Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > OPEC-in qərarı 2017-ci ilin yanvarından tətbiq ediləcək və 6 ay qüvvədə olacaq
OPEC-in qərarı 2017-ci ilin yanvarından tətbiq ediləcək və 6 ay qüvvədə olacaq |
Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv olmayan ölkələr neft hasilatını gündəlik 600 min barrel azaldacaqlarına, Rusiya isə istehsalını sutkada 300 min barrel aşağı salmasına söz verib.
Bunu Qətərin energetika naziri və OPEC Konfransının prezidenti Mohammed bin Saleh Al-Sada deyib. Nazir OPEC-in neft hasilat səviyyəsini azaldılması qərarının kartelə üzv ölkələrin birgə əməkdaşlığı nəticəsində mümkün olduğunu bildirib: “Bu, mühüm bir nailiyyətdir. Həmin qərar OPEC-ə üzv və qeyri-OPEC ölkələrin məsuliyyəti öz üzərlərinə götürməsi nəticəsində qəbul olundu. İclasda qlobal iqtisadi proseslər, neft hasilatı və tələbat nəzərdən keçirildi, neft bazarının yenidən balanslaşdırılması üçün qərar qəbul edildi. OPEC neft hasilatı gündəlik 1,2 milyon barrel azaldılacaq. Bu qərar 2017-ci ilin yanvarından tətbiq ediləcək və 6 ay ərzində qüvvədə olacaq”. O deyib ki, qərarın icra edilməsi Əlcəzair, Küveyt, Venesuela və iki qeyri-OPEC ölkəsinin üzvü olduğu Monitorinq Komitəsi tərəfindən yoxlanılacaq. OPEC-in növbəti iclası gələn ilin mayında Vyanada keçiriləcək. Həmin iclasda bu qərar yenidən qiymətləndiriləcək, məqbul qəbul edildikdə isə yenidən 6 ay daha uzadıla bilər. Qərara görə, ən çox neft hasilatını Səudiyyə Ərəbistanı azaldacaq. Bu ölkə neft istehsalını gündəlik 486 barrel azaldacaq. İstehsalını artıracaq yeganə ölkə isə İran olub. Bu ölkə gündəlik hasilatını 90 barrel artıracaq. Liviya və Nigeriya isə öz istehsal səviyyəsini qoruyacaqlar. Qarşıdakı müddətdə OPEC Konfransına Səudiyyə Ərəbistanının sənaye və təbii ehtiyatlar naziri Xalid əl-Falih prezidentlik edəcək. Geri dön |