektivlər: Yeni regional baxışlar” mövzusunda beynəlxalq konfrans keçirildi. Konfransa on iki ölkənin əlli dörd universitetindən 187 nəfərdən ibarət nümayəndə heyəti qatıldı. Onlar bizim auditoriyalarla tanış olanda Elektron Universitet modelinin yaratdığı üstünlüklərə heyran oldular. Yenə Azərbaycan sevgimdən söz edərək, önəmli bir məqama diqqət çəkmək istəyirəm. Azərbaycan valehedici gözəlliyə sahibdir. Tələbələrə deyirəm ki, Allah bu ölkəyə mümkün olan bütün gözəllikləri verib – yerin altını da, üstünü də xəzinə ilə doldurub. Xüsusi vurğulamaq istəyirəm ki, ölkənin gələcəyi üçün çox önəmli olan savadlı, bacarıqlı və qətiyyətli bir nəsil yetişir. Gənclərinizin İQ göstəricisi çox yüksəkdir. Bu da bir fərqlilikdir. Mən bu özəlliyin kökünü azərbaycanlıların sənətkar ruhunda görürəm. Azərbaycana gələndən Üzeyir Hacıbəylini, Xan Şuşinskini, Rəşid Behbudovu dinləyirəm. Belə ecazkar sənətkarlar yerləşdirən xalqın İQ göstəricisinin yüksək olması təəccüblü deyil. Buna görə də UNEC-in çox məharətli bir kollektivi var. Amma dünyanın istənilən nöqtəsində belədir ki, savad, bacarıq zaman-zaman yenilənməyə ehtiyac duyur. Buna görə də hesab edirəm ki, UNEC-in inzibati sahədə çalışan əməkdaşlarının Türkiyə universitetlərində təcrübə keçməsi faydalı ola bilər. İnkişafda mübadilə çox önəmlidir. İnsanlar başqa ölkələrdə müşahidə etdikləri üstünlükləri gətirib öz işinə uyğunlaşdıra bilər. Bundan başqa, idarəetmədə daha çevik bir mexanizm tətbiq etmək lazımdır. Məsələn, biz Sakarya Universitetində “SMART University”adlı bir proqram hazırlamışdıq, onun təqdimatını hətta ABŞ universitetlərində də etdik. Bu, universiteti kompüter üzərindənidarə etmək üçün hazırlanmış xüsusi proqramdır. Çox maraqlı sistemdir, cəmi bir tuşla əməkdaş haqqında bütün məlumatları əldə etmək imkanı yaradır.Proqram eyni qaydada da tələbələr üçün faydalıdır. Onlar bütün sənədləşmə işlərini proqram üzərindən həll edirlər. Bu yaxınlarda UNEC-də yeni idarəetmə sisteminin tətbiqinə başlanılaraq, ümumi katiblik yaradılıb. Bu, universitetdə müasir tələblərə cavab verən idarəetmə sistemi qurmaqda çox faydalı olacaq. Söhbətimizdə qeyd etdiyim məsələ də burada öz həllini tapacaq – inzibati idarəetmə akademik idarəetmədən tamamilə ayrılacaq. Nəticədə, potensialı lazımı istiqamətə yönəldən müdhiş bir sistem meydana çıxacaq. Geri dön |