Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda nağdsız ödənişlərin həcmi 14% artıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > Azərbaycanda nağdsız ödənişlərin həcmi 14% artıb

Azərbaycanda nağdsız ödənişlərin həcmi 14% artıb


Cari ilin oktyabr ayında Azərbaycan daxilində POS-terminallar vasitəsilə 49 mln. manat həcmində nağdsız ödənişlər həyata keçirilib. Bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Ümumiyyətlə, cari ilin yanvar-oktyabr ayları ərzində bu ödənişlərin həcmi 411 mln. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 84 mln. manat və ya 25,7% çoxdur.
Hesabata əsasən, ATM-lər vasitəsi nağdsız ödənişlərin həcmi isə 2016-cı ilin oktyabrında 25 mln. manat olub. Bu ilin ilk 10 ayı ərzində isə ümumilikdə 265 mln. manata çatıb ki, bu da ötən ilin analoji dövrü ilə eyni səviyyədədir.
Beləliklə, cari ilin ilk 10 ayı ərzində bankomat və POS-terminallar vasitəsilə nağdsız ödənişlərin həcmi illik müqayisədə 84 mln. manat və ya 14% artaraq 676 mln. manata çatıb.

Geri dön