Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > "Yaş taxta " (romandan parçalar) Birinci hissə
"Yaş taxta " (romandan parçalar) Birinci hissə |
Heç vaxt yeniləşməyib heç vaxt köhnəlməyən allahın adından dənizdə batmaqda olan bu oğlana salam var. O,yüz faiz əmindir ki,gözlənilməz tufanda sanki,biz bütün canlılara qənim kəsilmişik kimi bir görüntüylə əcaib səslər çıxaran başdan xarab dalğalar indilərdə yoxa çevirdiyi üç dostu kimi onu da yoxa çevirəcək .Amma o,yox olub heçləşəcəyi kimi izah olunmaz müdhişliyi təsəvvür nədir hətta bir an da olsun düşünə də bilmir, amma öləcəyinə bizcə bir az əmindir ..Bir görün o özünü necə itirib. Lakin yəqin ki,ən son anda da ölümlə pəncə-pəncəyə cırmaqlaşıb təslim olacağına inanmayanlar kimi o da ölümə təslim olacağının gümanını gözucu nəzərdən keçirməyə vaxt tapmır.Vəhşi dalğaların köpüklü ağzlarında buz kimi soyuq dişlərlə gəmirilən (yanvar ayıdır ) bu oğlana ünvanlanmış salamsa sizə qəribə gəlməsin .Bəs necə siz elə bilirdiz allah qaranlıq göydən açılmış pəncərəsindən ,salam ey başını itirmiş balıqçı ,nəvazişiylə onu ələ salır?Dalğalarla çarpışmaqdan heydən düşmüş biriylə belə münasibətdə heç,səhər tezdən işə tələsən ərinin ardınca balkondan,gələndə xama almağı unudsan geri qayıdacaqsan ,deyib guya zarafat edən kobud evdar qadın da etməz . (bu qarışıqlıqda bu oğlan kimi mən də çaşqın olduğuma görə misal yerinə düşməyə bilər ) Necə yəni ? O batır,məhv olur ,o isə onu göydən salamlayır,bircə onu ərşdəki evinə qəhvəyə qonaq etməyi çatışmır.Bizim dediyimiz allahın salamlaşmağı təmamilə başqa cürdür,yəni o ərşdən yerə baxmır ,bu gördüyünüz hadisə bütün yaşlığı və birazda çaşbaşlığı ilə elə onun otaqlarının sayı ancaq özünə məlum olan evində (vücudunun tərkibində də demək olar) baş verir .Qəliz olduğunu mən də bilirəm ,lakin hələlik başqa izah yoxdur . Və baş verənlər hamısı onun balansında olan dəryada(möhtəşəm villasının nəhəng hovuzunda da deyək ) baş verirsə deməli əcaib salamlaşma sizə bir az aydındır ..Diqqətlə fikir versəz bu salamın izahını başdan xarab dediyimiz dalğaların yaxınlıqdakı qaraltıya tərəf (o dəniz qayasıdır)bir birləriylə sanki çarpışaraq ora tez çatmaq üçün yarışırmışlar kimi qəribə görüntülü axınında müşahidə edə bilərsiz və bu salamın sonuncu hərfi hələ o qayaya catdıqda tamamlanacaq .Bu günə kimi buna bənzər tufanlarda bu cür salamlananların çoxu yəqin ki ,bu qəribə diqqət və qayğıkeşliyin “salam “adlı himayəsində sağ qaldıqlarının ,-belə də olar ,dünyaya təzədən gəldiklərinin fərqində bəlkə olsalar da bu məsələyə bu batan oğlan kimi kimi ciddi yanaşmayıblar.Və ötəri də olsa deyim ki, mənə bu cür batan biri öz xilasını şərh fırçalarıyla təsvir edəndə qaranlıq dənizdən ona uzanan qara əllər haqda da ötəri eskiz uydurmaları etmişdi .Bu salamlaşmada isə hələlik heydən düşmüş Adəmin ( balıqçının adı Adəmdir )əleykumsalam, demək huşu sovrulmuş ağlına gəlməsədə ona qeybdən uzanan əlləri görmədik .Hər şeyin təbii baş verdiyi anlarda qəfil təbii səs ,-ŞAPP ,eşıtdik .Bu parçalanmış qayığından qopmuş yaş taxtalardan birinin onun başına çırpılarkən çıxardığı səs idi .Salamlaşmanın qəribəliyinə hələlik gülməyin .....Qarşıda görünən nəhəng qaya öz sakit qaralığı ilə ona pıçıldadı : - sən bu vəhşilərə (dalğaları deyir )fikir vermə ,onlar mənim ətəklərimə çırpılıb ömür boyu üzr istəyiblər .Bunları vəhşiləşdirib yellədən canına bomba düşmüş şimal küləyi isə təxminən sabah bədənsiz ruhlar kimi onun bunun hesabına vıyildayıb bağırmaqdan yorulub rədd olub gedəcək ,onda bu gicbəsərlər ayaqlarımı öpmək üçün səcdəmdə şappıldayacaqlar....O,indilərdə qayanın da nə danışdığını başa düşür .Bizdən uzaq ,bizim heç birimiz bu cür ölüm anları yaşamamışıq ki ,belə vəziyyətdə insanın hər bir varlığın, hətta cansizların belə dilini başa düşməyinin necə mümkün olduğunu anlayaq .....Gecənin qaranlığında bu pıçıldayan qaya bizə vahiməli görünsə də şiş ucunda o tərəf – bu tərəfə hərlənərək ,ey tufanda başını itirib ümidsizləşənlər mən burdayam ,kimi bir məna ilə sayrışan sarı lampalı mayakı filanı olmasa da üç balıqçı dostunu və böyük qayıqlarını yoxluq udmuş Adəm üçün o,əsl doğum mayakının mövcud olduğu nicat diyarıdır və bu anlarda onunçun bu qayadan müqəddəs məkan ola bilməz.Əgər o indilərdə nəyisə hesablamağı bacarırsa bu yaş ,soyuq və sürüşkən qayanı doğulacağı cənnət də hesab edə bilər ..... Hec vaxt yeniləşməyib heç vaxt köhnəlməyən allahın saysız hesabsız salamlarından birinə cavab verməyi unutmuş balıqçı oğlan yəqin bilmir ki ,indi bu soyuq ,sürüşkən qayanın üstə ağır -ağır nəfəs ala bilib allahı sevindirməsi elə o qəribə salamın təşəkkürü kimi bir şeydir .Hələ hətta səhər ağ işıqlı tül pərdələrini (buludları)aralayıb ona bir yanağı ilə baxıb gülümsər sırtıq qızlar kimi üzündən gülüş əskik olmayan günəş onun bu görkəmsiz islaq vücuduna tamaşasından qəşş edib pərdələrindən biriylə ağzını tutub öz gülüşü ilə onun başı üstündə uçuşan qağayıları da qəhqəhələndirəcək .