Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Tiflo və surdo şərhli cizgi filmlərinin təqdimatı olub
Tiflo və surdo şərhli cizgi filmlərinin təqdimatı olub |
Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Kino Xidməti İdarəsi və Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin birgə təşkilatçılığı ilə 3 dekabr - Beynəlxalq Əlillər Gününə həsr edilmiş tədbir keçirilib.
Nizami Kino Mərkəzində baş tutan tədbirdə “Sərhədsiz incəsənət” layihəsi çərçivəsində tiflo və surdo şərhlə müşayiət olunan “Sehirlənmiş küpə”, “Şahzadə - qara qızıl” və “Taya” cizgi filmlərinin təqdimatı olub. Məqsəd görmə və eşitmə qabiliyyəti məhdud olan insanların həyatında son dərəcə əhəmiyyətli olan bu sahənin inkişaf etdirilməsidir. Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Kino Xidməti idarəsinin rəisi Gültəkin Nəriman çıxış edərək Gözdən Əlillər Cəmiyyəti ilə sıx əməkdaşlıq etdiklərini, bir il ərzində layihə çərçivəsində 4 tədbir keçirdiklərini deyib. Bildirib ki, əlilliyi olan insanların əksəriyyəti cəmiyyətdən təcrid olunur. Bu problemi təkcə onlar deyil, bu şəxslərin ailə üzvləri də yaşayır. Xüsusi qayğıya ehtiyacı olan bu təbəqənin və sağlamlıq imkanları məhdud uşaqların tibbi-sosial reabilitasiyası kompleks şəkildə həll edilməli və son nəticədə cəmiyyətə fəal inteqrasiyası təmin olunmalıdır. Qeyd edib ki, layihənin həyata keçirilməsində məqsəd sağlamlıq imkanları məhdud olan uşaqların asudə vaxtının səmərəli keçirilməsi, cəmiyyətdə hərtərəfli inkişafının təmin edilməsi, onların informasiya alma imkanlarının genişləndirilməsi və həyat tərzinin yaxşılaşdırılmasına yardım etməkdir. Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev gözdən əlillərin müasir dünyaya adaptasiyası və inteqrasiyası istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən danışıb. O, belə filmlərin hazırlanmasının vacibliyini qeyd edərək, “Sərhədsiz incəsənət” layihəsinə dəstək olduqlarına görə Bakı Şəhər İcra Hakimiyyətinə minnətdarlıq edib. Ombudsman Aparatının əlilliyi olan şəxslərin hüquqları üzrə müşaviri Müqabil Mahmudov bildirib ki, bu günün qeyd edilməsi dünya ictimaiyyətinin diqqətini əlilliyi olan şəxslərin problemlərinə yönəltmək, bu problemlərin həlli istiqamətində işlər görməkdir. Sonra gözdən əlil ifaçılardan ibarət “Duyğu” xalq çalğı alətləri instrumental orkestrinın çıxışı dinlənilib. Sonda tiflo və surdo şərhlə müşayiət olunan “Siçan və pişik” cizgi filmi nümayiş olunub. Geri dön |