Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Robert Bradtke:- Artıq Dağlıq Qarabağ münaqişəsinin həllinə dair razılaşmanın konturları var
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Robert Bradtke:- Artıq Dağlıq Qarabağ münaqişəsinin həllinə dair razılaşmanın konturları var

Robert Bradtke:- Artıq Dağlıq Qarabağ münaqişəsinin həllinə dair razılaşmanın konturları var


“Mən hesab etmirəm ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hələ də sülh razılaşması əldə etməyin mümkün olmaması Minsk qrupunun, yaxud həmsədrlərin formatı ilə əlaqəlidir. Problem ondadır ki, bu, çox mürəkkəb məsələdir. Tərəflər arasında fikir ayrılığı çox dərindir və etimadsızlıq var. Formatın dəyişməsi bu məsələlərdən heç birini həll etməyəcək”.
Bunu Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Robert Bradtke “Azadlıq” radiosuna müsahibəsində deyib.
“Biz son illər ərzində nəzərə çarpacaq tərəqqi əldə etmişik. Hesab edirəm ki, artıq razılaşmanın konturları var. Ona görə də düşünürəm ki, hər şeyi yeni formatla təzədən başlamaqdansa, bu formatda prosesə davam etmək lazımdır. Tərəflər də bu formatı qəbul etdiklərini və bu çərçivədə işləmək istədiklərini qeyd edirlər”, - deyə diplomat bildirib.
R. Bradtkenin sözlərinə görə, Minsk qrupu 20 il ərzində üç əsas nəticə əldə edib – gərginliyi azaldıb, tərəflər arasında təmas kanalı yaradıb, danışıqlar üçün ümumi bazis formalaşdırıb: “Biz çərçivə sənədi hazırlanması üçün tərəflərlə ürəklə işləmişik. Lakin hələlik buna nail olmamışıq. Bununla belə, Azərbaycan və Ermənistan prezidentlərinin bu ilin yanvarında Soçidə verdiyi bəyanatı qeyd etmək istərdim. Prezidentlər Soçidə çərçivə sənədi üzərində işi sürətləndirməyə hazır olduqlarını bəyan etdilər. Mən əminəm ki, biz bu gün münaqişənin həllinə 20 il əvvəlkindən daha yaxınıq. Hesab edirəm ki, tərəflər nizamlanmanın əsas elementlərinin nədən ibarət olduğunu anlayır. Onlar həmin elementləri artıq ifadə ediblər. Biz də onlarla birlikdə Akvil, Muskok və Dovil sammitlərində verdiyimiz bəyanatlarda bu elementləri ifadə etmişik”.
Qoşunların təmas xəttində atəşkəsin pozulması hallarının araşdırılması mexanizminin hazırlanması məsələsinə gəldikdə, diplomat bu istiqamətdə iş apardıqlarını vurğulayıb: “Bu məsələ vasitəçilərin regiona son səfəri zamanı Bakı və İrəvanda müzakirə olunub. Həmsədrlər bununla bağlı tərəflərə müəyyən ideyalar verib, onların rəyini öyrəniblər. Eyni zamanda bu məsələ bu həftə Vyanada müzakirə olunacaq. Odur ki, biz hər iki tərəfin razılaşacağı ideya tapacağımıza ümid edirik”.
R. Bradtke həmçinin insanlar arasında dialoq və kontaktların zəruriliyini qeyd edib: “20 il ərzində Azərbaycan və Ermənistanda heç vaxt bir yerdə yaşamayan nəsil yetişib. Odur ki, belə kontaktlar vacibdir”.
Bununla belə, amerikalı diplomat qeyd edib ki, tərəflər bu dialoqdan siyasi məqsədlər üçün istifadə etməyə çalışsa, bu kontaktlar nəticəsiz qalacaq.

Geri dön