(cümlənin uzunluğu ilə sizi yordum . )Əlbəttə bu qaranlıq gecədə onun açılacaq səhərini biz belə fikirləşdik .Hələliksə ilham pərisi “tufanlar səltənətindən “gəlmiş dəli bir bəstəkarın adı “kim necə istəyir “ olan simfonik əsərini çalan vəhşi bir simfonik ansamblı xatırladan coşqun dəniz sanki yorulub çubuğunu aşağı, başını isə yuxarı qaldırmış dirijora (bu nicat qayasına ),sən bizə lazım deyilsən ,özümüz bu salamın bütün sancılı -ağrılı , kükrək xırdalıqlarını çalıb tamamlayarıq, deyirlər .Məsələn balıqçı oğlanı axırıncı həmlədə şiş qayanın qucağına tolazlamış ağzı köpüklü mügənniyə bənzərə digər kontrabasçıya bənzəyən ,mən kontrabasımı (qayıqdan qopan yaş taxtanı deyir ) oğlanın başına çırpıb onu uydurmasaydım sən onu dirijorun qucağına tolazlaya bilməzdin ,çünki o yaman çırpınırdı ,çırpınıb batanı isə xilas etmək mümkün deyil ,kimi axmaq mübahisələrlə çarpışaraq sanki səhər heç açılmayacaq ,günəş əbədi doğmayacaq əminliyi ilə bundan sonra qaranlıq dünya məhz bizimdir deyirlər .Sabahın mütləq açılacağını isə mən sizə o salamlayanın adından deyirəm . Mənim sizə “Ağ işıqlı şəhər” də bağışladığım “bəsirət eynəklərini “bilirəm ki ,çoxunuz heç yatanda da çıxarmırsız.Amma xəlvəti deyim ki, eynəkli baxışlarınızla məhəbbət bağının seyrinə təşviq üçün kimisə süzüb eləyərsiz və tərəf müqabilinizin də belə eynəyin mövcudluğundan xəbəri olmaz və dəli filan hesab olunarsız ,yəni ənənəvi seyrə çıxanlardan fərqli olaraq sizdə təmamilə başqa ovqat müşahidə olunar .Əgər problem yoxdursa onda özünüz bilin .Sadəcə indi demək istəyirəm ki ,bu ağır – ağır nəfəs almaqda olan balıqçı oğlana ünvanlanmış salamdan sonra eynəyi olmayanlar başlarına bir çarə quraşdırsınlar, (yəni gözlərinə )çünki deyəsən səhər açılmağa başlayıb .Günəş isə doğmayıb .Bu səhərin günəşin işığı ilə heç bir bağlılığı yoxdur .Biz təmamilə ayrı bir aləmin seyrinə yollanırıq .Bu aləmdə nəinki qağayılar ,günəş ,hətta deyim ki ,hələ konkret heç nə heç nəyə oxşamadığı üçün belə çıxır ki,buralarda hələlik heç nə yoxdur ........... Çağıranın səsinə diqqət : -aaaaDəm ! O bizim kimi bir az diksinib səs gələn səmtə dönür key kimi,bir az da maraqdan qaynaşan gözləriylə (maraqla keylik bir yerdə qəribə səsləndi )baxır.Baxışlarının yönəldiyi istiqamətdə isə ,bu başqa məsələ ,yox bu kino aktrisa deyil ,gözəlliyini vəsf etməyəcəyəm ,yəqin bəsirət eynəklərinizi sazlamısız .Yoxsa bu heçnəsizlikdə darıxmağa başlayardıq.Hələlik onun adını gözəl deyək .Ola bilsin Adəmin sevdiyi qız ,ya da tanışıdır bəlkə də həyat yoldaşıdır ,biz hələ bilmirik o subaydır yoxsa evli , gözəlin gözəlliyi lap necə deyərlər ağılı başdan alandır ..Bizimki hələ ona maymaq kimi baxır,elə bil ilk dəfədir qız görür .Başına dəymiş zərbədən də ola bilər keyliyi.Amma deyəsən özünü cəmləyir : -sən kimsən ? Gözəl : - sənin sevgililərin .(deyəsən eşqbaz oğlan imiş ) O: -necə yəni sevgililərin ? Axı mənim sevgililərimin heç birinə oxşamırsan ? Gözəl : - necə yəni ?Sənin sevgililərinin hamısı mən olmuşam .(deyəsən qızda bir az çatışmır) O : - vallah səni birinci dəfədir görürəm .Adın nədir ? Gözəlin nazla əzilib büzülməyinə baxın : -mən yuxarıdakının ən sevimli mələyiyəm .Sən yaranmamışdan əvvəllər ,lap çoxdan altı min il bundan qabaq yaranmışam , yuxarıdakına ən çox ibadət eləyən mələk mənəm .Gəl tanış olaq adım Şeytandır .(Biz qulaqlarımızı çəkək ,ya da nə qədər gec deyil qulaqlarımıza “təhlüklidir “sırğasını taxaq ki,necə deyərlər bunun şərindən amanda qalaq ) Adəm də bizdən beş betər təşvişə düşüb: - nə danışırsan ? Mənim sevgilim ,bəs deyirdin olmusan ?(sözlərin yerini səhv salır) Heç birinə oxşamırsan axı? Ğözəl (daha ona gözəl deməyə də qorxuram ): - hamısı mən idim ,dünyaya gəlməmişdən sənin sevgililərinin hamısı mən olmuşam .Səni çox sevirəm .(Bizimkinin başı da yəqin bizimki kimi qarışır) : -Mən hardayam ? Cənnətdə .Sən indicə yaranmısan .Lap indilərdə.Necə deyərlər hələ palçığın qurumayıb.(görün necə cazıbədar gülümsəməyi var )Görmürsən yaş suyun içindəsən ? Bizimki əyninə baxır ,təcüblə :- mən doğurdan yaşam ,kiməm ? Sən bəşəriyyətin ilk Adəmisən .Bilirəm tək darıxmırsan amma ,o zəhləmgetmişin də yaranacaq . Adəm : - zəhləngetmiş kimdir ? O : - sənin uşaqlarını doğacaq başqa birisi . Adəm : Adı nədir ? O: - bilmirəm ,məni bu işə burnumu soxmağa qoymadılar,düzdür mənim ibadətim elə burnumu hər yerə soxmaqdır ,ümumiyyətlə soxulmaq mənim missiyamdır ,sənin gözəlçənin yoxluq aləmindən varlıq aləminə gətirilməsi ideyasına qarşı çıxıb bu ideyanın xalçası üzərində ibadət etdim ,ağladım təxminən min il,saymadılar məni ,bu məsələlərə Qardaşım İsrafil baxır .Yəqin onu da yapandan sonra bir ad fikirlşər. Məndən olsa neynirsən axı onu, yaşayardıq cənnətdə əbədi ,darıxmırsan axı .