Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Avropa İttifaqı “vergi inqilabına” başlayır
Avropa İttifaqı “vergi inqilabına” başlayır |
Avropa Komissiyasının “vergi şəffaflığı sahəsində hazırladığı inqilab” vergilərin ödənilməsindən yayınmaya qarşı təsirli mübarizə aparmağa şərait yaradacaq.
Bunu Vergi məsələləri üzrə Avropa komissarı Pyer Moskovisi Avropanın gələcəyi mövzusuna həsr edilmiş sammitdəki nitqində bəyan edib. Komissarın sözlərinə görə, “Lüksemburq sızıntısı”, “Panama sənədləri” və “Baham sızıntısı” kimi hadisələr Avropa Komissiyasını həlledici addımlar atmağa vadar edib. P.Moskovisi əlavə edib ki, Avropa İttifaqı ölkələri tezliklə bank sirrindən imtina edəcəklər, şirkətlər isə vergi dərəcəsini azaltmaq və ümumiyyətlə vergi ödəməkdən yayınmaq üçün sərhədləri manipulyasiya etmək imkanından məhrum olunacaqlar. Həmçinin Avropa Komissiyası “vergi limanları” hesab olunan ölkələrə təsir göstərmək üçün onların “qara siyahısını” açıqlayacaq. Geri dön |