Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Pakistanın sabiq prezidenti Pərviz Müşərrəfin həbsinə order verilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hüquq > Pakistanın sabiq prezidenti Pərviz Müşərrəfin həbsinə order verilib

Pakistanın sabiq prezidenti Pərviz Müşərrəfin həbsinə order verilib


Pakistanın Bəlucistan əyalətinin məhkəməsi ölkənin sabiq prezidenti Pərviz Müşərrəfin həbsinə order verib. O, 2006-cı ildə əyalət millətçilərinin lideri Akbar Buqtinin ölümündə ittiham edilir.

Bu ittiham üzrə məhkəmə cari ilin yanvar ayında Pərviz Müşərrəfə bəraət vermişdi. Bundan sonra A.Buqtinin oğlu Camil Buqti apelyasiya şikayəti edib və yenidən sabiq prezidentin həbsinə order verilib.

Pərviz Müşərrəf Dubayda yaşadığından məhkəməyə qədər onun saxlanılması haqqında hələlik heç nə deyilmir.

Xatırladırıq ki, Akbar Buqti əyalətin tanınmış siyasətçisi olub, ayrı-ayrı vaxtlarda qubernator, nazir və digər yüksək vəzifələr tutub. O, əyalətə yüksək muxtar status verilməsinin tərəfdarı idi.

Qulu Kəngərli[right][/right]

Geri dön