(onun nazla əzilib büzülməyi sizi sehrləməsin ,sırğalarınızı vaxtaşırı cingildədin ) Düz demirəm ? (kənardan səs: - xeyr düz demirsən .(yəqin bu gələn orta yaşlı kişi İsrafildir ,gözəl bir az özünü yığışdırır gələn:-Nazlı səni kim bura buraxıb ? (deməli ləqəbi Nazlı imiş) Nazlı : - nədir ? Gəlmək olmaz ? Gələn : -axı dünən sənə izah etdik ki, o ağır yaranma prossesi keçib,biz cənnət zamanıyla yuxarılar bilir ki ,nə qədər onun üstündə əziyyət çəkmişik . Nazlı : - mən bilirəm ,yüz iyirmi gün .(mənsə sizə tələsik deyim ,cənnət zamanıyla bir gün bizim min ilimizə bərabərdir ,deməli yüz iyirmi min ilə yaranıb bu balıqçı Adəm .Başımızı itirməsək yaxşıdır ) İsrafil : - hə o qədər ,qırx gün palçığına qəm yağışı ,qirx gün kədər yağışı ,(Nazlı sözünü kəsib : - sizə onda dedim ki ,qəmlə kədər eyni şeydir saymadız məni yazığı iki qat zibilə saldız ,İsrafıl əsəbi : - yaxşı görüm olan olub ,indisə get . Nazlı təssüflə Adəmə əl yelləyərək: - bay bay görüşərik .(Qeyb olur.Bizimki isə çətin yaranma prossesi keçibmış amma üçüncü qırx gündə nə yağdırıblar bu yazıq oğlanın palçığına demədi ,yaman təşviş içindədir .İsrafil ona mehribanlıqla : - gəl tanış olaq ,mən sənin yaranma prosseslərinin demək olar ki, hamısında yaxından iştitak etmiş mələk Cəbrailəm .( israfil deyilmış.)İsrafil isə mənim yaradıcı ,talant mədəni ,istedad vulkanı olan qardaşımdır.Yeri gəlmişkən deyim ki ,sənin dzaynını o çəkib ,yuxarılar (yəqin allahı deyir)qəbul etdilər və biz də öz tariximizlə düz yüz iyirmi gün bundan əvvəl (görün deyəndə əli ilə necə uzaqları göstərdi ,yüz iyirmi min il zarafat deyil )işə başladıq.Dünən gecə (bizim zamanla beş yüz il bundan qabaq hardasa 15 ci əsrdə )sənin yardılışının final mərhələsinə ruhun üfürülməsinə gəlib çatdıq.Bununçün qardaşım Mikayıla minnətdar olmalısan .O yaş ruhu yoxluq dənizindən qaldırıb sənin başına çırpdı və sən canlanıb dünyaya gəldin .(Yuxarılar qardaşına insaf versin ,o hələ onun üfürməyi imiş ,vursaymış yazıq oğlanın dirilməli halı qalmazmış .) İndi sən yenicə xəlq olmusan .Mənə yuxarıdan əmr olunub ki,səni bütün cənnəti gəzdirim .Tanış olmalısan .Yoxluq aləminin ilk varlığı sənsən .Adını yuxarıda qoyublar ,dədə Qorqudunuz demişkən ,yaşını tale versin ,amin .(Cəbrayılın gələcəkdən xəbər verməsi sizi təcübləndirməsin ,mələklər ərşin nəhəng kino salonunda gələcək haqda filmlərin yarıdan çoxuna baxıblar, gələcəkdən xəbərdardırlar .Bizimki elə çaşıb ki,bizim çaşqınlığımız onunla müqayisədə agahlıqdır .Ayağa qalxmaq istəyir ,Cəbrayıl ona yardım edir və mülayimcə : - bilirəm çox çətindir sənə ,xəlq olub dünyaya gəlmək asan iş deyil .Qalx görüm ,hə,bu yaxşı oldu ,artıq ayaq üstə dayana bilirsən ,deməlli addımlaya da biləcəksən ,addım at baxım ,ay sağ ol ,(Adəm zarıyaraq: - cənnətdə bizdən başqa adam yoxdur ? Cəbrayıl gülümsəyir :-Sən bizim kainatın ,yəni yoxluq aləminin ilk Adəmisən hələ səndən yaranıb doğulacaq Adəmlərlə dünyanı doldurmaq fikri də yuxarıda stolun üstündə gündəmdədir .Hələlik isə sən cənnətlə yaxından tanış olmalısan ki,öz gələcək övladlarına cənnət barədə nəsə danışa biləsən .(gülümsəyib Adəmə baxdı .Adəm : - qəribədir bəs sən də adamsan axı.Yəni bilmirəm dəqiq xatırlamıram ki, kimə bənzəyirsən ,ufff(başını əlləri ilə ovxalayır : -başım yaman ağrıyır . Cəbrayıl qayğıkeş görkəmlə : - başa düşürəm ,qardaşım zərbəni çox bərk endirdi ,amma başqa cür də mümkün deyildi ,bir az başdan möhkəm xəlq olmusan ,ruhu sənə üfürmək üçün başqa üsul tapa bilməzdik o mərəkədə .Bağışla onu, hər şeyi səni yoxluq aləmindən varlıq aləminə gətirmək üçün etmişik .(sizssə yəqin təlatümlü dənizdəki kontrabasçını xatırladız ,bunun qardaşı Mikayıl imiş .) Birdəki səni cənnətlə tanış etmək üçün nəyə oxşamalıydım axı ? Danışmaq üçün mənə diş ,ağız bunlar üçün də baş göz qulaq ,bir sözlə baş ağrısı olmasın adama oxşamaq lazım idi və oxşamışam .