Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Xızır peyğəmbərin adı ilə bağlı bayram YUNESKO-nun mədəni irs siyahısına daxil edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Xızır peyğəmbərin adı ilə bağlı bayram YUNESKO-nun mədəni irs siyahısına daxil edilib

Xızır peyğəmbərin adı ilə bağlı bayram YUNESKO-nun mədəni irs siyahısına daxil edilib


İraqın Xıdır İlyas milli bayramı YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
Bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.
"İraq cəmiyyəti hər il fevral ayında inanca görə, mərasim iştirakçılarının dualarını dinləyən müqəddəs Əl-Xıdırın (Xızır – red.) xatirəsini yad edir. Ənənəvi geyimdə olan ailələr müqəddəs təpəyə toplaşaraq, bu münasibətlə hazırladıqları xüsusi yeməkləri yeyir, DABK oynayır (milli rəqs), həmçinin Dəclə çayı sahilinə gələrək niyyətləri ilə bağlı nəzir edir, çaya şam buraxırlar" , - deyə məlumatda bildirilir.
Azərbaycanın Siyəzən rayonu ərazisində də Xızır peyğəmbərlə (ə) bağlı ziyarətgah kimi baş çəkilən və müqəddəs hesab edilən Beşbarmaq adlı dağ var. Ona Xıdır Zində dağı da deyilir və Xızırın məhz burada qeybə çəkildiyi iddia edilir.
Xızır (ə) İslamda peyğəmbər, həmçinin Musa peyğəmbərin (ə) müəllimi kimi qeyd olunur. Onun adı Quranda keçmir, lakin təfsirçilər demək olar ki, yekdilliklə onu Qurani Kərimin Əl-Kəhf surəsinin 60-82 ayələrində Musa peyğəmbərin adı qeyd olunmayan müəllimi ilə eyniləşdirirlər. Müqəddəs Bibliyada onun adı İlya peyğəmbər kimi qeyd olunur.
VİDEONU İZLƏMƏK ÜÇÜN:
TIKLAYIN

Geri dön