Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakıda növbəti uçqun baş verib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > Bakıda növbəti uçqun baş verib

Bakıda növbəti uçqun baş verib


Bakının Suraxanı rayonunun Günəşli qəsəbəsi D massivi 16 saylı binanın yanında uçqun baş verib. Bunu bazar ertəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev deyib.
Onun sözlərinə görə, sahəsinin uzunluğu 20 metrə qədər, hündürlüyü 6 metr olan iki pilləli istinad divarı uçub. Uçqun çökmə nəticəsində baş verib.
İstinad divarının arxasında olan çökmə torpaqlar kanalizasiya sistemindən axıntı nəticəsində tamamilə islanıb. Həmin ərazidə çökmədən sonra istinad divarının uçması baş verib.
Niftiyev bildirib ki, hazırda Bakıdakı sürüşmə sahələrində vəziyyət stabildir.
Qeyd edək ki, ötən həftə Bakının Bayıl qəsəbəsində də düzgün tikilməyən istinad divarı uçmuşdu.

Geri dön