(gülümsəyir ) Adəm : - qəribədir ,ilk adamam ,bəs məndən əvvəlkilər ? Cəbrayıl ; - səndən əvvəl heç kim olmayıb bu cahanda .Birdəki ,olsaydılar da onların sənə heç bir dəxli olmayacaqdı .Bu işiqlı cahan məhz səndən ötrü xəlq olub . Düzdür hələlik günəş haqda ancaq eşitmişik ,lakin inanıram ki,onun xəlq olunacağı günü görmək şərəfinə layiq bilər bizi yuxarıdakı . Adəm təcüblə : - nə danışırsan ? Günəş hələ xəlq olmayıb ? günəşsiz işıqlı cahan nədir ? Cəbrayıl toxtaqlıq verirmiş kimi : - sənsiz nə günəş? Darıxma, günəş də xəlq olar,bu məsələləri biz bilmirik O,yuxarıdakı bilir . Birdə sənə deyim ki ,mən istədiyim cildə girə bilirəm ,birdən məni sabah ya biri gün görmədin narahat olma üzünü hara tutub danışsan mənimlə danışırmış kimisən düzdür hər tərəfdə olmaq yuxarıdakına məxsusdur lakin mənim də elə onun tərkibində buna səlahiyyətim çatır ,başa düşürəm anlamaq mümkün deyil ,amma hələlik ,sonralar hər şeyi dərk edəcəksən sənin nəhəng sərhədi olmayan idrak səmalarının hər şeyi udub həzm etmək imkanı var , (Adəm fikirlidir : - ay danışırsan ,öz danışdıqlarını özün başa düşürsən ? Cəbrayıl : -bax mən də səni anlamadım ,gələcəkdə isə mütləq anlayacağam .Sənin yaxın dostun və müəllimin olmaq səlahiyyətini mənə yuxarılar yetmiş min il bundan qabaq verib (bunu uşaqlıqdan riyaziyyatdan zəhləsi gedən mənim kimisi üçün hesablamaq mümkün deyil ,bizim zamanla bu yetmiş min il az qala sonsuzun əvvəlinci illəri olar ,başqa izah tapa bilmədim .) mən o vaxtdan indiyə qədər zərrədən kainatlaşmağa qədər uzun bir var olma prossesi keçmişəm .Nə isə hələlik başını ağrıdığına görə mən də lap keyləşdirmiyim .Gedək gəzək?(bizimki əlacsız adamlar kimi : - daha başqa çarəm yoxdur axı ey ən yaxın müəllimim və dostum ,ilk Adəm olmaq mənim payıma düşüb ,məndən əvvəl də boşlüq olub .Açığını deyim cənnətin belə cansıxıcı olduğunu bilməzdim ,buralar ağ dumana bürünüb ,bəs –Cəbrayıl sözünü kəsdi : – bilirəm hurilər və qilmanlarla maraqlanırsan ,sənin fitrət bazanda elə məlumatlar yerləşdirib ki ,qardaşım İsrafili deyirəm ,o sənin məlumat bazana daha nə kodlar daha nələr yerləşdirmiyib ,hamısını biləcəksən darıxma ,madam ki, ilk Adəm olaraq xəlq olmağına izn verilib (barmağı ilə yuxarını göstərdi)deməli hər şeyi görəcəksən ,lap dünyanızın sonuna kimi ,(görün necə kədərləndi )amma sözün düzü mən heç sənin övladlarının doğulmağını istəməzdim , Nazlı demişkən qara günlərim başlayacaq lakin mənlik deyil, hamısı baş verməlidir .Ətrafdakı isə ağ duman deyil .Bu ağlıq aləmidir ,bilirəm ilk dəfədir ki ,belə əndərabadi söz eşidirsən ,eyb etməz öyrəşəcəksən birdəki hələ indicə danışmağı öyrənirsən .Bura ağ rəngin yarandığı aləmdir .Qardaşım İsrafilin palitrasının “ag rəng mənbəyi “buradır .Sənin renamatsiya otağın da demək olar ..... Təcüblənməklə sağollaşmışıq.Bəsirət eynəklərimizdən biz balıqçı oğlanın sanki gözlərindən baxırıq ətrafa . Tünd mavi rəngdən başqa heç nə görmürük ,mən özümü mavi rəngli dənizin dibində hiss edirəm ,sudan başqa heç nə görmürəm .Cəbrayılla bizimki göründü .Cəbrayıl : - səni qardaşlarımın hamısı ilə tanış edəcəyəm .Nazlıdan isə bir az uzaq gəzssən yaxşıdır.Düzdür o sənin keçmiş sevgililərin olub, çox da vecinə alma, onun dediklərinin çoxu (Adəmin qulağına : – uydurmadır ,hə,yuxarılar təkcə ona uydurmaq səlahiyyəti verib ,bilmirəm nə üçün , onun da xüsusi planları var səninlə bağlı ,məsələn aramızda qalsa deyim ,o sənin gələcəkdəki, adəmliyi adından başqa heç nədən bəlli olmayacaq uşaqlarına “xəyal”adlı bir incəsənət insitutu açmaq istəyir ,universitet də demək olar , yuxarılar da yollarını açıq edibsə işinə heç vaxt qarışa bilmərik . Adəm : - qoy xətrinə dəyməsinlər nəyini açır açsın ,o çox gözəldir .Az qalmışdı ona aşiq olum .Nə yaxşı ki ,sən gəldin.Çox tanış gəldi mənə ,elə bil, Cəbrayıl nifrətlə : -sən nə danışırsan ? Xəlq olduğun bir neçə saatdır (bizim zamanla bir neçə il olar )indidən onun toruna düşsən bizim mələkliyimiz daha heçnə , yarımçıq qalar .Yuxarı bizə səni elə tapşırıb ki,bu aşiqlik fikrindən dizlərim əsdi .Gəl səni ikinci bu mavi aləmlə tanış edim ,axı heç nə başa düşmürsən ,bura qardaşım İsrafılin rəng palıtrasının mavı rəng mənbəyidir və əlavə edim ki ,bütün bundan sonra görəcəyin digər aləmləri də ona yuxarıdkı hədiyyə edib .Heç nəyin tərkib məsələsi bizdik deyil .Sirlərin hamısı ona (barmağı ilə yuxarını göstərdi ,səma ilə yerin fərqi isə rəng baxımından hələlik yoxdur.)yuxarıdakına məxsusdur . Adəm: - yuxarıdakı kimdir ? Cəbrayıl: - onu biz görə bilməmişik ,bəlkə sənin sayəndə bir gün onunla görüşmək şərəfinə nail olduq .Bütün əmrlər onun tərəfindən gəlir müəyyən vasitələrlə.Məsələn onun Nazlıya verdiyi xüsusi imtiyazlar bizə mesaj kimi bir məsələdir ki,Nazlının xətrinə dəymək yasaqdır .(Adəmin qulağına : - nəsə ona xüsusi rəğbəti var bəlkədə (Bizimki bir himə bənd imiş : - elə mənim də ona xüsusi nəyimsə yarandı ,dəqiq deyə bilmirəm nəyim . Cəbrayıl tələsik uşaq başı aldadan ana kimi,- eybi yoxdur dəqiq xatırlamasan yaxşıdır . Adəm : - deyəsən xoşum gəldi onun mənim sevgililərim olduğyndan .