Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ərdoğan Putinə hesablaşmaları milli valyutalarla aparmağı təklif edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Ərdoğan Putinə hesablaşmaları milli valyutalarla aparmağı təklif edib

Ərdoğan Putinə hesablaşmaları milli valyutalarla aparmağı təklif edib


Ankara Moskvaya iki ölkə arasında ticarət hesablaşmalarını milli valyutalarla aparmağı təklif edib.

Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bildirib.

Ərdoğan Çin və İrana da hesablaşmaları milli valyutalarla aparmağı təklif etdiyini bildirib: “Onlar bu təklifi qəbul edib. Biz mərkəzi banklarımıza müvafiq göstərişlər verdik, çalışacağıq xarici ticarət əlaqələrimizi bu yola yönəldək”, - deyə Ərdoğan bildirib.

Rəcəb Tayyip Ərdoğan Türkiyə vətəndaşlarını valyuta ehtiyatlarını qızıla və ya lirəyə çevirməyi təklif edib: “Valyuta təzyiq vasitəsidir. Nəyə görə biz ehtiyatlarımızı təzyiq vasitəsinə çevirməliyik? Xarici valyutanı döşək altında saxlayanlar bu vəsaitləri lirə və ya qızıla çevirməlidirlər. Gəlin milli dəyərlərimizi dəstəkləyək. Bu Türkiyəyə təzyiq göstərməyə çalışanlara cavab olacaq. Narahat olmayın, itki ilə üzləşməyəcəksiniz”.

Geri dön