Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət > Türkiyə kitabxanalarında Azərbaycana aid nadir əlyazma aşkar edilib
Türkiyə kitabxanalarında Azərbaycana aid nadir əlyazma aşkar edilib |
AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev Türkiyənin İstanbul şəhərinin Süleymaniyyə Kitabxanasından və Topqapı Sarayı Muzeyindən Hiduşah ibn Səncər Naxçıvani tərəfindən XIII əsrin sonlarında fars və türk dillərində qələmə alınan “Əs-Sihəhül Əcəmiyyə” adlı əlyazmanın XV əsrə aid iki nüxsəsinin foto surətlərini əldə edərək bölməyə gətirib.
Tədqiqata cəlb olunan əlyazmanın bir nüxsəsi 108, digər nüxsəsi isə 77 səhifədən ibarətdir. Qeyd edək ki, əsər təkcə lüğət deyil, eyni zamanda Qafqaz, Anadolu, Balkanlar və Yaxın Şərq mədrəsələrində dərs vəsaiti kimi də istifadə olunub. Bu səbəbdən dünyanın müxtəlif kitabxana və muzeylərində sözügedən əsərin bu günə kimi 100-ə qədər nüxsəsi mühafizə olunmaqdadır. Əldə olunan əlyazmaların foto surətləri Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun balansına daxil edilib. Elmin Nuri Geri dön |