(Biz sırğalarımızı cingildədsək yaxşıdır. Cəbrayılın üzünə kinayə buludları yağış yağdırdı: -Hesab edirəm ki,səninlə cənnət səyahətinə artıq başlamışıq . Adəm: - mənsə bu qardaşının göy bazasından başqa heç nə görmürəm .Hər tərəf gömgöydür .Ayağımızın altında nə var? Cəbrayıl dərindən nəfəs alıb sevincək : - heç nə .Hə təcüblənmə heçlik aləmində heç nədən başqa nə olmalıydı ki,ayağının altındakı ərazini hələlik qardaşım İsrafil “yer “adlandırıb .(ixtiranı eşitdiz?)O,mələklərin içində ixtiraçı məkəkdir .Onu yuxarıdakı çox sevir .(Bizimki bu “yer” sözündən lap şoka düşüb .Maraqla : -bu söz onun ağlına hardan gəlib ? Cəbrayıl qürurla : - onun başında agıl yoxdur , o başdan –ayaga agıldan ibarətdir .istedadı var .Hər şeyi bu istedadı sayasındə bacarır .Mələklər arasında istedad yalnız ondadır . Adəm maraqla : – sənin də başında ağılın yoxdur ? Cəbrayıl təsüflə: : - mələyin başında ağıl nə gəzir ? Biz həm mühəndisik ,həm də özümüz də proqramla işləyirik . Adəm: - bəs məni necə oldu ki ,başımda agıl yaratmaq qərarına gəıdiz ?Başınız boşdursa mən yazıgın başını niyə doldurmusuz? Ufff (yenə başını tutdu .)Cəbrayıl : - key başına güc eləmə , belə məsələlərdən baş çıxarmaq iqtidarında nəinki sən hətta gələcək övladların da olmayacaqlar.(ətrafa baxır ,əllərini geniş açaraq : - buralar sonsuzluğun başlanğıcıdır (eşitdiz ?Mən sizə bayaq dedim )Bu göy rəngli aləmi milyon il də gəzişsən sona çata bilməzssən .(Eşitdiz ?Milyon ili bizim zamanla hesablasaq zamansızlıq kimi bir şey alınacaq ..Deməli biz hal hazırda bu balıqçı ilk atamızın ya da babamızın sayəsındə zamansızlıqdayıq .Həyəcanlanırsızssa səhifəni çevirin .)Lakin mən sənə bu aləmdə qəribə çox şey göstərəcəyəm .Məsələn onu .(Əlini uzaqdakı çərxi-fələyə oxşar nəhəng çarxa uzatdı.Baxın həmin çarx ağ rənglidir .Tünd mavilik fonunda ağ nəhəng çarx) Təxminən anlayırsan ki, çərxi –fələkdir?Yox, onun adı zaman cəhrəsidir .O da qardaşım İsrafilin ixtirasıdır.Həmin cəhrədə zaman torunun ipləri əyrilməyə başlayıb ,o iplərə sərf olunan pambıq isə o,ağlıq aləmindəki heçnə plantasiyasından toplanıb ,görürsən heçnədən nələr qayırırıq ?Bu toru hələ sonradan ortaya çıxacaq varlıq aləminin hər yerinə sərməliyik ,necə deyərlər səni birtəhər tora salmaq lazımdır ya yox?( oğlan gözlərini görün necə döyür : - əlbəttə lazımdır ey başı boş müəllim .Tor dedin yadıma nəsə düşdü .(Cəbrayıl təlaşla : - lazım deyil düşməsin ,yadındakılar özünə qalsın ,onların mənə dəxli yoxdur ,daha doğrusu bizə.Biz səni yoxluq dənizindən bacardığımız tərzdə çıxarmışıq şükr elə,vəssəlam . Buyur bu da qardaşım Mikayıl,(bizim kontrabasçı,)səni onunla tanış edim .(Kontrabasçı orta yaşlı kişidir lap bizim məşhur “Bəxtiyar filmindəki restoranın solistinin eynidir ,bəlkədə,amma özü olmaz.Cəbrayıl qardaşının yaxınlaşdığını görüb xüsusi qarşılama mərasimini icra edən təyinatlılar kimi vəziyyət alır ,belə çıxır ki ,bu qardaşına fərqli bir hörmət var yoxluq aləmində . Qardaşı Cəbrayıla nisbətən çox zəhmli görkəmli imiş.Bizim baba da ondan bir az xoflandı deyəsən Cəbrayıla qısılıb ,mikayıl zəhmli qaşlarını çataraq : - Salam, ey varlıq aləminin ilk hüveydası ! (Baba astadan Cəbrayıla : -mənə deyir ? Cəbrayıl eyni tərzdə dodaqucu : - hə ,səniynəndir ,huveyda sənsən ,yəni yoxluq aləmindən fışqıran ilk varlıq ,cavab ver. Adəm : - salam ey başıma yaş ruhu çırpıb məni canlandıran !(Yaxşı ki, ey kontrabasçı demədi )Cəbrayıl babaya astadan : - o,ədalət mələyidir ,ədalətiylə suvarmadığı baxça qovurmadığı səhra yoxdur .Adəm : - Sənə minnətdaram. Kontrabasçı : - minnətdar biz sənə olmalıyıq ki, nə yaxşı səni varlıq aləminin əsasını qoymaq kimi bir məsələdə seçən yuxarılar bizi də bu möhtəşəm tarixi hadısədə iştirak etmək üçün seçib və bizə əmr olunub ki,sənə səcdə edək (görürsüz balıqçı babamızın hörmətini ? Bu cür dağdan ağır mələk ğörün qaşısında necə səcdə edib yeri öpür ,qalxıb Cəbrayıla: - sən dünən (yəni min il bundan qabaq , hardasa onuncu əsrdə )səcdə etmisən ,bu gün də et.Bizim onun var olması üçün milyon il bundan qabaq xəlq olmaq məsələmiz ortaya atıldı ,(Ğörürsüz nə qədim mələklərdirlər ? Cəbrayıl dərhal səcdə edir ,balıqçı baba da lap özünü itirib : - Siz allah ayıbdır ,neynirsiz? Məni lap xəcalətdən çaşdırdız ,heç nə başa düşə bilmirəm ,heç olmasa nəzərə alın ki,mən təzə yaranmışam belə şeyləri başa düşmək üçün hələ məndə baş yoxdur ,ilk Adəməm .(Sizə deyim ki,elə biz də ilk Adəm olsaydıq bu cür çaş – baş olardıq ) Hə də çaş – baş olmuşam, axı bir tərəfdən elə bil göydə uçuram ,hər yer gömgöydür ,bir tərəfdən də siz başlamısız Uffff (yenə başını tutdu ,Cəbrayıl qardaşına ehtiramla : - ədalət məbədim ,izn ver mən Adəmi bir az gəzdirməyə davam edim ,səcdə mərasimini isə müsaid bildiyiniz digər vaxta da salmaq olar ,hələlik o ,çaş başlıq beşiyində yırğalanan yekə körpə kimidir .