Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Pakistan Azərbaycana 5 illik iqtisadi əməkdaşlıq planı təqdim edib
Pakistan Azərbaycana 5 illik iqtisadi əməkdaşlıq planı təqdim edib |
"Azərbaycanla Pakistanın strateji əməkdaşlığı hər iki ölkəyə böyük dividentlər gətirir". Bunu bu gün Bakıda keçirilən Azərbaycan-Pakistan biznes forumunda iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.
Nazir qeyd edib ki, Pakistanla Azərbaycan arasında siyasi əlaqələr çox yüksəkdir: "Eyni zamanda, ölkələrimiz arasında humanitar sahədə də sıx əməkdaşlıq mövcuddur. Biz ölkələr arasında iqtisadi əlaqələri də inkişaf etdirmək fikrindəyik. İlk öncə Pakistanla ticarət əlaqələrini genişləndirməyi nəzərdə tutmuşuq. Eyni zamanda, iki ölkə arasında investisiyaların qarşılıqlı artırılması ilə bağlı danışıqlar aparacağıq. Bu gün iki ölkə arasında sənaye səhasində akkumlyator, əczaçılıq sahəsində dərman istehsalı ilə bağlı birgə layihələrin həyata keçirilməsi ilə bağlı müzakirələr aparacağıq. Bununla belə, Pakistanın Azərbaycanın tranzit yollarından istifadə etməsi üçün böyük imkanlar var. Turizm sahəsini qarşılıqlı olaraq inkişaf etdirmək üçün pakistanlı iş adamları burada sahibkarlar üçün yaradılan şəraitdən istifadə edə bilər. Gələn ilin yanvarın sonunda Azərbaycanın ixrac missiyası Pakistana yola düşəcək". Pakistanın ticatət naziri Xurram Dastgir Xan vurğulayıb ki, Pakistan Azərbaycanla ticarət, sənaye, əczaçılıq, toxuculuq sənayesi, energetika, kənd təsərrüfatı, dəri istehsalı və emalı sahəsində əməkdaşlıq edə bilər: "Pakistan Azərbaycanın inkişafını öz yüksəlişi kimi qiymətləndirir. Bir çox sahələrdə əməkdaşlığı genişləndirmək niyyətindəyik. Bu cür biznes görüşlərinin təşkili həm hər iki ölkənin iş adamları, həm də dövlət səviyyəsində iqtisadi münasibətlərin inkişafını daha da surətləndirəcək. Azərbaycanla Pakistan arasında hazırkı ticarət dövriyyəsi siyasi əlaqələrdən qat-qat aşağıdır. Pakistan Azərbaycana 5 illik iqtisadi əməkdaşlıq planı təqdim edib. Ümid edirik ki, bu əməkdaşlıq layihəsi Azərbaycan tərəfindən nəzərdən keçirildikdən sonra imzalanacaq. İki ölkə arasında ticari imtiyazlar, hansı sahələrdə əməkdaşlıq inkişafa səbəb ola bilər, hansı sahələrə sərmayə qoymaq daha sərfəlidir, bütün bunlar sözügedən layihədə əksini tapıb. İki ölkə arasında "Azad ticarət" sazişinin bağlanması da mütləqdir". Geri dön |