Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türk dünyası-Turan > İranın rəsmi informasiya agentliyi Türkiyəni Novruz bayramını ələ keçirməkdə günahlandırıb
İranın rəsmi informasiya agentliyi Türkiyəni Novruz bayramını ələ keçirməkdə günahlandırıb |
İranın rəsmi İRNA informasiya agentliyi TRT telekanalında yayımlanmış bir proqramla əlaqədar Türkiyəni Novruz bayramını ələ keçirməkdə günahlandırıb.
Türkiyə mətbuatının verdiyi məlumata görə, İRNA-da yayılan xəbərdə Novruzun İrana məxsus bir bayram olduğu qeyd edilib və TRT-də bu bayramla bağlı yayımlanmış proqrama etiraz bildirilib. İRNA-nın xəbərində Novruz “köklərinin İrana aid olduğu kimsədə şübhə yaratmayan bir bayram” kimi təqdim edilib. Həmçinin, bu bayramın Türkiyənin dövlət televiziyasında “Türk dünyasının böyük bayramı” kimi təqdim olunması tənqid olunub. Xəbərdə Azərbaycanın Ankaradakı səfirliyində Novruz bayramı münasibətilə tədbir keçirildiyi də qeyd olunub. Geri dön |