(Adəm : - Hə də ,bircə çağa başı aldadan əmziyim çatmır ,mən hara ,səcdə mərasimi hara ,avaranın biri olmuşam,( ani fikrə gedir : - yadıma nəsə gəlir ,(Cəbrayıl yenə sözünü kəsdi : -özünə əziyyət vermə mənim qardaşım gəlməsə yaxşıdır ,nədir ?Sənə qardaşım deməkdən xoşun gəlmir ?(babamıza baxın on ilin (bizim tarixlə) dostu kimi : - nə danışırsan biz əlbəttə qardaşıq ,lap elə bu dayı da (kontrabasçını deyir ) qardaşdır .(Cəbrayıl qulağına : - yox ondan sənə qardaş olmaz ,o cənnətin ədliyə naziridir ,nə valideyn tanıyır ,nə bacı –qardaş ,-kontrabasçı onların danışıgına əhəmiyyət vermədən : - buyurun ,hörmətli varlıq aləminin ilk qaranquşu ,cənnət sizdən ötrü xəlq olub qardaşım sizi hər şeylə tanış edəcək ,o ,çox nəhəng mələkdir bütün kainat onun vücudunda bərqərardır ,elə mən də onun vücudunun var olmasını öz ədalətimlə təsdiqləmişəm ,milyon il bundan qabaq ,anlayıram (aglı başında olmasa da olmasa da )bunu dərk etmək çox qəliz işdir ,daha neyləməliyik xoşbəxtlikdən bizimki də belə gətirib ,di yolunuzdan qalmayın ,sizin dilinizdə desəm ,yolçu cənnəti seyr etməkdə gərək .(oğlan Cəbrayıla mızıltiyla : - məni bağışla ,nə çox danışandır sənin qardaşın ?Cəbrayıl təlaşla :- gəl gedək .Gedirlər , və gedirik .Daha doğrusu tünd mavi rəngin içində itirlər ,itirik ....... Biz uzaqda indi nəhəng sonu və əvvəli görünməyən tünd yaşıl rəng görürük .Sanki dünya bu yaşıl rəngdən ibarətdir .Başqa heç nə .Bizim balıqçı babamızla mələk Cəbrayıl bu yaşıllığın içində dolaşırlar .Bizimki Cəbrayıla : - əgər sən məni ,sənə cənnəti göstərəcəyəm deyib mən başı keyləşmişi ancaq qardaşının (key –key: - nəyində ? Cəbrayıl gülümsər : - rəng palitrasında ,- hə də rəng aləmlərində desəm olar ?- Cəbrayıl : - olar ,o: - məni ancaq buralarda dolaşdıracqsansa ,bil ki, ilk Adəm olmaqdan heç də məmnun deyiləm. (elə biz də deyilik )Bu necə gəzmək oldu axı ?Heç bilmirəm ayağımı hara atıram ,hara baxıram ,nə görürəm .Bəyəm yaşıl rəng görməmişdim? (doğurdan elə bil içində heç nəyin olmadığı sonsuz yaşıl rəngli bir səmada uçuşurlar ,amma addımlayırlar.Adəm : - doğrusu elə bil nəfəsim çatmır ,boğulub eləmərəm ? Cəbrayıl : - Başqa əlac yoxdur ,bir bir görməlisən ,mən səni birdən” sidrətül müntəhaya” apara bilmərəm .Oğlan qaşlarını düyünlədi : - Hara ? Cəbrayıl acıq verir : - gördün ? heç adını da eşıtməmisən .Adəm : - səndən də sözlər çıxır ,ora nə vaxt çatarıq ? Cəbrayıl : - darıxma ,düz yeddi günə ordayıq.(bizim zamanla yeddi min ilə ,deməli balıqçı babamızın hesabında uzun ömür yolu var, bir xoşbəxtliyi görürsüz?)Adəm : - qardaşının aləmlərini gəzirik ,(cəbrayıl səhvini düzəldir : - palitrasındakı rəng aləmlərini ,( bizimki alnını qırışdırıb : - rəssamların palitrasından? Cəbrayıl : -hə onun yekəsindən ,lap yekəsindən ,varlıq aləminin bütün rənglərinin mənbəyi onun palitrasındadır .Tükənməzdir onun mənbəyi .Adəm : - nə rəng zavodu açmaq olar qardaşının palitrasından ,tükənməz şeydir də ,(baxışlarını yerə dikib : - zavod nəsə deyir axı ?.Cəbrayıla baxın dərhal : - lazım deyil deməsin ,cənnətdə zavod dərdi çəkməyəcəksən ki,hər şey sənin olduğu təqdirdə ,hər şeyin xəlq olmasının baisi sən oduğun halda (ətrafdan səs : - yazıq oğlan, onsuz da heç biri ona gərək olmayacaq ,zəhləm getmişini xəlq edən kimi görəcəksiz (siz tələsik sırğalarınızı cingildədin ,necə deyərlər bu, o iman qənimidir .)görəcəksiz ,bütün zəhmətləriniz boşa gedəcək ,mən İsrafilin istedadına şübhə etmirdim amma doğruldmayacaq .O zəhləmgetmişini görən kimi sizin hamınızı yaddan çıxaracaq .Cəbrayıl hiddətlə : - Nazlı ,sənə kim gələcəkdən xəbər verməyə icazə verib ? Nazlı : -(ölmüş necə də gözəldir ) kim verib ? kim verəcək ? (səsini qaldırıb )Cəbrayıl bizimkinin qulağına : -(,bizimki də az qalıb gözlərindən fışqıran ehtiras şəlaləsində Nazlını çimdirsin )gör nə həyasızlıq eləyir .Yuxarılar onun şərrindən qorusun bizi ,amin .(bizi də ) Nazlı ,niyə əsəbləşirsən ?Görürsən ki ,o yeni xəlq olub ,çox məsələdən başı çıxmır ,biz onun üstündə gör nə qədər əziyyət çəkmişik ,unutma ki ,ögey də olsaq (deməli ya atadan ya da anadan ögeylikləri varmış ))qardaşlarınıq və biz onun var olma səbəbinin zərurətindən yoxluq dənizindən peyda olmuşuq ,o olmasaydı ,Nazlı : - o olmasaydı da mən vardım , mənim altı min il ibadətim və yuxarı bilir ki nə qədər yaşım var (bizimkini gülmək tutdu :yəqin gözəlin uydurduğunu zənn edir ) Nazlı Cəbrayıla nazla : - görürsən ? Onun mənə xüsusi diqqəti var ,yuxarıya yazmışam ki ,bənzərini xəlq etmək fikrindən vaz keçib mən zəhlənizi tökəni onun yerinə təyin etsin ,(təsüflə : - lakin o zəhləmgetmişini yaratmaqda qərarlıdır .Cəbrayıl qorxuyla : yazmasaydın yaxşıydı ,düzdü özün bilərsən ,məncə yazsan da yazmasan da o,yaranacaq ,mən bilən hər şey onun yaranışından sonra başlamalıdır .