Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Cəlilabaddakı pravoslav kilsəsi tarixi abidə kimi qorunur
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Cəlilabaddakı pravoslav kilsəsi tarixi abidə kimi qorunur

Cəlilabaddakı pravoslav kilsəsi tarixi abidə kimi qorunur


1829-cu ildən başlayaraq ruslar Cəlilabad rayonu ərazisində məskunlaşmağa başlayıblar. Onlara "azad gəlmələr" adı verilib. Çünki gəlmə ruslar dövlət xəzinəsinə pul köçürmək yolu ilə azadlıq əldə etmişdilər və istədikləri yerdə yaşaya bilərdilər. Cəlilabadın Privolni kəndinin də adı rus dilində “azad gəlmələr” mənasını verir.

Təbii ki, burada yaşayan rusların dini ayinləri həyata keçirmələri üçün kilsələrin tikilməsi zərurəti yaranırdı. Belə kilsələrdən biri günümüzə qədər qalan, hazırda yerli əhəmiyyətli tarixi abidə kimi qorunan Cəlilabad rayonunun Göytəpə şəhərindəki pravoslav kilsəsidir.

Bakıdan üzü cənuba doğru gedərkən Cəlilabad rayonunun Göytəpə şəhərinin ərazisində olan kilsəni görməmək mümkün deyil. Kilsənin unikal görünüşü göz oxşayır.

Cənub bölgəsində bənzəri olmayan Göytəpə pravoslav kilsəsi 1878-ci ildə inşa olunub. Kilsənin tikintisi yerli ustalar tərəfindən aparılıb. Məhz buna görədir ki, binanın pəncərələri Azərbaycan milli memarlıq üslubunda hazırlanıb. Tarixi abidənin üst tərəfində 6 günbəz, birinci mərtəbədə böyük ibadət zalı, yardımçı otaq, giriş otağı, yuxarı mərtəbədə zala tərəf eyvana açılan bir otaq və ondan daha yuxarıda isə kilsənin zəng otağı yerləşir.

Kilsədə daha çox diqqəti cəlb edən məqam divarların hər tərəfində xaç şəklinin əks etdirilməsidir. Üç tərəfdə olan qapılar xaç formasında qurulub, binanın içərisində şam yandırılan yerlər də xaçı xatırladır.

Ötən əsrin 90-cı illərin əvvəllərində Azərbaycanda yaşayan rusların əksəriyyətinin Rusiyaya qayıtması nəticəsində Göytəpə şəhərindəki pravoslav kilsəsi istifadəsiz qalıb və bu səbəbdən də bina Mədəniyyət və Turizm Nazirliyinin sərəncamına verilib.

Qeyd edək ki, yerli əhəmiyyətli abidə kimi qeydiyyata alınan kilsənin birinci mərtəbəsində hazırda Göytəpə şəhər kitabxanası yerləşir.

Mədəniyyət işçiləri tərəfindən bu tarixi abidə daim nəzarətdə saxlanılaraq qorunur. Bununla belə, tikildiyi vaxtdan bir dəfə cari təmir olunan Göytəpə pravoslav kilsəsinin əsaslı təmirinə və bərpasına ehtiyac vardır.

Geri dön