Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyədəki Azərbaycanlılar İran səfirliyi qarşısında etiraz aksiyası keçirib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Türkiyədəki Azərbaycanlılar İran səfirliyi qarşısında etiraz aksiyası keçirib

Türkiyədəki Azərbaycanlılar İran səfirliyi qarşısında etiraz aksiyası keçirib


Güney Azərbaycanda milli fəaliyyətlər üçün baş verən qanunsuz həbslər, işkəncələrə görə Türkiyədəki Azərbaycanlılar bu gün 17 Mart, saat 12-13 arası İran səfirliyinin önünə toplaşaraq bu qanunsuz tutuqlamalara etirazlarını bildirmişlər.
Bir çox Güney Azərbaycanlı Azərbaycan Türkcəsinin öyrətmənlərindən ibarət olan dustaqların durumundan hələ də heç bir xəbər yoxdur. Tanınmış milli Mubariz, Qəzetəçi və Türk dili öyrətməni İbrahım Savalan hələ də İttilaatın təkadamlıq kamerasında saxlanılır. Ruzeh Səadəti, Əfşin Şahbazi, Mehrdad Kərəmi, Məhəmməd Əhədi təbriz zindanında bəlli olmayan bir durumda saxlanılır. Nasir Dirazşəmşir aylardır qanunsuz olaraq saxlanılmışdır. Salar Turi, Vəhid Həbib Çeşmə isə 21 Fevralda tutuqlanmış və indilikdə Təbriz zindanında saxlanılırlar. Rəsul Bədəli ilə 2 illik həbs cəzası üçün bir ildən artıqdır Təbriz zindanında saxlanılır.
Tanınmış milli mübariz Səid Mətinpur isə 2008-dən Evin zindanındadır. 8 illik həbsə məhkum olduğu üçün 2016-cı ilə qədər zindanda saxlanılacaqdır. Səid Mətinpurun ağır sağlıq sorunları vardır. İttilaat məmurlarının həkimə aparmaq istədiklərində əl və ayaqlarına qandal bağlamaq istədikləri üçün Səid bəy həkimə getməkdən imtina etmişdir.
Ankaradakı aksiya bütün milli fəalların həbsi, işkəncəsi və onlara olan təzyiqə etiraz olaraq keçirilmiş. aksiya heç bir təşkilata bağlı deyil, Türkiyədə yaşayan Azərbaycan Türkləri tərəfindən keçirilmişdir.
Bu aksiyada basın açıqlamasını Əlirza Muxtaroğlu oxumuşdur.




Basın Açıklaması

Son günlerlerde İran’da siyasi otorite tarafından Güney Azerbaycan Türklerine yönelik arttırılarak uygulanan baskı, şiddet ve hukuksuzluklar kapsamında, temel insan hak ve özgürlüklerini savunan sivil aktivist, aydın, yazar ve gazetecilerin herhangi bir hukuki gerekçe gösterilmeden, geniş çaplı tutuklama operasyonları kapsamında belirsiz süre için belirsiz yerlere götürülüp çeşitli işkence ve şiddet uygulamalarına tabi tutulmalarından duyduğumuz üzüntüyü ifade edip söz konusu hukuk dışı baskıları kınayarak:

1. Herhangi bir hukuki neden göstermeksizin tutuklanarak belirsiz süre için belirsiz yerlerde gözaltına alınanların biran önce serbest bırakılmasını,
2. Tutukluların tutuklanma nedenlerinin açıklanmasını,
3. Tutukluların, tutukluluk süresince işkenceye tabi tutulmama, birinci dereceden yakınlarıyla görüşebilme, kendisine avukat tutabilme, adil yargılanma vb. gibi meşru ve yasal haklarının korunmasını,
4. Temel insan hakları kapsamında; 75 milyon İran nüfusunun 35 milyon yurttaşının düşünce ve ifade özgürlüğü, anadilde eğitim hakkı ve azınlık ya da kurucu unsur statüsüne ait haklarının tanınıp iade edilmesini,
5. İran’da etnik ayrımcılık ve kültür kırımı politikaları kapsamında, Türklerin kültürel varlık ve değerlerine karşı sistematik ve planlı bir biçimde; anadilleri, tarihleri, kimlik algıları, kutsal değerleri, maddi ve insani kaynakları, kolektif iletişim hak ve özgürlükleri, kent, köy, nehir, dağ, ova ve kişi adlarına karşı yasaklama, inkar, dışlama, aşağılama biçimlerinde uygulanarak sürdürülen kırımlar sürecinin bir an önce durdurulması ve söz konusu alanlarda her türlü hukuki, siyasi, ekonomik ve psikolojik baskıların kaldırılmasını talep ediyor ve bunun için İran yönetimi ve yargısını her türlü çabayı sarf etmeye çağırıyoruz.
Türkiye’de yaşayan Azerbaycan Türkleri

Geri dön