(kədərlə : - mənim də qara günlərim ondan sonra başlayacaq .(Nazlı da yalançı təsüflə : - daha demə ,onun uşaqları sənə zülümlər çəkdirəcəklər ,müharibələr ,(qanadlanan quş kimi əllərini ardıcıl yelləyir görün necə elastikdir elə bil uçmaq bacarır ,bəlkədə bacarır ,bizimki də ağzını ayırıb heyranlıq heykəlinə dönüb )qalacaqsan yerlə göy arasında o qədər yerə enib ərşə qalxacaqsan ki ,qanadlarının tükü töküləcək ,yaxşılıq da qanmayacaqlar ,(ehtirasla Cəbrayılın qulağına : - sən elə partlayacaqsan ki ,kainatlaşacaqsan ,(siz Cəbrayıla baxın ,necə də həyəcanlandı : - bu onsuz da mənim taleyimdir Nazlı ,lakin əlbətttə kainatlaşacağım günün xofu ilə ürpənirəm ,(bizim oğlana baxın ,gedən söhbətdən elə bizim kimi çaş – başdır ,dözə bilmir daha : - mənim başıboş qardaşım ,bu ögey xanım nə danışır ? Necə yəni ? Cəbrayıl : - narahat olma ,gələcəkdə kainatlamağımdan danışır ,kainat yaranmalıdır ya yox? Axı mənim vücudumdan yaranacaq .bizimki : -sən nə danışdın ?Məni dəli edəcəksiz bu cənnətdə .Kainatımıza nə gəlib ulduzlar ,ay , günəş ,yox ,deyəsən günəşi dedin hələ gündəlikdədir , axı onların xatirələri mənə nəsə deyir,başa düşmürəm ,başım da ağrıyır ,kainat yoxdur ki hələ? (Cəbrayılı görürsüz ,tapmacanı tapmış uşağla danışır elə bil : - ay yaşa ,bax biz sənin ağlının kamılliyinə bununçun heyranıq ,lakin bil ki ,gələcəkdən xəbər vermək olmaz bu cənnətdə günahdır ,sonralar özünüz bilərsiz ,bir az da qarışıq məsələdir gələcəkdə öz işinizdir ,burada isə çox təhlükəlidir ,olmaz ,başa düşürsən ,? Hələ o xəlq olmalıdır ,o xəlq olandan sonra (adəm : - kimdir o ? O,yuxarıda xəlq olacaq ,sənin kimi yoxluq dənizindən peyda olmayacaq ,(səsini alçaldaraq : - Nazlıya deməyəsən qardaşım İsrafil deyir ki o ,əzəldən var imiş deyəsən özü gələcək sənin görüşünə (təfsirim bir az təhlükəli olacaq ,deyəsən allahı deyir ya da Həvva nənəmiz olar o yuxarıdakı ,belə çıxır ki ,özü özünü xəlq edəcək ,(Cəbrayıl gülümsədi : -bizdə də sənin başındakına bənzər bir şey var ,amma heç müqayisə olunan deyil ,bizim başımız kitaba oxşayır səninki isə OOOOO,heç bilmirəm ki nəyə deyim oxşayır ,düz tapdın ,kainat hələ xəlq olmayıb ,o,mənim vücudumdan doğulacaq ,Nazlı əlavə etdi : - Doğuşların hamısı demək olar ki o hadisədən sonra başlanacaq (deməli ,yoxluq aləmində ona görə bizim oğlanı rəngdən rəngə salıb gəzdirir .Qardaşının palitrasından başqa bir şey yoxdur deyəsən hələ.)Mənim bədənimin uzunlugunu ölçmək üçün “sonsuz “ uzunluqda ip lazımdır (yəqin babamızı necə deyim ,üstünü yaş görüb onu dolayır )ip də hələ qardaşım İsrafilin cəhrəsində indi əyrilməyə başlayır .Adəm fikirli : - bu cənnətdə başım xarab olmasa yaxşıdır .(bizi demir ) Nazlıya : - ögey xanım sizin də fikirləriniz maraqlı idi çox diqqətimi çəkdi .(Cəbrayıl : - lazım deyil çəkməsin ,o,ancaq təfsirlərə üstünlük verir ,bilirsən o fikirlərində azaddır ,sənə isə onu bələdçi təyin etməyib yuxarıdakı ,bu məsələyə mən cavabdehəm ,( Nazlıya : – getsən yaxşıdır ,Nazlı qeyb olur ,Adəm :- o qardaşının hansı rəng aləminə getdi ? Cəbrayıl : - qırmızı rəng onun aləmidir .,orada demək olar ki,(səsini alçaldır : - istədiyini edə bilir ,icazəsi var ,sənsə belə şeylərlə az maraqlan ki bizim işimizi yarımçıq qoymayasan . Bizimki : - qulaq as ,əyər mən ilk Adəməmsə onda niyə hər şeyi bilirəm ,bunları hardan bilirəm ? Cəbrayıla baxın təcüblə : - sən nə bilirsən ki,əziz qardaşım ? (Bizimki elə bilirsiz susacaq ? Necə yəni nə bilirsən ? Mən bilirəm ki, daha bagışla da ögey də olsa bacındır ,mənim sevgililərim olub ,Cəbrayıl :-xatırlamırsan ki? Nə olsun ? İstəsəm xatırlaram .Cəbrayıl təşvişə düşür : - istəmə ,lazım deyil ,əməyimizi zay edərsən .Əlini mənə ver ,bax ,hərdən sənə izah edim ,sarı aləmdir ,Adəm : -israfilin ,nəyiydi ? Cəbrayıl : -nəyi istiyirsən ,huşsuzun biri .