Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Data mərkəzlərinin qarşılıqlı əlaqələri barədə fikir mübadiləsi aparılıb
Data mərkəzlərinin qarşılıqlı əlaqələri barədə fikir mübadiləsi aparılıb |
Data mərkəzlərinin qarşılıqlı əlaqələri barədə fikir mübadiləsi aparılıb.
Müzakirələr “Bakutel-2016” Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi-konfransı çərçivəsində Ümumdünya Poçt İttifaqının dəstəyi (ÜPİ), Regional Rabitə Birliyi (RRB) və Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə Bakıda informasiya cəmiyyətinin inkişafı üzrə keçirilən yüksəksəviyyəli işçi qrupun 4-cü iclası zamanı aparılıb. İclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistanın rabitə administrasiyalarının, həmçinin RRB-də müşahidəçi statusuna malik olan Əfqanıstan, Bolqarıstan, Latviya, Litva, Sloveniyanın rabitə administrasiyalarının, “İntersputnik” Beynəlxalq Kosmik Rabitə Təşkilatı və “EUTELSAT” hökumətlərarası təşkilatının nümayəndə heyətləri iştirak ediblər. İclasda RRB-nin üzvü olan ölkələrin rəqəmsal bazarının formalaşdırılması üçün əsaslar və mexanizmlərə, proqram təminatı bazarında inhisarın ləğv olunmasına dair təkliflərin hazırlanması, “Elektron hökumət”in inkışafı istiqamətində əməkdaşlıq və RRB-nin üzvü olan dövlətlərdə sosial əhəmiyyətli elektron xidmətlərin göstərilməsi üçün əsasların işlənməsi müzakirə olunub. Eyni zamanda, internetin idarə olunması məsələlərində RRB üzvlərinin əməkdaşlığı, data mərkəzlərinin qarşılıqlı əlaqələri, yeni informasiya ehtiyatlarının formalaşması və istifadəsi, İKT sahəsində elmi kadr və ixtisaslı mütəxəssislərin yetişdirilməsi məsələlərində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb. Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin sədrliyi ilə baş tutan tədbirdə Regional Rabitə Birliyinin İcraiyyə Komitəsinin baş direktoru Nurudin Muhitdinov informasiya cəmiyyətinin rolundan söz açıb. O deyib: “Bu gün İKT-nin inkişaf səviyyəsi və hər yerdə tətbiqi ölkələrin iqtisadi rəqabət qabiliyyətinin artırılmasında həlledici rol oynayır, dövlət idarəçiliyinin effektivliyinə xidmət edir, dövlət, ölkə və biznes arasında əlaqələrin genişlənməsinə şərait yaradır”. Bildirilib ki, ölkədə həyata keçirilən İKT siyasəti Azərbaycan Respublikasına qlobal informasiya infrastrukturunda öz layiqli yerini tutmağa imkan verir. Azərbaycan Respublikası rabitə administrasiyasının Regional Rabitə Birliyinin bütün fəaliyyət istiqamətlərində aktiv iştirakı təşkilatın fəaliyyətinə əhəmiyyətli töhfə verir ki, bu da birlik iştirakçılarının beynəlxalq forumlarda birgə təşəbbüslərinin dəstəklənməsini təmin edir, eləcə də İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin məqsədlərinə nail olmağa kömək edir. Daha sonra gündəlik üzrə məruzələrin dinlənilməsinə başlanılıb. “RRB ölkələrində rəqəmli bazarın əsasları və mexanizmlərinin formalaşması üçün təkliflərin hazırlanması haqqında” mövzusunda məruzə ilə çıxış edən rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə qeyd edib ki, rəqəmli bazar bütün ölkələr, o cümlədən Azərbaycan üçün aktual məsələdir. Azərbaycanın bu sahədə Avropa İttifaqı ilə “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində müəyyən addımlar atdığını deyən nazir müavini ölkəmizdə İKT sahəsində aparılan islahatlar, həyata keçirilən layihələr və əldə olunan nəticələr haqda məlumat verib. Belarusun rabitə və informasiyalaşdırma naziri Sergey Popkov “İnformasiya resurslarının formalaşdırılması və istifadəsi” mövzusunda məruzə ilə çıxış edib. Nazir ölkəsində bununla bağlı həyata keçirilən işlər, o cümlədən ümumilikdə İKT sahəsinin vəziyyəti barədə danışıb. Rusiyanın rabitə və kütləvi kommunikasiyalar nazirinin müavini Rəşid İsmayılov “İnternetin idarəetmə məsələlərində RRB iştirakçılarının əməkdaşlıq üzrə yanaşmaları” adlı məruzəsində sahə üzrə həlli vacib məqamlara toxunub. Qeyd edilib ki, internet transmilli resurs olaraq açıq olmalıdır, eyni zamanda, internet infrastrukturunun idarə edilməsi modelinin təkmilləşdirilməsi istiqamətində tədbirlərə ehtiyac var. Daha sonra Rusiyanın Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyinin departament direktoru Vladimir Averbaks “2020-ci ildə Rusiyada elektron hökumət” layihəsi, bu sahədə strateji plan və məqsədlərlə bağlı iştirakçıları tanış edib. İclasın gündəliyinə daxil olan digər mövzular üzrə də məruzələr dinlənilib, müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib. Geri dön |