(bizdə sapsarı aləmdə sarı işıga büründük ,razılaşın ki,bir az da istidir .Sonsuz səhra ,lap “Ag işıqlı şəhərdə “gördüyümüz səhradan ,yəqin indi o romanımızı gəzişməyən fikirləşdi ki, şəhərdə səhra nədir ? ..Hər tərəfin sapsarı olmagı bir az da elə bilin tozlu havadır ,məni bogulmaq tutmur ,normalam ,amma babamızın ürəyincə deyil toz torpaq ,deyəsən şəhər uşagıdır ,danışıgından mən onu şəhərdən yeni kəndə köçmüş Adəmə bənzədirəm ,mələk qardaşı isə onu yoxluq dənizindən varlıq aləminə çıxmış hüveyda hesab edir ,bəlkə də özünü hesab edən tanıtdırır .Hər halda hərdən özüm də nə danışdıgımı anlamıram .Ya da bu sarı tozlu dünya səhralarının ibtidai səhrası ola bilən sarımtıl aləm ilk sarılıqdır .Yəni hələ bu günə kimi sarı heç nə yox imiş ...Cəbrayıldır:- düz tapmısan ! ( mənə demir Babamızladır ) Bax görürsən sənin beynin getdikcə elm küləyi ilə üfürülməyə başlayır ,hələlik o xaşxaş dənəsi boydadır (lap babamızın yerinə xəcalətdən öldüm)amma yekələcək ,əsl adam beyni boyda şişəcək .Düzdür bu sarılıq aləmidir ,sarının evi də demək olar çünki sarı rəng adını verdiyimiz canlıdır,bütün rənglər kimi .Yuxarıdakı ona ruh bagışlayıb (Adəmin qulagına :-aramızda sir qalsın ,bir az yaşlı ruhdur qoca kimi şeydir lakin neyləsin o bundan məmnundur ,bax o sənin renamatsiya otagın olan ag aləmin ruhu qəddardır oyyoy oy ,elə rəhmsizdir ki ,ürəyində məhəbbət hərarətinə yaxud başqa mənşəli hər hansı bir hərarətə elə nifrət var ki,eybi yoxdur gözlərini key adamlar kimi döyə bilərsən ,təki diqqətlə qulaq as .(Babamızı da görürsüz necə qulaq asır , qulaq asmaqdan da çox daşa dönməyə oxşayır ,cəbrayıla :- Deyirsən sarının evidir,bu boyda ,bu cürə ev olar,hanı divarı ,hanı tavanı ,döşəməsi ,mən ölüm məni ələ salmısan ?(Cəbrayıla baxın ,bir az pərt oldu :- Mən səni ələ salmıram ,sənə elm küləyi üfürürəm ,o küləy sənin qulaqlarından girib beyinciyini şişirdir ,agzına gələni danışırsan ,tavan ,döşəmə,yox bir qapı pəncərə ,(deyəsən pərt oldugu üçün əsəbləşib) sən hələ çox üflənməlisən və anlamaga başlamalısan ki ,hələ sənin bilə biləcəyin ev forması mövcud deyil ,başa düşdün heç nə yoxdur hələ sənin düşüncə aləmi üçün ayarlanmış xaşxaşcıgazından başqa .Mənim də başımı xarab eləmə .Yoxsa bu yoxluq aləmində yox olaraq qalmaq istəyirsən .(Bizim oglana baxın təsüflə :- sən allah incimə, məni başlı başına da buraxma itib saralıb solaram bu sarının evində .(Cəbrayıl görürsüz necə rahatlandı ? :- Bax bu başqa məsələ ,üzüyolalıq sənin başını gələcəkdə dünyada əməlli başlı zibilə salacaq ,qorxmaq lazım deyil ,zibil sözünü mən yaxşı mənada demək istəyirdim ,yəni cəncələ .( Bizimki: - səndən icazə ver soruşum dünyanın nə vaxt xəlq olunacagını ,axı deyirsən o hələ xəlq olunmayıb .(Dostuna baxın :-Olunmayıb amma olunacaq səninlə ,sən səbəb olcaqsan ki .dünya da xəlq olsun .Bu tarix haqda sənin uşaqlarından bir çoxu ,Darvinkimilər sinfindən olanlar xüusilə ay uyduracaqlar ha gəl görəsən .lakin heç vaxt bilməyəcəklər ki ,bu tarix yoxdur ,yəni dünya yaranmaga başlayanda hələ sənin yalançı uşaqların təqvimlər uydurmadıgı üçün çünki hələ dogulmamış olacaqlar ,bir sözlə zaman adlı təqvim illuziyasının rəqəmsal kəşfini etmədikləri üçün başqa sözlə zaman hələ mövcud olmadıgı üçün biz də sənin beyninə bu bilgini üfürəcəyik ki,dünyanın yaranma tarixi rəqəmsal olaraq yoxdur.(Bizimki fikirlidir :-Yox olsa yaxşıdır da bizim də başımız şişməzdi cildlərlə kitab oxumaqdan ,(yadına nəsə düşdü ) kitab da yoxdur hələ ?(Cəbrayıl ,yoxdur ,heç nə yoxdur ,mən səni hələ ola biləcəklərin zatı ilə tanış edirəm ,onu da deyim ki. Sənin ruhunda bütün rənglərin ruhu var ,başa düşməsən də qulaq as ,səni əvvəlcə qara rəngli ruhdan yaratmaq istəyirdilər ,yaxşı ki bu fikir sonradan ləgv olundu o qapqaradan canını qurtardı yuxarıdakı ,yoxsa zilqara bir şey olardın ,sonra səni agdan var etmək istədilər ,o da rəhmsizin yekəsi ,nəhayət səni mavi yoxluq dənizindən var etmək qərarına gəldilər .(bizimki qorxur :- Kimlər? (Cəbrayıl görün necə soyuqqanlıdır :- Yoxluqdakılar .axı kimdir onlar ? Heç kim ,yoxlardır ,bax belə sual verməyə başlasan Nazlının sürüşkən tunelinə düşəcəksən ,liftsiz pilləkənsiz şeydir sürüşüb gedəcəksən ,axırı da yaxşı sonuclanmayacaq hər şeyi yarımçıq qoyacaqsan ,sən anlamalısan ki, sən, yuxarılara qədər ucala bilərsən , bax bunu səsimi qısıb deyirəm lap yuxarıdakı da ola bilərsən lakin belə sual bombardumanı ilə məni dagıdsan bütün bunlar olmayacaq ,adəm olaraq qalacaqsan ,hələ belə etsən gələcəkdə səni ölüm adlı zilqaranın biri də qarşılayacaq ,təsəvvür edirsən varsan amma birdən yox olacaqsan ,bəlkədə o çalxalandıgın yoxluq dənizində əbədi çalxalanacaqsan ,başına yaş ruhu (yaş taxtanı deyir) çırpmaga bir kontrabasçı da tapılmayacaq .Lakin çox güman ki, bunlar olmaz .Bilirsən mən sənə cənnətdə təhlükəli bir yer göstərəcəyəm ,yaranışın əvvəlindən sonuna kimi belə təhlükə mənbəyi olmayacaq ,gəl getdik .(sürətlə yaxşı ki ,getdilər Biz də bir az dincələrdik ...... İndi də yaşıl rəngə qərq olmuşuq ,yəqin bu da yaşıl rəng aləmidir ,bircə bu aləmlərdən qurtarsaydıq bir əsl cənnəti görə bilərdik bəlkədə .Adəmin bəsirət eynəyindən baxırıq ətrafa .Ətrafda ki,bizə yamyaşıl dənizdə qərq olanlar təsüratı bagışlayır.Cəbrayıldır:- bu aləmin ruhu coşqundur Ardı var... Mehrəli Asim Nardaranlı Yazıçı Geri dön |